Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3382/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Şikayət vermiş şəxs X2 nümayəndəsi “Leqal” Vəkil Bürosunun vəkili X5, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X11 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 22 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin gəldiyi nəticəyə əsasən X4 tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək vətəndaş X8, X9, X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etmişdir. Belə görünür ki, inzibati tənbeh tətbiq edən dövlət qurumu bütün araşdırmanı apararaq ədalətli nəticəyə gəlmiş olduğunu düşünür. Halbuki bu qərar tamamilə əsassız və qərəzlidir. Belə ki, bu məsələ ilə bağlı dövlət qurumu heç bir araşdırma aparmamışdır. Yalnız Qarabağa keçid üçün olan internet portalından bu vətəndaşlara verilmiş icazələr əsasında guya inzibati xəta törədildiyi qənaətinə gəlmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda mübahisələndirilən qərarla eyni məzmunlu, hüquqi şəxsə tətbiq edilən cərimə barədə Əmək Müfəttişliyi protokolu məhkəməyə göndərsə də Nərimanov Məhkəməsi qərardadla natamam araşdırma aparılması və protokolun qanunvericiliyə uyğun olmayan şəkildə tərtib olunması səbəbilə geri qaytarılmışdır. X8 "xxxx" MMC firmasında aşbaz vəzifəsində çalışmışdır. Onun əmək müqaviləsi bildirişindən də görünür ki, 01,02.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək vətəndaş bu vəzifədə çalışmışdır. Bildirməyi zəruri hesab edir ki, portaldan "xxxx" MMC-nin adından icazə alınsa da bu şəxs "xxxx" MMC-nin rəsmi əməkdaşı olmuşdur. Belə ki bu şirkətlərin təsisçisi eyni şəxsdir və işçi Qarabağda yerləşən "xxxx" şirkətinin əməkdaşları üçün yemək bişirmə tapşırığını öz işlədiyi şirkətin rəhbərindən almışdır. İcazənin alınması əmək müqaviləsiz işlərə cəlb etmə hesab oluna bilməz. Portalda bu icazələr əmək müqaviləsi bildirişi ilə məhdudlaşdırılsa idi bu anlaşılmazlıqlar da olmazdı. X10 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də sürücü vəzifəsində çalışmağa başlamış xx.xx.2024-cü il tarixdə öz xahişi ilə işdən çıxmış, daha sonra xx.xx.2024-cü il tarixdə yenidən sürücü vəzifəsinə işə qəbul edilmiş və hal-hazırda da həmin vəzifədə çalışır. xx.xx.2024-cü il tarixə kimi bu şəxs işlədiyinə görə portaldan icazə də alınıb sadəcə sonra işdən çıxıb və bir müddət sonra yenidən işə qəbul edilib. Portalda adının olması onun bu dövr ərzində əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi anlamına gəlmir. Əgər bu hal olsaydı bu şəxsi sonradan yenidən əmək müqaviləsi ilə işə götürməzdilər. Onların şirkətlərində ümumiyyətlə əmək qanunvericiliyinin pozulması halları mövcud olmamışdır. X3 07.066.2023-cü il tarixdə işə başlamış, xx.xx.2024- cü il tarixdə də öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “Ozan Construction" MMC Qarabağda bir sıra layihələrin həyata keçirilməsində podratçı qismində iştirak etdiyi üçün əməkdaşlara mütəmadi portaldan icazələr alınır. Bu şəxsin də uzun müddət icazəsi alındığına görə şablon müraciətdə adı olduğundan səhvən yenidən icazə alınmışdır. Amma bu onun bu dövrdə hansısa işə cəlb olunması anlamına gəlməməlidir. Hesab edir ki, belə halın mövcud olması Əmək Müfəttişliyi tərəfindən hər hansısa bir faktla sübuta yetirilməli və ondan sonra məsuliyyət tədbiri görülməli idi. Göründüyü kimi səlahiyyətli orqanın qərarı əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 nümayəndəsi X12 verilmiş şikayəti müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X15 məhkəmədən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və X2 İXM-nin 192.1-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarı ləğv edilməli və işə yenidən baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Bundan başqa X14 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, yəni X4 tərəfindən qərarda adları qeyd edilən şəxslərin həqiqətən qeyd edilən işğaldan azad edilmiş rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, vəzifəli şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamaları araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan onun barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-nin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X4 barəsində işə yenidən baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3382/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3382/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver