Məhkəmə qərarları › İş №3(005)-3383/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3383/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3383/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Şikayət vermiş şəxs – X3, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, X5 tərəfindən verilmiş “buraxılmış müddətin bərpa olunmasına” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət ərizəsi və həmin şikayətə baxılması üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən X5 Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında şikayət vermiş X5 məhkəmədən müddətin bərpa olunmasına dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4 verilmiş müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, ərizəni, iş materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməməlidir. Belə ki, İXM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. İXM-in 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpa olunması qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İXM-in 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Göründüyü kimi şikayətçi X1 orqan tərəfindən çıxarılmış qərarı prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra məhkəmədə mübahisələndirmiş, şikayət verilməsi üçün müddəti heç bir üzrlü səbəb olmadan ötürmüş, bununla bağlı tutarlı və əsaslı dəlil göstərə bilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair X5 tərəfindən verilmiş vəsatət təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar