Məhkəmə qərarları › İş №3(005)-3387/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3387/2022

15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3387/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə 14 oktyabr 2022-ci il tarixli, 00100-2163/22 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ixracatçı Şəxs MMC tərəfindən Portuqaliyadan 31R6759/31AJL966 nömrəli yük nəqliyyat vasitəsində ********** nömrəi xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********9856 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş “şüşədən süfrə və məbəx qabları” yüklərinə tələb olunan gigiyenik sertifikat olmadığına görə mallar Şəxs MMC-nin öhdəliyi əsasında buraxılmış, xx.xx.2022-ci il tarixli öhdəlikdətələb edilən gigiyenik sertifikatın 15 gündən gec olmayaraq gömrük orqanına təqdim ediləcəyi göstərilsə də, müəyyən edilmiş müddətdə gigiyenik sertifikat gömrük orqanına təqdim edilmədiyindən **********9856 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş “şüşədən süfrə və mətbəx qabları” yüklərinin gömrük rəsmiləşdirilməsi başa çatmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirmişdir ki, tələb olunan gigiyenik sertifikatın alınması üçün Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzinə” müraciət etdiklərini, həmin Mərkəzdən xx.xx.2022-ci il tarixdə AZ 031RSK12671 nömrəli gigyenik sertifikat aldıqlarını, lakin, sonradan həmin sertifikatda mallara dair invoys nömrəsinin və istehsalçı şirkətin adının səhv göstərildiyi məlum olduğundan sonradan yenidən sertifikat almaq üçün müraciət edildiyindən gigiyenik sertifikat müddət pozullmaqla tərtib olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Məlumat üçün bildirirəm ki, Bakı şəhəri Nərimanov rayonu, X3, ev 51 ünvanında qeydiyyatda olan “CASAMİA“ MMC-nin ünvanına Portuqaliya Respublikasından 31R6759/31AJL966 nömrə nişanlı avtomaşınla daxil olmuş və Bakı Baş Gömrük idarəsində **********9856 sorğu nömrəli, 31 08.2022-ci il tarixli gömrük bəyannəməsi ilə bəyan edilən şüşədən süfrə və mətbəx qablarının(su, çaxır) gigiyenik sertifikatı sənədini üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edə bilmədikləri üçün xx.xx.2022-ci il tarixdə öhdəlik götürülmüş, lakin öhdəlik müddətinin başa çatmasına baxmayaraq öhdəlik tələbləri idxalatçı tərəfindən yerinə yetirilməmiş və hal hazıradək deklaranta qaytarılıb statusunda qalmaqda davam etməkdədir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Sanitariya – karantin Mərkəzi” publik hüquqi şəxsi xx.xx.2022-ci il tarixli AZ031RSK12671 Saylı Sertifikatdan aydın olur ki, Şəxs MMC-nin ünvanına gətiriləcək şüşədən süfrə və mətbəx qabları üçün xx.xx.2023cü il tarixinə kimi sertifikat mövcuddur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Sanitariya – karantin Mərkəzi” publik hüquqi şəxsi xx.xx.2022-ci il tarixli AZ031RSK13603 Saylı Sertifikatdan aydın olur ki, Şəxs MMC-nin ünvanına gətiriləcək şüşədən süfrə və mətbəx qabları üçün xx.xx.2023cü il tarixinə kimi sertifikat mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonar İXM) 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 6.5-ci bəndinə əsasən icazə onun alınması üçün bu Qaydaların 6.2ci bəndində göstərilmiş tələblərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir və natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs A Şəxs MMC tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi müvafiq olaraq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuş, Şəxs MMC tərəfindən Portuqaliyadan 31R6759/31AJL966 nömrəli yük nəqiliyyat vasitəsində ********** nömrəi xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********9856 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş “şüşədən süfrə və məbəx qabları” yüklərinə tələb olunan gigiyenik sertifikat olmadığına görə mallar Şəxs MMC-nin öhdəliyi əsasında buraxılmış, xx.xx.2022-ci il tarixli öhdəlikdə tələb edilən gigiyenik sertifikatın 15 gündən gec olmayaraq gömrük orqanına təqdim ediləcəyi göstərilsə də, müəyyən edilmiş müddətdə gigiyenik sertifikat gömrük orqanına təqdim edilmədiyindən **********9856 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş “şüşədən süfrə və mətbəx qabları” yüklərinin gömrük rəsmiləşdirilməsi başa çatmamışdır . Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar