Məhkəmə qərarları › İş №3(005)-3390/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3390/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3390/2023 20.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Nizami Firdovsi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X7, Zərərçəkmiş şəxs (tələbkar) X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,Bakı Şəhəri, Xətai Rayonu, X14, Ev 22, Mənzil 58 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X10 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2023-cü il tarixində saat 15:30 radələrində ünvan 2 ünvanında borclu Şəxs borclu olduğu icra sənədləri üzrə tələb borclu kimi tələb olunmuş, lakin Şəxs tələbi icra edə bilmədiiyni bildirmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əlavədən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1403/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu Şəxs 2965,54 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" ASCnin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2016-cı il tarixdə başlanılmış, eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmiş, lakin icra sənədinin icrası könüllü olaraq təmin edilməmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4177/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu Şəxs 4036,05 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2016-cı il tarixdə başlanılmış, eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmiş, lakin icra sənədinin icrası könüllü olaraq təmin edilməmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1720/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq aliment tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2017-ci il tarixdə başlanılmış, eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmiş, lakin icra sənədinin icrası könüllü olaraq təmin edilməmişdir. Borclu Şəxs tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin və gəlirlərinin yoxlanılması məqsədi ilə “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, borclunun adına əmlak aşkar edilməmişdir. Borclunun qeydiyyat ünvanında olan zaman həmin ünvanda Nərimanov Rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi müəyyən olunmuş, bu səbəbdən borclu Şəxs barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş, Nərimanov Rayon Polis İdarəsi tərəfindən axtarış işi açılmış və xx.xx.2023-cü il tarixdə borclu şəxsiyyəti ilə birlikdə Şöbəyə təhvil verilmiş, borcludan izahat alınmış, borclu izahatında işsiz olduğunu, aliment borcunu maddi imkansızlığından ödəyə bilmədiyini, problemlərinin olduğunu, qısa müddət ərzində aliment borcunu və "xxxx" ASC-nə olan borclarını ödəyəcəyini izahatında qeyd etmişdir. İcra sənədləri araşdırılarkən borclu Şəxs Nərimanov Rayon Məhkəməsinin 2(005)-1403/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə 2776 manat, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4177/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə isə 3332 manat qalıq borcunun mövcud olduğu müəyyən olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1720/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 6 aylıq aliment borcunun tam ödənilməsi borclu Şəxs tələb olunmuş, lakin borclu aliment borcunu ödəməkdən imtina etmişdir. Bununla da, barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X10 protokola uyğun izahat verərək müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o aliment borcunu ödəməkdən yayınmadığını, digər banklara da borcu olduğundan və maddi imkanı yaxşı olmadığından borcunu 4-5 aydır kı, ödəyə bilməmişdir. Qısa zamanda borcunu ödəyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X8 bildirmişdir ki, o 6 aylıq aliment borcunu tam şəkildə ödənilməsini tələb edir. Hazırda şikayətçisidir. Buna börə də Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-1403/16 saylı, xx.xx.2016-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2099,93 manat məbləğində əsas, 856,61 manat məbləğində faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması nəzərdə tutulmuşdur. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-1403/16 saylı, xx.xx.2016-ci il tarixli icra vərəqəsinin Şəxsn tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-4177/16 saylı, xx.xx.2016-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2474.37 manat məbləğində, 1268.68 manat məbləğində faiz borcu cəmi 4016.05 manat və 20 manat ödənilmiş dövlət rüsumu Bank of Baku ASCnin xeyrinə tutulması nəzərdə tutulmuşdur. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-4177/16 saylı, xx.xx.2016-ci il tarixli icra vərəqəsinin Şəxsn tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-1720/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu təvəllüdlü X2 yetkinlik yaşına çatanadək cavabdeh Şəxsov Əsədağa oğlundan iddiaçı X3 xeyrinə tutulan alimentin məbləği artırılmış və hər ay sabit pul məbləğində - yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq aliment alınaraq iddiaçı X5 ödənilməsi nəzərdə tutulmuşdur. “İcraata başlamaq haqqında” xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1720/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək 06 (altı) ay ərzində aliment borcunu və adları qeyd olunan banklara olan borcunu ödəməmişdir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar