Məhkəmə qərarları › İş №3(005)-3393/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3393/2020

14.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3393/2020 14.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, Şəxs Şirkətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 13000-1073/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Şirkətinin ünvanına Türkmənistandan Volganeft-256 tankeri Bakı şəhəri Pirallahı rayonunda yerləşən Dübəndi gömrük postuna daxil olmuşdur. Həmin yük Azərbaycan Respublikası ərazisində daşıyıcısı olan Şəxs Şirkəti tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı Qərarına əsasən 4 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında Şirkətin anbarına yerləşdirilmişdir. Lakin AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı Qərarında müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 5.322.574 kq azkükürdlü mazut yanacağı Şəxs Şirkəti tərəfindən heç bir gömrük prosedura altında rəsmiləşdirilməmişdir. Bununla da Şəxs Şirkəti tərəfindən gömrük qanunvericiliyində müvəqqəti saxlanc gömrük prosedura altında qalma üçün nəzərdə tutulmuş son müddət 4 ay pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Anar Möhsümov tərəfindən imzalanmış raportdan görünür ki, Şəxs Şirkətinin ünvanına göndərilən 5.322.574 kq azkükürdlü mazut yanacağı malı ilə yüklü Volganeft-256 tankeri Bakı şəhəri Pirallahı rayonunda yerləşən Dübəndi gömrük postuna daxil olmuşdur. Həmin yük Azərbaycan Respublikası ərazisində daşıyıcısı olan Şəxs Şirkəti tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı Qərarına əsasən 4 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında Şirkətin anbarına yerləşdirilmişdir. Lakin AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı Qərarında müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 5.322.574 kq azkükürdlü mazut yanacağı Şəxs Şirkəti tərəfindən heç bir gömrük prosedura altında rəsmiləşdirilməmişdir. Bununla da Şəxs Şirkəti tərəfindən gömrük qanunvericiliyində müvəqqəti saxlanc gömrük prosedura altında qalma üçün nəzərdə tutulmuş son müddət 4 ay pozulmuşdur. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və araşdırılma aparılması haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardaddan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Şöbəsinin böyük təhqiqatçısı X4 tərəfindən Şəxs Şirkətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. Şəxs Şirkəti nin nümayəndəsi X2 xx xxxxxx 2020-ci il tarixli izahatından görünür ki, Şəxs Şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş və müvəqqəti saxlanc prosedura altında qalmış mal müxtəlif texniki və texnoloji səbəblərdən müəyyən edilmiş müddət ərzində hər hansı digər prosedur altında yerləşdirilməmişdir və təyinatı üzrə göndərilməsi mümkün olmamışdır. xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, X3 5.322.574 kq azkükürdlü mazut yanacağı Şəxs Şirkəti tərəfindən bəyannamələşdirilməsi başa çatanadək 4 ay müddətinə Dübəndi Terminalının 21 saylı rezervuarında müvəqqəti saxlanca verilmişdir. Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Şirkətinin ünvanına Türkmənistandan Volganeft-256 tankeri Bakı şəhəri Pirallahı rayonunda yerləşən Dübəndi gömrük postuna daxil olmuşdur. Həmin yük Azərbaycan Respublikası ərazisində daşıyıcısı olan Şəxs Şirkəti tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı Qərarına əsasən 4 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında Şirkətin anbarına yerləşdirilmişdir. Lakin AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı Qərarında müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 5.322.574 kq azkükürdlü mazut yanacağı Şəxs Şirkəti tərəfindən heç bir gömrük prosedura altında rəsmiləşdirilməmişdir. Beləliklə, Şəxs Şirkəti tərəfindən gömrük qanunvericiliyində müvəqqəti saxlanc gömrük prosedura altında qalma üçün nəzərdə tutulmuş son müddət 4 ay pozulmuşdur. Bununla da, Şəxs Şirkəti hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar