Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3397/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X1, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan məhkəməyə şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayət və buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ona göndərilməmişdir. Onun həmin qərar barədə vaxtında məlumatı olmamışdır. Bundan əlavə həmin qərar pandemiya dövründə verilmişdir. Həmçinin, yaşlı və xəstə olmağı ilə əlaqədar şikayət verə bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan məhkəməyə şikayət vermək üçün müəyyən olunmuş prosessual müddətin bərpa edilməsi və şikayətə mahiyyəti üzrə baxılaraq təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş şikayət vermiş şəxs X3 buraxılmış prosessual müddətin bərpa edilməsi barədə təqdim etdiyi vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)- 2688/2022 saylı qərardadından görünür ki, X3 tərəfindən Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş BNA seriyalı ******* nömrəli, 25 may 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş BNA seriyalı ******* nömrəli, 25 may 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2020-ci il tarixdə X2 çatdırılmışdır. Məhkəmə qeyd edir ki, buraxılmış müddətlər yalnız bir əsasa – üzrlü səbəblərə görə bərpa edilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatəti təmin edilməsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3397/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3397/2022
02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver