Məhkəmə qərarları › İş №3(005)-34/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-34/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-34/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, X1 və onun nümayədəsi və vəkili Nümayəndə iştirakları ilə X1 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş İXM-nin 430.4cü maddəsi ilə inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş İXM-nin 430.4cü maddəsi ilə inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında MN № ******* saylı xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Qərara əsasən o, 7,636,280.00 rus rublu məbləğində cərimə edilmişdir. Qərar onun tərəfindən xx.xx.2022-ci il tarixdə alınmışdır. Qərarda qeyd olunur ki, o xx.xx.2022-ci il tarixdə ******* rus rublu məbləğini Azərbaycan Respublikasından kənara köçürmüşdür və ödəniş aparıldığı gündən 2 ildən artıq müddət kedçməsinə baxmayaraq ******* rus rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim olunmamış, qabaqcadan ödənilmiş vəsait xaricdən geri qaytarılmamışdır. Qeyd etmişdir ki, X6 aşağıdakılara görə əsassızdır və ləğv olunmalıdır. Ərizəçi tərəfindən ******* rus rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka vaxtında təqdim olunmuşdur. Sözü gedən mallar ölkəyə ərizəçinin hesabına "Fortune” MMC tərəfindən idxal olunmuşdur. Malların idxalı **********6598, **********0268, **********0317, **********3505 və **********0717 saylı gömrük bəyannamələri ilə təsdiqlənir. "Fortune” MMC-nin idxal etdiyi malların ödənilməsində maliyyə sıxıntısı yarandıqdan ərizəçi tərəfindən həmin mallara görə ödənişin edilməsi üçün Rusiyanın "Şafran” MMC şirkəti vasitəsilə malların satıcısı "Texnoinvest” MMC-yə ******* rus rublu ödənilmişdir. Bunu təsdiq edən ərizəçi ilə "Şafran” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 011020 saylı müqavilənin, habelə ərizəçi, "Texnoinvest” MMC və "xxxx" MMC arasında bağlanmış pul vəsaitinin verilməsi barədə xx.xx.2021-ci il tarixli razılaşmanın və pul vəsaitlərinin alınması barədə xx.xx.2020-ci il tarixli iltizamın surətləri bu ərizəyə əlavə olunur. Qeyd olunan bu sənədlərdən görünür ki, ******* rus rublu Ərizəçi tərəfindən Rusiyanın "Texnoinvest” MMC ilə "Fortune” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21 saylı Müqavilə üzrə "Texnoinvest” MMC-nə onun tərəfindən Azərbaycana "Fortune MMC-nin adına göndərilən mallara görə ödənilmişdir. Yuxarıda qeyd olunan təsərrüfat əməliyyatı "Fortune” MMC-nin ərizəçi qarşısında borcun mövcudluğu və "xxxx" MMC-nin həmin borcları ödəmək imkanlarının olmaması ilə bağlı edilmişdir. "xxxx" MMC-nin ərizəçiyə borclu olduğu həmin tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli "Mövcud borcun bir hissəsinin əvəzli qaydada qaytarılması və digər hissəsinin bağlanması barədə" Müqavilə və xx.xx.2020-ci il tarixli "Mövcud borcun bir hissəsinin əvəzli qaydada qaytarılması və digər hissəsinin bağlanması barədə" Müqavilələrlə təsdiqlənir. Yuxarıda sadalanan sənədlər "Paşa Bank” ASC-nə və Mərkəzi Banka təqdim olunmuşdur; Ərizəçi tərəfindən avans yolu ilə ödənilmiş pul vəsaitinin müqabilində müvafiq mallar 2 (iki) ildən gec olmayaraq idxal edildiyinə və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”n (bundan sonra "Qaydalar” adlanır) 4.3.1.3-cü bəndinin tələbləri pozulmamışdır və onun hərəkətlərində İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş nə inzibati xəta tərkibi, nə də inzibati xəta hadisəsi yoxdur. Sadalananlardan, təqdim edilən gömrük bəyannamələrindən və digər sənədlərdən aydın görünür ki, avans yolu ilə ödənilmiş pul vəsaitinin müqabilində ərizəçi tərəfindən Qayalarda müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmişdir və dolayısı ilə inzibati xəta törədilməmişdir. Mərkəzi Bankının tərtib etdiyi xx.xx.2022-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokolda ərizəçinin izahatı göstərilməmiş, ona hüquq və vəzifələri izah edilməmiş, protokol ərizəçi tərəfindən imzalanmamış, ona protokolun surəti təqdim olunması barədə qeyd aparılmamışdır. Bununla da Mərkəzi Bank tərəfindən İXM-nin 101.1.7., 100.2., 100.3., 100.4.-cü maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. İXMnin 100-cü maddəsinin inzibati protokolun məzmununa dair yuxarıda göstərilən tələbləri təmin olunmadığı nəzərə alınmaqla Mərkəzi Bankının tərtib etdiyi xx.xx.2022-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol etibarsızdır. İXM-nin 6.1. və 31.1-ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. Dolayısı ilə İXM-nin 100-cü maddəsinin tələblərinin pozulmasına da yol verilmir. Məhkəmə iclasında iştirak edən X3 və onun nümayədəsi və vəkili Nümayəndə bütün bu qeyd edilənləri nəzərə alaraq şikayətini təmin edilməsini və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş İXM-nin 430.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək, işlə bağlı bəyannamələri məhkəməyə təqdim etdilər. Məhkəmədə inzibati protokol tərtib etmiş qurumun nümayəndəsi iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə inzibati qərar qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Nümayəndə 7.636,280.00 rus rublu məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumadan görünür ki, ********** VÖEN-i ilə X3 fiziki şəxs kimi vergi ödəyicisi qismində qeydiyyata alınmışdır. Məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-cı il tarixli **********6598 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli **********0268 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli **********0317, xx.xx.2020-ci il tarixli **********3505 sorğu nömrəli və xx.xx.2020-ci il tarixli, **********0717 sorğu nömrəli bəyannamələrdən görünür ki, “OOO "xxxx" şirkətindən müvafiq mallar "xxxx" MMC adına göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-ci il tarixli “Mövcud borcun bir hissəsinin əvəzli qaydada qaytarılması və digər hissəsinin bağışlanması barədə” müqavilədən görünür ki, müqavilə üzrə kreditor X3 və borclu "xxxx" MMC arasında 87200 manat məbləğində borcun geri qaytarılması üçün razılıq əldə etmişlər. Məhkəmə iclasında şikayətiçi şəxs tərəfindən verilən arayış və təhvil təslim aktında görünür ki, xx.xx.2020-ci il tarixli 21 saylı Müqaviləyə əsasən xx.xx.2020-ci il tarixli **********6598, xx.xx.2020-ci il tarixli **********0268, xx.xx.2020-ci il tarixli **********0317, xx.xx.2020-ci il tarixli **********3505, xx.xx.2020-ci il tarixli **********0717 saylı gömrük bəyannamələri üzrə idxal etdiyi mallara görə Fortrune MMC tərəfindən Rusiyanın "xxxx" MMC-nə hər hansı pul ödəməmişdir. Yuxarıda qeyd olunmuş bəyannamələr üzrə idxal edilmiş bütün mallara görə Rusiyanın "xxxx" MMC-yə ödəniş X3 tərəfindən edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xətaya yol verilməməsi, həmçinin inzibati icraat qaydalarının pozulması barədə dəlilləri əsassız olmaqla hər hansı sübutla əsaslandırılmamışdır. Belə ki, məhkəməyə təqdim olunan gömrük bəyənnamələrinin “Təqdim olunan sənədlər” adlı 44-cü bəndində şikayətçinin əsaslandığı müqavilə qeyd olunmamışdır. Eyni zamanda bəyənnamələr üzrə ölkəyə götirilən malların hansı invoys altında rəsmiləşdirilməsi ilə bağlı məhkəməyə məlumat təqdim olunmamışdır. Bundan başqa gömrük bəyannamələrində əks olunan tarixlərlə “Fortuna MMC” ilə X3 arasında bağlanmış müqavilənin tarixinə nəzər saldıqda “Fortuna MMC”-nin adına mallar gəldikdən sonra tərəflər arasında müvqavilə imzalandığı müəyyən edilmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şika İXM-nin yətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1nun nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş İXM-nin 430.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Mərkəzi Bankının tərəfindən qəbul edilmiş İXM-nin 430.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar