Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3402/2024 25.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il təvəllüdlü Balakən rayonu, Hənifə kəndində anadan olmuş, Balakən Rayonu, Mahamalar Ə/D, Mahamalar Kəndi ünvanında qeydiyyatla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən tərtib edilən 25 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs mübahisə nəticəsində döymüşdür. Məhkəmə iclasında iştirak edən Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin sahə inspektoru X2 protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs hal-hazırkı yoldaşı onun keçmiş həyat yoldaşı olmuşdur, yetkinlik yaşına çatmayan övladı üçün alimenti vaxtında ödəməməsi səbəbilə aralarında münasibətin korlandığını bildirmişdir. Keçmiş yoldaşı övladlarını görüşdən sonra gətirib təhvil verərkən mübahisə yaranmışdır. O, heç bir şəkildə Zərərçəkmiş şəxs vurmamış, xəsarət yetirməmişdir. Lakib aralarında mübahisə baş vermişdir. Yekun olaraq barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək qeyd etmişdir ki, Şəxs övladlarını təhvil verərəkən yoldaşının avtomobilində olarkən qəflətən avtomobilin pəncərəsindən onu vuraraq xəsarət yetirmişdir. Hal-hazırda Şəxs şikayətçidir. Qeyd edilənlərin nəzərə alınmasını və qanunvericiliyə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini qismən etiraf etməsini, iş üzrə araşdırılmış digər hallar nəzərə alınaraq İsmayılova (Xasməmmədova) Göyçək Kərəm qızı İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda əməldə cinayət tərkibi müəyyən olunmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli 865 saylı rəyindən görünür ki, İsmayılova (Xasməmmədova) Göyçək Kərəm qızının bədən səthində aşkar edilmiş xəsarətlər: sağ bazunun, sağ saidin qançırları, üst dodağın sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən tarixdə və şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, Zərərçəkmiş şəxs ilə Şəxs arasında mübahisə olması işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmış o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə tərəfindən Şəxsnun əməlində İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikaısnın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-3402/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3402/2024
25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver