Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3403/2023 17.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Qurbanov Vüsal Rafiq oğlu, X2 Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə X1 nümayəndəsi və vəkili Vəkil şikayətini nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili Vəkil, X2 Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati material aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, X3 ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Şikayətdən və ona əlavə edilən sənədlərdən görünür ki, şikayət vermiş şəxs tərəfindən şikayətə onun yaşayış yeri üzrə baxılması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə X1 nümayəndəsi və vəkili Vəkil şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə X1 nümayəndəsi və vəkili Vəkil şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3403/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3403/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver