Məhkəmə qərarları › İş №3(005)-3411/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3411/2022

22.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3411/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hacıyev Cümşüd Əmir oğlunun katibliyi, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X5, Şikayət vermiş şəxs X6 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X10, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qəran ilə X10 AR İXM-nin 192,4-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min manat) AZN məbləğində inzibati cərimə edilmişdir. İnzibati tənbeh vermənin əsası kimi də göstərilmişdir ki, X3 əmək və məzuniyyət haqlarının ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol vermişdir. X2, şikayət edərək bildirmişdir ki, son haqq hesab edilməmiş, ona ödənişlər edilməmişdir. Bununla bağlı qeyd edirik ki, X7 əslində son haqqq hesabını vaxtında almış, bununla bağlı sübutu məhkəməyə təqdim edəcəyik ki, X7 bunu təsdiq edir. , AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsi bank hesabından çıxanşa əsasən belə qənaətə gəlmişdir ki, X1 haqq hesab vaxtında təqdim edilməmişdir. Yuxanda da qeyd etdiyimiz kimi, X1 haqq hesab vaxtında edilmişdir, lakin o, əsəbi olduğundan əsassız şikayət etmişdir, bunu da özü təsdiq edəcəkdir. İkinci məqam da odur ki, Özerol Group MMC-nin bank hesabında həmin vaxt DSMF-nin özünün sərəncamı olmuş, lakin həmin sərəncamla bağlı əmək haqqı ödənişləri ilə bağlı məhduduiyyət aradan götürülməmişdir. Bu səbəblə də ödəniş X4 bank hesabı ilə deyil, digər formada edilmiş, X2 elə bilirdi ki, hedsablama düzgün deyildir, lakin sonradan özü də səhvini anlamış, şikayətini geri götürmək istəsə də, lakin X9 Xidməti Bakı şəhər İdarəsi barəsindən inzibati xəta haqqında iş üzrə icraat apanlan şəxs tərəfindən təqdim edilmiş sənədlər əsasında qərar qəbul ediləcəyini bildirmişdir. X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın rəsmi şəkildə 12 oktyabr 2022ci il tarixdə poçt vasitəsilə əldə etmişik. Odur ki, mübahisələndirilən qərardan şikayət verilməsi üçün müəyyən edilmiş 10 (on) günlük müddət ötürülməmişdir. X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında çıxış edən şikayət vermiş şəxs X6 onun nümayəndəsi və vəkili Vəkil şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, şirkətin bank hesablarına sərəncam qoyulduğu üçün son haqq-hesab adı ilə əməliyyatlar aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X11 izahatında göstərdi ki, X3 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilmiş, son haqq-hesab vaxtında ödənilməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, inzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati tənbeh vermə haqqında” 04 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, X10, X3 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Məhkəmə şikayət verən şəxs X8 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 192.4-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, şirkətin bank hesablarına sərəncam qoyulduğu üçün son haqq-hesab adı ilə əməliyyatlar aparılmasının mümkün olmamasına dair şikayət vermiş şəxs X6 onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında bildirdiyi xüsusat hər hansı sübutla təsdiq edilmir və özünümüdafiə xarakteri daşımaqla inzibati məsuliyyətdən yayınmağa hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X6 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar