Məhkəmə qərarları › İş №3(005)-3417/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3417/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3417/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair iş üzrə Şəxs tərəfindən verilmiş vəsatətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs inzibati tənbeh vermə haqqında qərarla İXM-in 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarı icra etmədiyi üçün Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində qəbul edilmiş yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında (İXP ******* saylı, xx.xx.2024) qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da o, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)- 3417/2024 nömrəli qərarı ilə Şəxs İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Hazırda Şəxs məhkəməyə ünvanladığı vəsatətində həmin qərara xitam verilməsini xahiş etmişdir. “Asan Pay” ödəniş sistemindən çıxarışdan görünür ki, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cərimə ödənilmişdir. İXM-in 145.1.4-cü maddəsinə uyğun olaraq İXM-ə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim qərarın icrasına xitam verir. İXM-in 145.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim tərəfindən qərardad qəbul edilir. Sadalananlara, həmçinin İXM-in 152.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair qərara xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-52, 114, 145, 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-3417/2024 nömrəli qərarına xitam verilsin. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar