Məhkəmə qərarları › İş №3(005)-3418/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3418/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3418/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 443.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi Şəxs barəsində İXM-in 443.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 16:20 radələrində T.Bəhramov adına stadionda Şəxs “Qarabağ –Alimpiyanus” oyunlarının keçirilməsinə dair biletləri fərdi qaydada və müəyyən edilmiş qiymətdən baha satdığı aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib olunan Şəxs ifadə verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə T.Bəhramov adına stadionda keçiriləcək “Qarabağ - Alimpiyanus” oyunlarında iştirak etmək üçün “Gənclik-mall”dan hər biri 5 manat olmaqla 6 bilet almışdı. Onları qazanc əldə etmək məqsədi ilə deyil, özü üçün almış, lakin həmin gün futbolda iştirak edə bilmədiyindən əlində qalan biletləri ele 5 manata digər tanımadığı şəxslərə satmaq istəmişdir. Barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini məhkmədən xahiş etdi. Barəsində inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs “Qarabağ - Alimpiyanus” oyunlarının keçirilməsinə dair biletləri fərdi qaydada və müəyyən edilmiş qiymətdən baha satdığı aşkar olunmuşdur. Protokoldan və aidiyyəti sənədlərdən, eləcə də barəsində inzibati protokol tərtib edilmiş şəxin izahatından aydın olur ki, barəsində inzibati protokol tərtib olunan şəxsin əməlində biletlərin saxtalaşdırılmasında dair inzibati xəta aşkar olunmamışdır. Lakin inzibati orqan tərəfindən Şəxs barəsində İXM-nin 443.1-ci maddəsi ilə (443.1. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə) protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin protokldan və digər aidiyyəti sənədlərdən Şəxs tərəfindən idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması təsdiq olunmur. Belə olan halda, məhkəmə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 443.1-ci maddəsinin dispozisiyasına əsasən kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə - fiziki şəxslər yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Şəxs inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 8, 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 443.1-ci maddəsinin tərkibi olmadığından barəsində edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar