Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3420/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən 30 noyabr 2021-ci il tarixdə AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin baş təhqiqatçısı R.Ağəliyevin 952 nömrəli rədd materialının qərarına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini pozaraq “Mitsubishi Nativa” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşub. Toqquşmanın təsirindən “Mitsubishi” markalı avtomobil qarşıya gedərək “Toyota Prado” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə, “Toyota Prado” markalı avtomobil isə “Hyundai Accent” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı avtomaşınlara maddi zərər dəyib. X1 “Yüngül” dərəcəli bədən xəsarəti alıb. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK-1-861 nömrəli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 16:05-də, Bakı şəhəri BPİ DYPİ-nin NH-dən Yaqubov məlumat verərək, K.Marks dairəsi yaxınlığında xəsarətlə nəticələnən YNH baş verməsini bildirdi. HK-2-9593 nömrəli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 16:55-də 5 saylı TTYS-dan həkim Dadaşova məlumat verərək, K.Marks dairəsi yaxınlığında baş vermiş YNH nəticəsində 1975-ci il təv. X2 çiyin və sol diz oynağının əziyi xəsarəti almasını bildirdi. xx.xx.2021-ci il tarixli, 2/13574 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur - ayıqdır. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə, təxminən saat 14:40 radələrində yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “Karsan” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu saatda 30-40 km sürətlə Bakı şəhəri, Azadlıq prospekti ilə, Naxçıvani küçəsi istiqamətindən Z.Bünyadov prospekti istiqamətinə idarə edib Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində inşa edilmiş tunelə daxil olduqdan sonra ondan qarşıda sıxlıq olduğuna görə onunla eyni istiqamətdə, təxminən 10-15 metr qarşıda hərəkətdə olan “Mitsubishi Nativa” minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əyləci sıxıb avtomobili dayandırdı. O da avtobusu dayandırmaq üçün əyləci sıxıb. Lakin avtobus dayanmadı və nəticədə ön hissəsi olan “Mitsubishi Nativa” minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpıldı. Zərbənin təsirindən sonuncu avtomobildə qarşıya gedərək ön hissəsi ilə “X9 Prado” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpıldı, sonuncu avtomobildə qarşıya gedərək ön hissəsi ilə “Hyundai Accent” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa hissəsinə çırpıldı. Hadisə zamanı avtobusda sərnişin olan şəxslərlə maraqlanıb onlardan bədən xəsarəti alanın olub-olmamasını xəbər alıb. Sərnişinlərdə bədən xəsarəti almadıqlarını bildiriblər. Daha sonra yerə enib sürücülərin vəziyyətləri ilə maraqlanıb. “Mitsubishi Nativa” minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan qadının qorxduğunu görüb, ancaq onun bədən səthində hər hansı bir xəsarət olmasını görməyib. Toqquşmadan təxminən 25-30 dəqiqə keçəndən sonra hadisə yerinə DYPŞ-nin əməkdaşları və sürücü qadının qardaşı hadisə yerinə gəldi. Bir müddət keçmiş hadisə yerinə TTYS-nın həkim briqadası gəlib sürücü qadını xəstəxanaya aparıblar. Onlar isə DYPŞ-nin əməkdaşlarının göstərişi ilə avtomobilləri tuneldən çıxarıb yol kənarında dayandırıblar. Daha sonra hadisə yerinə Nərimanov RPİnin polis əməkdaşı gəlib araşdırmaya başlayıblar. Aparılan araşdırma zamanı X5 izahat verərək bildirmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə, təxminən saat 14:40 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “Mitsubishi Nativa” minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 30-40 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə X.Bünyadov prospekti istiqamətinə hərəkət edərkən qeyd etdiyi prospektlərin kəsişməsində inşa edilmiş tunelə daxil olduqdan sonra ondan qarşıda sıxlıq olduğuna görə onunla eyni istiqamətdə hərəkətdə olan avtomobillər dayandığına görə o da avtomobili qarşında dayanmış “X9 Prado” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobildən arxada dayandırıb. Lakin dayandıqdan çox az vaxt keçəndən sonra arxada avtomobilin əyləc səsini eşitdib və həmin anda da avtomobilinin arxa hissəsinə “Karsan” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun ön hissəsi çırpıldı və zərbənin təsirindən avtomobili qarşıya gedərək qarşısında dayanmış “X9 Prado” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpıldı, sonuncu avtomobildə qarşıya gedib “Hyundai Accent” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa buferinə çırpıldı. Hadisə zamanı baş nahiyəsi və bədəninin müxtəlif nahiyələri avtomobilin salonunda olan hissələrə dəydiyinə görə xəsarət alıb. Ona görə də qardaşının mobil nömrəsini hadisə yerində olan şürücülərdən birinə verib ki, zəng edib hadisə yerinə dəvət etsin. Təxminən 20-25 dəqiqə keçəndən sonra hadisə yerinə DYPŞ-nin əməkdaşları və qardaşı Tahir gəlib. Bir müddət sonra hadisə yerinə TTYS-nın həkim briqadası gəlib onu Bakı Baş Səhiyyə İdarəsinin 3 saylı şəhər klinik xəstəxanasına aparıblar. Orada həkimlər bədənini müayinə edib tibbi yardım göstərib evə göndəriblər. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X3” X6 xx.xx.2021-ci il tarixli, 750 nömrəli rəyindən görünür ki, vət N.A.Əliyevanın bədən səthində aşkar edilmiş xəsarətlər: baş beyin silkələnməsi ilə müşayiət olunan başın ənsə nahiyəsinin şişkinliyi və tük dibinə qansızma, döş qəfəsinin və qarın nahiyəsinin qançırları, sol dizin sıyrıqları küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinin tələbinə əsasən, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3420/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3420/2021
22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver