Məhkəmə qərarları › İş №3(005)-3436/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3436/2022

05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3436/2022 05.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X2 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 00100- 2208/22 nömrəli, 19 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Türkiyə Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan “PORT" MMC-nin adına 61ABA277/61ABA314 nömrəli yük nəqliyyat vasitəsində GRG**********0399 nömrəli xx.xx.2022-ci il tarixli invovs üzrə idxal edilmiş və Bakı Bas Gömrük idarəsində **********1842 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara 11 oktyabr 2022-ci il tarixdə İpək Yolu gömrük postunda baxış keçirilərkən gömrük bəyannaməsinin 2-ci mal mövqeyində bəyan edilmiş 636 ədəd “aspirator motoru” yüklərinin faktiki olaraq 1338 ədəd olduğu, yəni 702 ədəd “aspirator motoru” yükünün artıq olduğu aşkar edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar “PORT" MMC-nin direktoru olan Azərbaycan Respublikasının vətəndaşı X1 xx.xx.2022-ci il tarixdə izahatı alınmış, o, sonuncu dəfə Türkiyə Respublikasının “X3 San.Dış.Tic.LTD” şirkətindən efırın, aspirator motorları və aspiratorlar üçün müxtəlif ehtivvat hissələri” yüklərinin idxal edildiyini, idxal edilən malların göndərən şirkətdən 2 yük nəqliyyat vasitəsində göndərildiyini, 61ABA277/61ABA314 nömrəli yük nəqliyyat vasitəsində GRG**********0399 nömrəli xx.xx.2022-ci il tarixli invovs üzrə idxal edilmiş və Bakı Bas Gömrük İdarəsində **********1842 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara 11 oktyabr 22-ci il tarixdə İpək Yolu gömrük postunda baxış keçirilərkən özünün şəxsən iştirak etdiyini, allara baxış zamanı bəyan etdikləri aspirator motoru yüklərinin 702 ədəd artıq olduğunun aşkar edildiyini, daha sonra bu barədə göndərən şirkətlə əlaqə saxladıqlarını, onlardan hansı səbəbdən alların sənəd üzrə düzgün yüklənmədiyini soruşduqlarını, göndərən şirkətdən yüklənmə zamanı jər yük nəqliyyat vasitəsində Şəxs MMC-nin adına göndərilən mallar üzrə nəqliyyat asitəsində ver olmadığına görə 61ABA277/61ABA314 nömrəli yük nəqliyyat vasitəsinə 702 ədəd artıq “aspirator motorunun" yükləndiyini, lakin, texniki səhv olaraq sənədlərdə qeyd edilmədiyini iyrəndiklərini, hal-hazırda İpək Yolu gömrük postunda olan və Şəxs MMC-nin adına GRG**********0404 nömrəli xx.xx.2022-ci il tarixli invovs üzrə idxal edilmiş malları daşıyan 54YE203/54YE204 nömrəli yük nəqliyyat vasitəsində də “aspirator motoru” yükləri idxal edildiyini, həmin malların Bakı Baş Gömrük İdarəsində **********1972 sorğu nömrəli xx.xx.2022-ci il tarixli mrük bəyannaməsi ilə bəyan edildiyini, **********1972 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində 4414 ədəd “aspirator motoru” bəyan etdiklərini, həmin yüklərə baxış manı bəvan etdikləri aspirator motorlarının bəyan ediləndən az olduğunun müəyyən olunacağını, gliyyat vasitələrində yüklənmə zamanı ver olmadığına görə 54YE203/54YE204 nömrəli yük qlivvat vasitəsinə yüklənməli olan malların 61ABA277/61ABA314 nömrəli yük nəqliyyat sitəsinə yüklənərək göndərildiyinə görə gömrük qaydalarının pozulduğunu, qanunvericiliyə görə məsuliyyət daşımağa hazır olduqlarını bildirmişdir.' Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X5 izahatında göstərmişdir ki, o, rəhbəri olduğu MMC-nin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasına müxtəlif məişət əşyalarının idxalı və satışından ibarətdir. Sonuncu dəfə Türkiyə Respublikasından “PORT" MMC-nin adına GRG**********0399 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə “elektrikli fırın və aspirator motoru" yükləri idxal edilmiş və həmin mallar Bakı Baş Gömrük İdarəsində **********1842 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Şəxs MMC Azərbaycan Respublikasına müxtəlif məişət əşyalarının idxalı və satışını həyata keçirir. Sonuncu dəfə Türkiyə Respublikasının “X4 San.Dış.Tic.LTD” şirkətindən “elektrikli fırın, aspirator motorları və aspiratorlar üçün müxtəlif ehtiyyat hissələri” yükləri idxal edilmişdir. Belə ki, idxal etdikləri mallar göndərən şirkətdən 2 yük nəqliyyat vasitəsində göndərilmişdir. 61ABA277/61ABA314 nömrəli yük nəqliyyat vasitəsində GRG**********0399 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********1842 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara 11 oktyabr 2022-ci il tarixdə İpək Yolu gömrük postunda baxış keçirilərkən o, şəxsən iştirak etmişdir. Mallara baxış zamanı bəyan etdiyi aspirator motoru yüklərinin 702 ədəd artıq olduğu aşkar edilmişdir. Daha sonra bu barədə göndərən şirkətlə əlaqə saxlamışlar. Onlardan hansı səbəbdən malların sənəd üzrə düzgün yüklənmədiyini soruşublar. Onlara məlumat verilib ki, yüklənmə zamanı digər yük nəqliyyat vasitəsində Şəxs MMC-nin adına göndərilən mallar üzrə nəqliyyat vasitəsində yer olmadığına görə 61ABA277/61ABA314 nömrəli yük nəqliyyat vasitəsinə 702 ədəd artıq “aspirator motoru” yüklənmiş, lakin, texniki səhv olaraq sənədlərdə qeyd edilməmişdir. Bildirir ki, hal-hazırda İpək Yolu gömrük postunda olan və Şəxs MMC-nin adına GRG**********0404 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş malları daşıyan 54YE203/54YE204 nömrəli yük nəqliyyat vasitəsində də “aspirator motoru” yükləri idxal edilmişdir. Həmin mallar Bakı Baş Gömrük İdarəsində **********1972 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. **********1972 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində 4414 ədəd “aspirator motoru” bəyan etmişik. Bildirir ki, həmin yüklərə baxış zamanı bəyan etdiyimiz aspirator motorlarının bəyan ediləndən az olduğu müəyyən olunacaqdır. Bir daha bildirir ki, nəqliyyat vasitələrində yüklənmə zamanı yer olmadığına görə 54YE203/54YE204 nömrəli yük nəqliyyat vasitəsinə yüklənməli olan mallar 61ABA277/61ABA314 nömrəli yük nəqliyyat vasitəsinə yüklənərək göndərildiyinə görə gömrük qaydalarını pozumuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan ipək Yolu gömrük postundan daxil olmuş xx.xx.2022-ci il tarixli raporta əsasən “PORT" MMC-nin ünvanına Türkiyədən 61ABA277/61ABA314 nömrə nişanlı avtomaşında GRG**********0399 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********1842 sorğu nömrəli xx.xx.2022-ci il tarixli GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, GB-nin 2-ci mal mövqeyində 636 ədəd aspirator matoru bəyan edildiyi halda, faktiki avtomaşında 1338 ədəd, yəni 702 ədəd artıq olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə və ya görük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatların verilməsinə, yaxud malların və nəqliyyat vasiələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğində, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 485.1-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar