Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3438/2024 22.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs rəhbəri Tuncbilek Musabın, onun nümayəndəsi və vəkili Nümayəndə, X1 iştirakları ilə, xx.xx.1986-cı ildə X2 anadan olan, evli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs rəhbəri Tuncbilek Musab barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Tuncbilek Musabnun barəsində MN seriyalı, ******* nömrəli, 29 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 29 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə, saat 11:00-da Bakı şəhəri, A.Nemətulla 23 ünvanında ünvan 3 tələbin icrası təkrar olaraq Şəxs rəhbəri Tuncbilek Musabdan tələb olunmuş, lakin Tuncbilek Musab vəzifəli şəxs kimi icra məmurunun qanuni tələblərini təkrar olaraq yerinə yetirməmişdir. Nəticədə Şəxs rəhbəri Tuncbilek Musab tərəfindən İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1307/2024 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, Tuncbilek Musabın izahatı alınmış, icra orqanına dəvət olunmuşdur. Tuncbilek Musab izahatında müəssisənin fəaliyyət göstərmədiyini bildirmişdir. Müəssisə fəaliyyət göstərdiyi dövr ərzində tələbkara 1423 manat ödənilmişdir. Lakin tələb tam olaraq borclu tərəfindən yerinə yetirilməmişdir. Borclu Şəxs rəhbəri Tuncbilek Musab vəzifəli şəxs kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1307/2024 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə riayət etməmiş və icra sənədinin icrasını təmin etməmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs rəhbəri Tuncbilek Musab Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X6 Şəxs rəhbəri Tuncbilek Musab barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs rəhbəri Tuncbilek Musab məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs artıq fəaliyyət göstərmir. Tuncbilek Musab hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışır. Onun qəsdən bilərəkdən icra sənədinin icrasından yayınma halları yoxdur. Bu səbəbdən o, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs rəhbəri Tuncbilek Musabın nümayəndəsi və vəkili Nümayəndə çıxış edərək izahatında göstərdi ki, Şəxs artıq fəaliyyət göstərmir. Müəssisə fəaliyyət göstərmədiyindən direktor əmək haqqını özünün büdcəsindən ödəməli deyil. Puza Academy Azərbaycan Təhsil Mərkəzi xx.xx.2024-cü il tarixədək əmək haqqını ödəmişdir. Əmək müqaviləsi 1 il ərzində qüvvədə olmuş və xx.xx.2024-cü il tarixdə qüvvədən düşmüşdür. Tuncbilek Musab hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışır. Onun qəsdən bilərəkdən icra sənədinin icrasından yayınma halları yoxdur. Bu səbəbdən o, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs rəhbəri Tuncbilek Musab barəsində tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1307/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, "Puza Academy Azərbaycan Təhsil Mərkəzi” MMC-nin X5 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmri ləğv edilməli, X5 "Puza academy Azərbaycan Təhsil Mərkəzi” MMC-nə müəllim vəzifəsinə bərpa edilməli və ona xx.xx.2023-cü il tarixdən hesablanmaqla məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməli, 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs MMC-nin ünvanına bildiriş göndərilmişdir. İcraata başlamaq haqqında qərar bildirişlə birlikdə Şəxs MMC-nin rəhbəri Tuncbilek Musab tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə "Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən, borclunun adına əmlak aşkar edilməmiş, "Puza Academy Azərbaycan Təhsil Mərkəzi” MMC-nin fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığı məlum olmuşdur. xx.xx.2024-cü il tarixdə borclunun rəhbəri Tuncbilek Musabdan izahat alınmış, Tuncbilek Musab izahatında Şəxs MMC-nin fəaliyyətinin dayandırdığını, icra sənədi üzrə tələbi icra etmək mümkün olmadığını, fəaliyyətini dayandırmış bir şirkətə hər hansı bir işçinin bərpa olunması və ona əmək haqqı ödənilməsinin mümkün olmadığını, gələcəkdə şirkət fəaliyyətini bərpa edərsə məhkəmənin qərarının icra ediləcəyini, şirkətin adına hər hansı bir əmlakın mövcud olmadığını izahatında qeyd etmişdir. Borclu “Puza Academy Azərbaycan Təhsil Mərkəzi" MMC-nin rəhbəri Tuncbilek Musab tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün xx.xx.2024-cü il tarixdə onun barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət edilmiş və Nərimanov Rayon Məhkəməsinin 3(005)-2378/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə ilə Tuncbilek Musab barəsində 1200 manat inzibat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixdə borclunun rəhbəri Tuncbilek Musabdan yenidən izahat alınmış, Tuncbilek Musab izahatında “Puza Academy Azərbaycan Təhsil Mərkəzi’ MMC-nin fəaliyyətinin dayandırdığını, icra sənədi üzrə tələbi icra etmək mümkün olmadığını, fəaliyyətini dayandırmış bir şirkətə hər hansı bir işçinin bərpa olunması və ona əmək haqqı ödənilməsinin mümkün olmadığını, gələcəkdə şirkət fəaliyyətini bərpa edərsə məhkəmənin qərarının icra ediləcəyini, şirkətin adına hər hansı bir əmlakın mövcud olmadığını, onun barəsində tətbiq edilmiş inzibati tənbehin icra sənədinin icrasına heç bir təsiri olmadığını izahatında qeyd etmişdir. Beləliklə borclu Şəxs MMC-nin rəhbəri Tuncbilek Musab vəzifəli şəxs kimi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə təkrar olaraq riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1307/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, “Puza Academy Azərbaycan Təhsil Mərkəzi" MMC-nin X5 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, X5 Şəxs MMC-nə müəllim vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2023-cü il tarixdən hesablanmaqla məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, mülki iş üzrə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2378/2024-cü il saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs rəhbəri Tuncbilek Musab Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 (min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Şəxsnə ünvanlanan “Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə” xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi bildirir ki, xx.xx.2024-cü il tarixli ərizəyə əsasən Şəxs fəaliyyəti xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cü il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. İş materiallarında olan Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Tuncbilek Musab "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışır. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxsnə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1307/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İşdə olan əmək haqqının hesablama cədvəlindən görünür ki, Şəxs MMC tərəfindən 6 ay üzrə 1.423 manat əmək haqqı ödənilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri Tuncbilek Musabın əməlində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 528-1.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 135.1.1-135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi bildirir ki, xx.xx.2024-cü il tarixli ərizəyə əsasən Şəxs fəaliyyəti xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cü il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. Şəxs hal-hazırda fəaliyyət göstərmir. Tuncbilek Musab "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışır. Şəxs MMC tərəfindən 6 ay üzrə 1.423 manat əmək haqqı ödənilmişdir. Göründüyü kimi Şəxs fəaliyyət göstərməməyi və onun gəlirinin olmaması Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1307/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən yaranmış öhdəliyinin icrasını qeyri-mümkün edir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs MMC-nin rəhbəri Tuncbilek Musabın əməlində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs MMC-nin rəhbəri Tuncbilek Musabın barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs rəhbəri Tuncbilek Musabın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3438/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3438/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver