Məhkəmə qərarları › İş №3(005)-345/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-345/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-345/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, şikayət vermiş şəxs X2 və onun vəkili Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X5 və onun vəkili Vəkil Azərbaycan Respublikası Mərkəzi Bankının 10 yanvar 2021ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankının 10 yanvar 2021-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 (Ş/V AZE № 06020497, Nərimanov RPİ) kiçik sahibkarlıqla (VÖEN **********) məşğul olur. Ukrayna Respublikasında fəaliyyət göstərən “LLC UFG" müəssisəsindən günəbaxan bitkisinin jımıxını almaq üçün onlarla 21 oktyabr 2019-cu il tarixində 21/10-2 saylı müqavilə imzalamışdır. Həmin müqavilənin şərtlərinə əsasən “LLC UFG” (X8) müəssisəsi 175 ton günəbaxan jımıxı üçün 35 525 ABŞ dolları dəyərində ona hesab-faktura göndərmiş, həmin hesab-fakturada yazıldığı kimi 30% ilkin ödəniş tərəfindən 5 noyabr 2019-cu il tarixində 11 000 (on bir min) ABŞ dolları "xxxx" QSC vasitəsilə onların Ukraynadakı JSC “Alfa Bank”da yerləşən hesabına köçürülmüşdür. Müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, satıcı Ukrayna Respublikasında fəaliyyət göstərən “LLC UFG” müəssisəsi öz öhdəliklərinə əməl etməyərək göndərilməli olan günəbaxan jımıxını (sunflower meal granuled) ona göndərməmişdir. Nəticədə ona 11 000 (on bir min) ABŞ dolları məbləğində ziyan dəymişdir. Tərəfindən dəfələrlə, əsas fəaliyyət sahəsi kənd təsərrüfatı mallarının satışı olan “LLC UFG” müəssisəsinə müraciət edilmiş, ya müqavilə üzrə nəzərdə tutulmuş kənd təsərrüfatı məhsulu olan günəbaxan jımıxının (sunflower meal granuled) Azərbaycana ixrac etmələrini, yada onlara ödəmiş olduğu 11 000 (on bir min) ABŞ dollarının geri qaytarılmasını istəsə də, onlar bunların heç birini yerinə yetirməmişdir. Müqavilənin şərtlərinə əməl edərək onun tərəfindən satıcı “LLC UFG” müəssisəsinin hesabına valyuta vəsaiti mədaxil edilsə də, onlar nəzərdə tutulmuş heç bir məhsulu Azərbaycan Respublikasına göndərməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Mərkəzi Bankı, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən barəsində 24 dekabr 2021-ci il tarixində EP ******* saylı inzibati xəta haqqında ptotokol və həmin protokol əsasında 10 yanvar 2022-ci il tarixində EP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar vermişdir. Həmin qərarda onun 5 noyabr 2019- cu il tarixində günəbaxan jımıxının satışı məqsədilə imzalanmış müqavilə üzrə satıcı “LLC UFG” müəssisəsinin hesabına 11 000 (on bir min) ABŞ dolları məbləğində vəsaiti köçürdüyü, lakin həmin vəsait hesabına alınmalı olan malların ölkəyə idxal edilmədiyi və ya köçürülmüş valyuta vəsaitinin ölkəyə geri qaytarılmadığı bildirilmişdir. Buna görə də barəsində1100 (bir min yüz) ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. 5 noyabr 2019-cu il tarixində Ukraya Respublikasında fəaliyyət göstərən satıcı “LLC UFG” müəssisəsinin hesabına 11 000 (on bir min) ABŞ dolları məbləğində vəsaiti köçürsə də, onlar tərəfindən hər hansı bir məhsul Azərbaycan Respublikasına ixrac edilməmiş və eyni zamanda ödəmiş olduğu həmin pul vəsaiti onlar tərəfindən geri qaytarılmamışdır. Bununla da onlar tərəfindən xeyli miqdarda ziyan vurulmuşdur. Bu ondan asılı olmayan səbəblərdən olmuş və nəticədə ona xeyli miqdarda ziyan dəymişdirsə, o zaman Azərbaycan Respublikası Mərkəzi Bankının barəsində qəbul etdiyi EP ******* saylı 10 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ədalətsiz və qeyri-obyektiv olmuşdur. Bu iş üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı barəsində protokol tərtib edib, inzibati tənbeh vermə haqqında qərar qəbul etsədə onun təqsiri sübuta yetirilməmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd edilən inzibati xəta, valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasında onun heç bir təqsiri yoxdur. Buna səbəb 21/10-2 saylı müqavilə üzrə Ukrayna Respublikasının şirkəti “X8”un öz öhdəliklərini yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmasıdır. Həmin vəsaiti qəbul edən “LLC UFG” müəssisəsi həm müqavilə üzrə göndərməli olan məhsulları göndərməmiş, həm də onlara ödədiyi 11 000 (on bir min) ABŞ dollarını ona geri qaytarmamış, nəticədə ona xeyli ziyan dəymişdir. Bununla bağlı onun tərəfindən Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə rəsmi olaraq 11.01.2022-ci il tarixində ərizə ilə müraciət edilmiş və 25.01.2022-ci ildə həmin ərizə səfirlik tərəfindən qəbul edilərək qeydiyyata alınmışdır. Ərizədə Ukrayna Respublikasında fəaliyyət göstərən “LLC UFG” müəssisəsinin ondan ödəniş qəbul etdiyi ancaq öz öhdəliklərini yerinə yetirməyərək məhsulları Azərbaycan Respublikasına ixrac etmədiyi nə dəki ödəniş olduğu vəsaiti geri qaytarılmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş EP ******* saylı 24.12.2021-ci il tarixli inzibati xəta haqqında protokolun, həmin protokol əsasında qəbul edilmiş EP ******* saylı 10.01.2022-ci il tarixli inzibati tənbeh haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 və onun Vəkil şikayəti müdafiə edərək təimn olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, qərarı barədə şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının 1o yanvar 2021-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 11000.00 ABŞ dolları məbləğində vəsaiti 05.11.2019-cu il tarixində xaricə köçmüş və 2 (iki) il müddət keçsə də, 11000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta 06.11.2021-ci il tarixdə vəzifəli şəxsin qeyd olunan ünvanında törədilmişdir. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1100 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş digər sənədlərlə müəyyən edilir ki, X5 5 noyabr 2019-cu il tarixində Ukrayna Respublikasında fəaliyyət göstərən satıcı “LLC UFG” müəssisəsinin hesabına 11 000 (on bir min) ABŞ dolları məbləğində vəsaiti köçürməsi, lakin məhsulun Azərbaycan Respublikasına ixrac edilməməsi və eyni zamanda ödəmiş olduğu həmin pul vəsaiti onlar tərəfindən geri qaytarılmaması ilə əlaqədar Ukrayna Respublikası Peşersk rayon prokurorluğuna müraciət etmiş, müraciət 04.02.2022-ci il tarixdə səlahiyyəti daxilində baxılması üçün Kiyev Milli Polisinin Peşersk Polis İdarəsinə yönəldilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mərkəzi X1 İXM-in 430.4-cü maddəsi ilə düzgün olaraq inzibati məsuliyyətə cəlb etmişdir. Belə ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi X5 tərəfindən 11000.00 ABŞ dolları məbləğində vəsaiti 05.11.2019-cu il tarixində xaricə köçürülmüş və 2 (iki) il müddət keçsə də, 11000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Göstərilən hərəkətlər isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikası Mərkəzi X4 28.11.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə qeyd edir ki, X5 tərəfindən köçürülmüş vəsait hesabına mallar ölkəyə qanunla müəyyən edilmiş müddət ərzində idxal edilməmiş və vəsait də geri qaytarılmamışdır. Göstərilən məbləğin xarici ölkəyə köçürülməsindən 2 il keçdikdən və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra X5 pulu köçürdüyü xarici şirkət barəsində həmin şirkətin yerləşdiyi ölkənin prokurorluğuna şikayət etmişdir. Lakin bu fakt onun tərəfindən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyətdən azad etmir. Məhkəmə, şikayət verən şəxsin təqsirsiz olması barədə dəlillərini əsassız hesab edir və hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş məbləğ müqabilində malların idxal olunmaması kimi hərəkətlərə yol verilildiyindən səlahiyyətli orqan tərəfindən düzgün olaraq İXM-in 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən pulun müqabilində malların idxal edilməməsi və valyuta vəsaitini geri qaytarılmaması kimi hərəkətlər edildiyindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan tinzibati xətaya yol verilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Mərkəzi Bankının 10 yanvar 2021-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün hər hansı əsas mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir; Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Mərkəzi Bankının 10 yanvar 2021-ci il tarixli, EP seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 və onun vəkili Vəkil Azərbaycan Respublikası Mərkəzi Bankının 10 yanvar 2021ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar