Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3450/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili və nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 204150.00 ABŞ dolları məbləğində vəsaiti 18 oktyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 204150.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 19 oktyabr 2023cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 çıxış edərək bildirmişdir ki, həqiqətən də, Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş 204150.00 ABŞ dolları məbləğində vəsait xaricdən geri qaytarılmışdır. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Məhkəmə iclasında iştirak Şəxs MMC-nin vəkili və nümayəndəsi X4 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixli 01 saylı müqavilnin icrası ilə bağlı xx.xx.2021-ci il tarixində 204.150 (iki yüz dörd min yüz əlli) ABŞ dolları məbləğində pul, malların alınması üçün “LEA GRUP LOJİSTİK GEMİCİLİK VE DİŞ TİCARET LİMİTED” şirkətinin hesabına göndərilmişdir. Həmin şirkət öhdəliklərinin icrasını gecikdirdiyi üçün xx.xx.2023-cü il tarixdə üç tərəfli müqavilə bağlanaraq vaxtında pulun qaytatılması mümkün olmadıqda "xxxx" şirkəti tərəfindən pulun qaytarılmasına zəmanət verilmişdir. Müəyyən vaxt keçdikdən sonra yenə də mallar göndərilməmiş və bu səbəbdən də xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə 1.000.000 Rusiya Rublu (rəsmi məzənnəyə uyğun olaraq 10.235,29 ABŞ dolları), xx.xx.2023-cü il tarixdə 7.500.000 Rusiya Rublu (rəsmi məzənnəyə uyğun olaraq 76.764,70 ABŞ dolları), xx.xx.2023-cü il tarixdə 11.500.000 Rusiya Rublu (rəsmi məzənnəyə uyğun olaraq 118.382,35 ABŞ dolları) olmaqla ümumilikdə 205.382,34 (iki yüz beş min üç yüz səksən iki, 34) ABŞ dollar pul "xxxx" şirkətinin “Bakai Bank” da olan hesabından Şəxs MMC-nin "xxxx" ASC-də olan hesabına qaytarılmışdır. Lakin pul qaytarılan zaman göndərən bank əməkdaşlarının səhvi nəticəsində müqavilənin tarixi 2021 əvəzinə 2023-cü il qeyd olunmuş və bununla da pul xx.xx.2021-ci il tarixli 01 saylı müqavilə üzrə qaytarılmamış hesab edilmişdir. Bildirmək istəyirlər ki, hazırki müqavilə üzrə göndərilmiş 204.150 (iki yüz dörd min yüz əlli) ABŞ dolları məbləğində pul, çəkdikləri xərclərlə birlikdə 205.382,34 (iki yüz beş min üç yüz səksən iki, 34) ABŞ dolları olaraq 2 il ərzində geri qaytarılmışdır. Həm qanunvericiliyin tələbinə görə həm də Konstiusiya Məhkəməsinin mövqeyinə görə şəxsin təqsiri dəqiq müəyyən olunmalı, xaricə göndərilmiş valyuta vəsaitinin qaytarılıb-qaytarılmaması dəqiq araşdırılmalıdır. Hazırkı halda isə tərəflərindən xaricə göndərilmiş valyuta vəsaiti artıqlaması ilə qaytarıldığı aşkar şəkildə müəyyən olunur. Bu səbəbdən də hesab edirlər ki, başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Eyni zamanda bildirmək istəyirlər ki, Mərkəzi Bank tərəfindən inzibati araşdırma aparılmamış və tərtib edilən protokol qanunvericiliyin tələblərinə uyğun tərtib ediməmişdir. Belə ki, səlhiyyətli orqan tərəfindən onların izahatları alınmamış, inzibati araşdırma aparılmamış və onların mübahisə ilə bağlı sübutların təqdim edilməsinə şərait yaradılmamışdır. Qeyd etdiklərinin nəzərə alınaraq hazırkı iş üzrə inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, PB/BPL-OUT-00616- 2023 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərlməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC göstərilmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş və tərcümə olunaraq notarial qaydada təsdiq edilmiş 26 oktyabr 2023-cü il tarixli Arayışdan görünür ki, xx.xx.2023-cü ildə bağlanmış üçtərəfli müqaviləyə əsasən 01 saylı xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci ildə köçürülən 204150 ABŞ dolları məbləğində pulun Şəxs MMC-yə qaytarılması bağlı tərəflər razılığa gəlmişdir. xx.xx.2023-cü il tarixli müqavilənin tələbinə uyğun olaraq Vəsaitlər "xxxx" MMC tərəfindən Şəxs MMC-nin rubl ilə hesablaşma hesabına xx.xx.2023-cü il tarixdə 1.000.000 rubl, xx.xx.2023-cü il tarixdə 7.500.000 rubl və xx.xx.2023-cü il tarixdə 11.500,000 rubl olmaqla ümumilikdə 20.000.000 rubl pul məbləğində qaytarılmışdır. Qaytarılma zamanı bank əməkdaşı tərfindən göndərişin təyinatında müqavilənin tarixini düzgün qeyd etməyərək texniki səhvə yol verilmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş edirik. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC tərəfindən Şəxs MMC-ə ünvanlanan xx.xx.2023-cü il tarixli, PB/VB-OUT-04482-2023 nömrəli məktubdan görünür ki, Şəxs MMCnin "xxxx" ASC-də mövcud olan AZ 18PAHA40160RUBHC********** nömrəli hesabına OSOO LEİZER UL. SUE şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdə 1.000.000 rubl, xx.xx.2023-cü il tarixdə 7.500.000 rubl və xx.xx.2023-cü il tarixdə 11.500,000 rubl ödənişlər daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə 204150.00 ABŞ dolları məbləğində vəsait xaricdən geri qaytarılmışdır. Bu hal məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, PB/VB-OUT-04482- 2023 nömrəli məktubu və "xxxx" MMC tərəfindən tərtib edilmiş və tərcümə olunaraq notarial qaydada təsdiq edilmiş 26 oktyabr 2023-cü il tarixli Arayışla öz təsdiqini tapır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən məhkəmə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş məbləğin geri qaytarılmaması kimi hərəkətlərə yol verilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən pulun geri qaytarılmaması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 430.4-cü maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3450/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3450/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver