Məhkəmə qərarları › İş №3(005)-3451/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3451/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3451/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, Şəxs MMC-nin vəkili Union Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs MMC 30714.40 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 27 oktybar 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 30714.40 ABŞ dolları hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəməyə təqdim edilən protokolda qeyd edilir ki, Şəxs MMC 30714.40 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müdət keçsə də, 30714.40 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən «Şəxs MMC-nin vəkili X3 çıxış edərək bildirmişdir ki, əmin əməliyyat MİTSUBİSHİ ELECTRİC EUROPE B.V. (bundan sonra “Təchizatçı”) ilə Cəmiyyət arasında AZE-AZE-01 FY18 nömrəli xx.xx.2017-ci il tarixli Distributorluq müqaviləsi üzrə lisenziyaların alınması ilə əlaqədar olmuşdur. Belə ki, müvafiq müqavilə çərçivəsində xx.xx.2021-ci il tarixində kondisioner avadanlıqlarının mərkəzi idarəetmə pultlarmın işləkliliyini təmin etmək üçün 20 ədəd PİN-BACNET-EXP kateqoriyalı lisenziyaların Şəxs MMC tərəfindən satın alınması barədə xx.xx.2021-ci il tarixli ********** nömrəli proforma invoys tərtib edilmişdir. Həmin sənəd əsasında 30 714.40 ABŞ dolları dəyərində olan və qeyri-maddi xarakterə malik elektron lisenziya kodları Cəmiyyət tərəfindən satın alınmışdır. Müvafiq lisenziya kodları xx.xx.2021-ci il tarixində elektron poçt vasitəsilə Cəmiyyətə təqdim edilib. (Həmin elektron poçt məktubunun surəti və əlavələri təqdim olunur). Bildirmək istərdik ki, müvafiq lisenziya kodları qabaqcadan satın alınmış kondisioner avadanlıqlarının ağıllı sisteminin (smart system) fəaliyyəti üçün zəruri olan unikal kodlardır və heç bir halda digər şəxslər tərəfindən başqa kondisioner avadanlıqlarının idarəedilməsi məqsədilə istifadə edilə bilməz. Lisenziya kodlarmm Cəmiyyətə qanunvericiliklə nəzərdə tutulmuş iki illik müddətdə təqdim edilməsi həmçinin tərəflər arasında imzalanmış 14 noyabr 2023-cü il tarixli aktla da öz təsdiqini tapmışdır. Həmin akta əsasən “BACNet lisenziya” kodları 03 noyabr 2021-ci il tarixdə, yəni avans ödənişdən sadəcə 6 gün sonra Şəxs MMC-yə təhvil verilmişdir. Qeyri-maddi formada olan həmin mallar Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə bağlı Təchizatçıdan satın alınmışdır. Belə ki, 15 oktyabr 2021-ci il tarixli **********456 nömrəli Alqı-satqı müqaviləsinə əsasən həmin lisenziya kodları 76 560 AZN (ƏDV daxil) məbləğində "xxxx" MMC-yə satılmışdır. Lisenziya kodlarının Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və fəaliyyət göstərən Alıcı şirkətə təhvil verilməsi EBCA seriyalı, 514489 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə sənədi əsasmda öz təsdiqini tapn. Bundan başqa həmin malların Azərbaycan Respublikası ərazisində "xxxx" MMC-yə təqdim edilməsi xx.xx.2022-ci il tarixli **********456-001 nömrəli təhvil-təslim aktı əsasında da sübut olunur. Müvafiq əməlin inzibati xəta kimi tövsif edilməsi üçün ilk növbədə inzibati xəta hadisəsi mövcud olmalıdır. İndiki halda isə inzibati xəta hadisəsinin baş tutması üçün avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilməməsi əsas şərtdir. Halbuki Şəxs MMC tərəfindən avans ödənişin edildiyi tarixindən sadəcə bir neçə gün sonra qeyri-maddi formada olan mallar, yəni lisenziya kodları Azərbaycana idxal edilmişdir. Həmin lisenziya kodları sonradan Azərbaycan Respublikasında fəaliyyət göstərən digər bir şirkətə - "xxxx" MMC-yə satılmış və buna görə də müvafiq ödəniş edilmiş və təhvil sənədləri imzalanmışdır. Məhkəmə də bu halı nəzərə alar ki, idxal edilməmiş lisenziya kodları onsuz da heç bir formada ölkə ərazisində satıla və təhvil verilə bilməzdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İXM-nin 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmədə tədqiq edilən və iş materiallarına əlavə edilmiş Mitsubishi Electiric ilə “Euro Cilma” arasında bağlanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, qeyri-maddi mallar olmaqla, aşağıda qeyd olunan “BACNet lisenziya kodları”nın 1 nisbi təlimatla ötürülməsi xx.xx.2021-ci il tarixində FGOM X2 X4 tərəfindən e-poçt vasitəsilə həyata keçirilmişdir. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmədə tədqiq edilən sübutlara sasən Şəxs MMC–nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar