Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3452/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, BOKT "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 598.1.1, 598.1.2 və 598.4-cü maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən BOKT "xxxx" MMC barəsində İXM-in 598.1.1, 598.1.2 və 598.4-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə BOKT "xxxx" MMC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən BOKT "xxxx" MMC-də BOKT) xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2017 - xx.xx.2022-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş rinlakm leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs BOKT "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən BOKT "xxxx" MMC barəsində İXM-in 598.1.1, 598.1.2 və 598.4-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ilə razı deyil. Məhkəmədən inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 protokolu müdafiə edərək bildirmişdir ki, BOKT "xxxx" MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən BOKT "xxxx" MMC barəsində İXM-in 598.1.1, 598.1.2 və 598.4-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cinayət yolu ilə əldə edilmiş əmlakm leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 4.6.2-ci maddəsinə görə (anoloji tələb aşağıda göstərilən xətalar törədilən zaman qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pıd vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (PL/TMM) Qanunun 9.4-cü maddəsində göstərilmişdir) hüquqi şəxsin eyniləşdirilməsi onun təsis sənədlərinə əsasən verifikasiya edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs olan 1 müştəriyə münasibətdə bu tələbə əməl edilməmişdir. Qeyd edilən pozuntu İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. ƏL/TMM Qanunun 10.1.4-cü maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.4-cü maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakm leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən yoxlanılan dövr ərzində əməkdaşlara PL/TMM üzrə təlimlər keçirilməmişdir. Bundan başqa, ƏL/TMM Qanunun 10.1.5-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunim 12.1.7-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakm leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasmda qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-nin daxili audit qaydalarmda da PL/TMM üzrə daxili auditin keçirilməsinə dair tələbin olmasma baxmayaraq, yoxlama dövründə PL/TMM üzrə daxili audit həyata keçirilməmişdir. Bununla yanaşı, ƏL/TMM Qanunun 10.1.2-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.8-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsini həyata keçirməlidir. Yoxlama zamanı aşkar edilmişdir ki, kredit təşkilatında məsul şəxs xx.xx.2023cü il tarixində təyin edilmiş və bu tarixədək təşkilatda məsul şəxs funksiyalarını icra edən əməkdaş müəyyən edilməmişdir. Həmçinin "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in 2.5.4-cü yarımbəndinə görə (anoloji tələb "Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair tələblər"in 11.5-ci bəndində də göstərilmişdir) sənədlər arxiv sənədlərinin mühafizəsi tələblərinə uyğun olaraq mərkəzləşdirilmiş arxivdə mühafizə olunmalıdır. Yoxlama zamanı kredit təşkilatmda ümumiyyətlə mərkəzləşdirilmiş arxivin mövcud olmadığı müəyyən edilmişdir. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. ƏL/TMM Qanunun 11.1.1-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 7.1-ci maddəsində göstərilmişdir) minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlara dair məlumat və sənədlər maliyyə institutları tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-yə müştərilər tərəfindən nağd ödənilən 20.000 manatdan yuxarı məbləğdə 26 sayda əməliyyat barəsində hesabatlar Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməmişdir. Bundan başqa, ƏL/TMM Qanunun 11.2.1-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 7.2.1-ci maddəsində göstərilmişdir) əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar olduqda, məbləğindən asılı olmayaraq, əməliyyatlar və ya belə əməliyyatlarm aparılmasına cəhdlər barədə məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanma təqdim edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, əlavə eyniləşdirmə tədbirləri aparılmadan, müştərilərdən əlavə sənəd və məlumatlar tələb olunmadan və maliyyə monitorinqi orqanına məlumatlar təqdim edilmədən 2021-ci və 2022-ci illərdə 2 əməliyyat icra edilmişdir. Qeyd edilən 28 sayda əməliyyat üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.4cü maddəsinin tərkib əlamətlərini yaradır. Beləliklə, müəyyən edilir ki, BOKT "xxxx" MMC maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə və maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə faktlarına görə 598.1.1, 598.1.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin İnspeksiya haqqında hesabatına əsasən BOKT tərəfindən yoxlama qrupuna kənar auditor tərəfindən son 3 ilin rəhbərliyə tövsiyə məktubları təqdim edilmişdir. Hər 3 ilin rəhbərliyə tövsiyə məktubları məzmun etibarı ilə eynilik təşkil edir. Aşkar edilmiş çatışmazlıqlarla bağlı kənar auditorun tövsiyələri əsasən əsas vəsaitlərin inventarizasiyasının qeyri-adekvatlığı, uzunmüddətli strateji planlamanın planlamanın, büdcənin hazılanmaması və təsdiq edilməməsi və s. olmuşdur. Rəhbərliyin verilmiş tövsiyələr əsasında hər hansı tədbirlərin həyata keçirilməsinə dair məlumatlar müəyyən edilməmişdir. BOKT-də aparılmış yoxlamadan belə görünür ki, BOKT illik maliyyə hesabatlarının hazırlanması və bu hesabatların MHBS-yə uyğunluğuna dair rəyin verilməsi eyni auditor tərəfindən aparılmışdır. Prosesin bu formada təşkili maraqlar münaqişəsinə və digər risklərə səbəb ola bilər. İllik maliyyə hesabatlarını hazırlayan və bu hesabatlara rəy verən auditorlar fərqli olmalıdır. İXM-in 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; İXM-in 598.1.2-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə əzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, BOKT "xxxx" MMC tərəfindən 2022-ci il tarixdə qüvvədə olmuş İXM-in əvvəlki redaksiyasında qeyd edilmiş 598.1.1, 598.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Həmçinin BOKT "xxxx" MMC tərəfindən İXM-in 598.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi İXM-in 38.1-ci maddəsinə görə müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad olunmalıdır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 11.1-ci maddəsinə görə Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında BOKT "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə BOKT "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona 2022-ci il tarixdə qüvvədə olmuş İXM-in əvvəlki redaksiyasında qeyd edilmiş 598.1.1, 598.1.2-ci maddələrində nəzərdə tutulmuş qaydada cərimə tənbeh növü tətbiq olunmalıdır. BOKT "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: BOKT "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad olunsun. BOKT "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3452/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3452/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver