Məhkəmə qərarları › İş №3(005)-3455/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3455/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3455/2024 15.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Bakı şəhər BPİ-nin X12 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Müşayiət eskort bölüyü yol-patrul xidməti inspektoru X2, Şikayət vermiş şəxs X7 iştirakları ilə, X7 Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 xx.xx.2024-cü il saat 19:24-də Bakı şəhəri, Ağa Neymətulla, Çemyayevsk kəsişməsində ona məxsus **-NG-*** Hundai Elantra markalı maşını üzrə İXP6618268 nömrəli inzibati xəta protokolu tərtib etmişdir. İnzibati xəta protokolu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən “yolayrıcını keçmə qaydalarının pozulması” üzrə tərtib edilmişdir. X10 protokol tərtib olunan zaman dövlət yol polis idarəsinin inspektoruna bildirmişdir ki, yolayrıcında dayanaraq avtomobillərə yol verib sonra yolu keçmişdir. X12 inspektoru avtomobil ilə yolun ondan sol hissəsində hərəkət edirdi ki, X10 3 (üç) yolayrıcını keçdikdən sonra arxası ilə gələrək onu saxladı. Belə ki, onun yolayrıcında dayandığını və qaydalar əsasında yolu keçdiyini inspektor görə bilməzdi. Çünki, X1 yolda hərəkət edən yol polisinin qabağında xeyli sayda maşın var idi. Sadəcə o, yolayrıcını keçib öz yoluna düzələndən sonra inspektor zənn etdi ki, X10 gözləmədən yolu keçmişdir. Amma inspektor təkidlə inad etdi ki, X10 avtomobillərə yol verməmiş və yolayrıcının keçmə qaydasını pozmuşdur. O, inspektordan videogörüntüyə baxmağını xahiş etsə də, inspektor bildirdi ki, videogörüntü qeydə alınmamış, amma vizual görüntü (gözlə) əsasında inzibati xəta qeydə alınmışdır. Bundan sonra inspektor inzibati xəta protokolu tərtib etdi. X10 inzibati xəta protokolu üzrə qərarın çıxarılacağı zaman onun da iştirakının olması üçün həm elektron formada, həm də poçt vasitəsi ilə Bakı şəhəri X12 İdarəsinə ərizə göndərmişdir. Amma xx.xx.2024-cü il tarixində İXP6618268 nömrəli inzibati xəta protokolu üzrə onun 100 manat və 3 bal cərimə olunmağı barədə SMS RADAR xidmətinə mesaj göndərildi. X4 iştirakı olmadan qərar çıxarılmışdır. Bununla belə SMS RADAR xidmətində çıxarılmış qərara videoçəkiliş və ya fotoçəkiliş əlavə edilməmişdir. Yəni İXP6618268 nömrəli qərara videoçəkiliş və ya fotoçəkiliş əlavə edilməmişdir. Həmçinin, protokol üzrə çıxarılmış qərarın sonradan inzibati orqanda və məhkəmələrdə mübahisələndirilməsi üçün yol patrul xidməti inspektorundan X9 Protokol”da inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə barədə və inzibati xəta üzrə şahidlər haqqında məlumatların qeyd edilməsini tələb etmişdir. Amma protokolda hər iki fakt üzrə bəndlər olmasına baxmayaraq, yol patrul xidmətinin inspektoru hər iki faktlar barədə məlumatları qeyd etməmişdir. Eləcə də, “X9 Protokol”da qeyd edilməsi nəzərdə tutulan məlumatlar X9 iş üzrə icraat aparılan fiziki şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr izah edilir. Barəsində X9 iş üzrə icraat aparılan şəxsin izahatı və ya vəsatəti, X9 iş üzrə zəruri olan digər məlumatlar da göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə əsasən X9 protokolda qeyd edilməli olan məlumatlar İXP6618268 nömrəli inzibati xəta protokolunda tam olaraq göstərilməmişdir. Yəni protokol natamam doldurulmuşdur. X7 inzibati qaydada şikayəti əsasında inzibati xəta barədə qərarın çıxarılması zamanı inzibati orqan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməli və araşdırma aparmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinin tələbləri nəzərə alınmadan ona tərtib olunmuş İXP6618268 nömrəli protokol üzrə çıxarılmış İXP6618268 nömrəli qərar ləğv edilməlidir. X9 qərardan şikayət vermiş şəxs X10 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilərək ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhər BPİ-nin X12 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Müşayiət eskort bölüyü yol-patrul xidməti inspektoru X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, sürücü X10 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77.1-ci maddəsinin tələblərini pozduğu üçün dayandırılmışdır. Nizamlanmayan yolayrıcının keçid qaydası köməkçi yolda hərəkət edən nəqliyyat vasitəsi əsas yolda hərəkət edən nəqliyyat vasitələrinə sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməlidir. Bunun da yol vermək anlayışı 1-ci maddə 42ci bənd Yol hərəkəti haqqında qanunun nəqliyyat vasitəsinin hərəkət sürətində və ya hərəkət istiqamətində dəyişiklik olmalı deyil, köməkçi yoldan gələn nəqliyyat vasitəsi də əsas yolu tam dayandırıb keçdiyinə görə də qayda pozuntusunun tərkin hissəsi yaranmışdır. Hansı nəqliyyat vasitəsinə ki, sürücü yol verməmişdir, həmin nəqliyyat vasitəsinin hərəkət etdiyi zolaq ümumiyyətlə yol əsas yol olduğundan hərəkət etdiyi zolaq isə təkrarlanan 1.18 üfiqi nişanlanma xətti çəkilib. Yol hərəkəti haqqında qanunun 69-cu maddəsinin 18-ci bəndinə görə də yolayrıcına çəkilən həmin nişanlanma xətti müstəqil və ya 5.8 məlumatverici nişanla bir yerdə çəkilib, yəni hərəkətinin məcburiliyidir. Həmin sürücü düzünə getməli idi və düz də gedir, köməkçi yolda olan X7 idarə etdiyi maşın isə gəlir və artıq həmin maşının qabağını, yolunu bağlayıb keçir. X10 tərəfindən inzibati xətanın törədilməsini, tərtib olunmuş X9 protokol və inzibati tənbeh vermə haqqında qərarın əsaslı olduğunu bildirdi və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi nəticəsində 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərarın məzmunudan görünür ki, sürücü X10 xx.xx.2024-cü il tarixdə saat 19:24-də Bakı, Ağa Neymətulla, Çemyayevsk küçəsinin kəsişməsində “HYUNDAİ ELANTRA” minik markalı, **- NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan CD diskə baxış zamanı müəyyən edilmişdir ki, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü X10, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitəsinə yol verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77.1-ci maddəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Məhkəmə şikayət verən şəxs X8 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Eyni zamanda CD diskə baxış zamanı ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü X7 baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitəsinə yol vermədiyi müəyyən edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X7 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən X9 iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər X12 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə X7 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar