Məhkəmə qərarları › İş №3(005)-3462/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3462/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3462/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə, X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhəri İdarəsi "xxxx" MMC-yə 31 avqust 2023-cü il tarixdə müraciət edərək X5 şikayətinin araşdırılması məqsədilə sorğu verilmişdir. "xxxx" MMC həmin sorğuya xx.xx.2023-cü il tarixdə sorğuya cavab X13 Xidməti Bakı şəhəri İdarəsinə təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhəri İdarəsi 28 sentyabr 2023-cü il tarixdə 3-17-5/2- 37784/2023 tarixli məktub yollayaraq protokol tərtibatında iştirak etmək üçün xx.xx.2023-cü il tarixə dəvət edilmişdilər. Həmin məktubu onlar xx.xx.2023-cü il tarixdə aldıqları üçün iştirak edə bilməmişlər. Bununla bağlı xx.xx.2023-cü il tarixdə müvafiq məktubla müraciət edərək protokolun tərtibatını başqa vaxta keçirməyi xahiş etmişlər. Lakin bu tələb cavabsız qalmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhəri İdarəsi 10 oktyabr 2023-cü il tarixdə 3-17-5/2-39799/2023 tarixli bildiriş göndərərək inzibati xəta haqqında işə baxılmasını xx.xx.2023-cü ilə təyin etmiş və "xxxx" MMC-nin baş direktoru X14 barədə ******* saylı protokol tərtib edilmişdir. Onların nümayəndələri iştirak etdiyi halda ona hərhansı qərar təqdim edilməmişdir. Bununla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi dəftərxanaya sübut olaraq arayış təqdim etmişdir. Lakin o arayış da nəzərə alınmamış və 07 noyabr 2023-cü il tarixli 129350 saylı qərar tərtib edilərək xx.xx.2023-cü il tarixdə onlara rəsmi poçtla təqdim edilmişdir. X16 və İbrahimov Kərim şikayətlərinə dair vahid qərar qəbul edilmişdir. X17 ilə bağlı ümumiyyətlə inzibati tərkib olmamışdır. Əmrin dəyişildiyi ƏMAS sistemindəki onlardan asılı olmayan səbəbdən gecikmişdir və müfəttişlik özü bunu inzibati araşdırma zamanı etiraf etmişdir. İbrahimov Kərimlə bağlı isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi İsayeva Zeynəb tərəfindən müfəttişliyin əməkdaşlarına elektron daşıyıcıda proqram tərtibatı təqdim edilmiş və izah edilmişdir ki, proqram tərtibatına əməkdaşlanın müdaxiləsi olmur və sistem özü kompensasiya edilməli günlərin sayını hesablayır. Bu onların tərəfindən riyazi səhv olaraq qəbul edilir. Belə ki, X9 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də aşpaz vəzifəsində çalışmışdır. İşdən azad edilərkən ona istifadə edilməmiş məzuniyyət qalığı 10.4 gün olaraq müəssisənin daxili proqramına əsasən hesablanmışdır. Məlumatlar proqrama avtomatik daxil edildiyi üçün hesablamaya müdaxilə edilmədiyi üçün son haqq-hesab da bu hesablamaya uyğun ödənilmişdir. Lakin müfəttişliyin əməkdaşları ümumiyyətlə təqdim edilmiş sənədlərə münasibət bildirməmiş, əsassız protokol sonradan isə qərar qəbul etmişdir. Müfəttişlik bu bəndi tətbiq edərək onu inzibati məsuliyyətə cəlb edərək cərimələmişdir. Halbuki bu Maddəyə görə riyazi səhvin olması inzibati məsuliyyəti istisna edən haldır. Bu səbəbdən hesab edir ki, X13 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassızdır və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X11 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə razı olmadığını bildirərək, etiraz etmişdir. Bu səbəbdən X13 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının əsassız olduğunu və ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şikayət vermiş şəxs X14 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə təqdim edərək məhkəmə iclasında səhhət ilə bağlı iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda o, maraqlı şəxs qismində cəlb edilən "xxxx" MMC-nin təqdim etdiyi və işin içində olan sübutları nəzərə alıb inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş yenidən araşdırma aparılması üçün həmin orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, X6 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməli idi, lakin xx.xx.2023-cü il tarixində xitam verilsə də son haqq-hesab ödənişi edilməmişdir. Bununla da Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur. X5 əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 144-cü maddəsinin tələbləri pozulmuşdur. X4 İXM-in 192.4-cü və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1800 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl X8 təqsirli bilindiyi inzibati xətalara dair münasibət bildirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 129-cu maddəsinin 1-ci hissəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir; 179-cu maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İXM-in: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normalardan göründüyü kimi, İXM-in 192.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün işəgötürən tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməlidir. Hazırki iş üzrə vəzifəli şəxs kimi X14 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən işçinin son haqq-hesabının hesablanmasında və ödənilməsində, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə hansı qanun pozuntusuna yol verilməsi aydın deyil. Məhkəmə hesab edir ki, X13 tərəfindən intibati protokol tərtib edilərkən qeyd edilən hallara münasibət bildirilməmişdir. X6 X10 ünvanladığı şikayətində ona işdən çıxarkən son haqq-hesab ödənilmədiyini göstərsə də, onun bu dəlilləri məhkəmə iclasında hər hansı sübutla öz təsdiqini tapmamışdır. X9 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, X14 tərəfindən işəgötürən kimi işçi X2 haqq-hesabın ödənilməsi və X9 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən edərkən X13 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. X13 vəzifəli şəxs kimi X8 İXM-in 192.4-cü və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə X8 göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan X8 İXM-in 192.4-cü və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə nəticəyə gələrkən yalnız X6 ərizəsinə istinad etmişdir ki, həmin izahat, başqa sübutlar olmadan şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan X14 tərəfindən X2 haqq-hesabın ödənilməsi və X9 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi ilə hüquqlarının pozulması qənaətinə gəldiyi halda, bu mövqeyini sübutlarla əsaslandırmalı idi. Lakin qeyd edilən orqan yalnız ehtimallara əsaslanaraq X12 inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin olunsun və həmin qərar ləğv edilsin. Qərarın surəti yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar