Məhkəmə qərarları › İş №3(005)-3463/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3463/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3463/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X5 Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Şikayət vermiş şəxs - X1 iştirakları ilə, X1 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi ilə bağlı vəsatət və şikayət ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Şikayət vermiş şəxs məhkəmə iclasında iştirak edərək, inzibati tənbeh vermə haqqında qərar barədə məlumatlı olmadığını, buna görə də şikayət vermədiyini bildirmişdir. Nəzərə alınmasını və şikayət vermə müddətinin bərpa edilərək şikayətə baxılmasını məhkəmədən xahiş etmişdir. İnzibati qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə adıçəkilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa olunmasına dair vəsatəti geri qaytarılmalıdır. Belə ki, mübahisələndirilən qərar 13 dekabr 2021-ci il tarixdə qəbul edilmişdir, təxminən 03 (üç) illik, uzun müddət vaxt keçmişdir və bu müddət ərzində X3 qərarı mübahisələndirməmişdir. Hazırda ötürülmüş müddətin üzrlü hesab edilməsi ilə bağlı da heç bir əsaslı səbəb məhkəməyə təqdim olunmamışdır. Bu səbəblə məhkəmə tərəfindən Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, xx.xx.2021-ci il tarixli qərarından şikayət verilməsi üçün müddəti bərpa edilməmişdir. İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən və İXM-in 130-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, xx.xx.2021-ci il tarixli qərarından verilmiş şikayət X2 geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar