Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3468/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Gültəkin Əsədova Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X8, Zərərçəkmiş şəxs-X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci PŞ-dən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X6 08 oktyabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxsnın barəsində İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin polis sahə inspektoru X10 tərəfindən MN seriyalı ******* nömrəli, 01 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 01 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə həyat yoldaşı X4 döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Nərimanov RPİnin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X10 izahatında göstərdi ki, ünvan 3 ünvanında yaşayan X7 xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə və Nərimanov RPl-nin 17-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində evdə olduğu zaman aralarında yaranmış mübahisə zamanı əri Şəxs onun üzərinə hücum çəkərək onu döymüş və ona xəsarətlər yetirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 01 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olarkən həyatyoldaşı X7 ilə onun arasında mübahisə yaranmışdır. Belə ki, evə gəldikdə Şəxs ondan xahiş etmişdir ki, ona yemək versin, Həmin vaxt X1 əhəmiyyət verməyərək oturduğu yerdən durmurdu, onun hərəkətləri Şəxs əsəbiləşdirmişdi. Bu zaman aralarında mübahisə baş vermişdir, Şəxs əsəbi olduğu üçün əlinin çöl hissəsi ilə X3 ağız nahiyəsindən vurmuş və evdən çıxıb getmişdir. Əməlindən peşmandır. Barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 çıxış edərək bildirdi ki, həyatyoldaşı Şəxs ilə 2 ildir evlidir. Bir müddət bundan əvvəl X7 Elşadın Sevinc adlı qadınla münasibətdə olduğunu aşkar etmiş və buna görə aralarında mübahisələr olmuşdur, sonradan Elşad həmin qadınla əlaqələri kəsdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında evdə olarkən X2 yenidən həmin qadınla telefon vasitəsi ilə əlaqə saxladığını aşkar etmiş, bu səbəbdən aralarında yenidən mübahisə yarandı. Elşad evdən çıxıb getdi. Həmin tarixdə saat 23 radələrində Elşad evə qayıtdı, həmin vaxt X7 divanda əyləşmişdi. Bu zaman Elşadla aralarında yenidən sözlə mübahisə oldu, Elşad qəflətən onun üzərinə hücum çəkərək dizi ilə onun sifət nahiyəsindən vurmuş və X7 bir anlıq özünü itirmişdir.Həmin vaxt başında bərk ağrılar hiss etmişdir. X7 telefonunu götürüb 102 xidmətinə zəng edən zaman Elşad dərhal evi tərk edərək uzaqlaşmışdır. X7 Şəxs şikayətçidir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı zərərçəkmiş şəxs X3 ifadəsi, həmçinin bu hal iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Elvin Əzimova ünvanlanan ünvanlanan 08 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, X7 ərizə ilə müraciət edərək bildirmişdir ki, ünvan 3 ünvanında yaşayan X7 xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə və Nərimanov RPl-nin 17-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində evdə olduğu zaman aralarında yaranmış mübahisə zamanı əri Şəxs onun üzərinə hücum çəkərək onu döymüş və ona xəsarətlər yetirmişdi. Aparılmış təhqiqat araşdırması zamanı müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapmıdır. Odur ki, həmin əməli törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qərarın surətinin Nərimanov RPİ-nin 17-ci PŞ-nin müvafiq əməkdaşına həvalə olunmasına dair göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1105 saylı rəyindən görünür ki, X5 aşkar edilmiş xəsarətlər - sol gözaltı nahiyənin qançırı küt əşyanın təsirindən törənmiş, qərarda qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçü “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 31 oktyabr 2024-cü il tarixdən saat 22:30-da inzibati xəta törətmiş şəxs qismində tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsnə əsasən inzibati inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in: 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3468/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3468/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver