Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3481/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Məhkəməsinin 2(005)-225/2017 nömrəli, 11.01.2017-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 16777 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-518/2020 nömrəli, 31.01.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 3250 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Nizami Rayon Məhkəməsinin 2(007)-1958/2013 nömrəli, 25.12.2013-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 22520 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1201/2021 nömrəli, 17.02.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 1600 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Şəxs icra vərəqələrində göstərilən tələbi icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə də Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən 14 dekabr 2021-ci il tarixli, MN seriyalı0472525 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, icra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, tələbin könüllü icrası haqqında borcluya bildiriş, məhkəməyə və tələbkara məlumat göndərilmişdir. 25.05.2017-ci və 23.01.2018-ci il tarixlərində borclu Şəxs icra şöbəsinə dəvət olunaraq ona rəsmi qaydada bildiriş verilmişdir. Dəfələrlə borclu icra şöbəsinə dəvət olunmuş, onun izahatı alınmış və yaranmış borcunu ödəmək üçün maddi imkanı olmadığını bildirərək borcu ödəməkdən yayınmışdır. İcra sənədi icraatda olduğu müddətdə ona dair icra hərəkətləri həyata keçirilmiş, borclu Şəxs əmlak vəziyyətini müəyyən edilməsi üçün müvafiq idarə və bank təşkilatlarına sorğular göndərilmiş, borclunun adına “Daevoo Matız” minik markalı, **-NB- *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş və üzərinə həbs qoyulmuşdur. Borclu Şəxs 26.05.2015-ci il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmiş və 07 (yeddi) gün müddətində inzibati qaydada həbs olunmuşdur. Daha sonra borclu Şəxs 23.01.2018-ci il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmiş və 500 manat məbləğində inzibati cərimə olunmuşdur. Növbəti icra tədbiri kimi borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nərimanov Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş və Nərimanov Rayon Məhkəməsinin 8(005)-1534/2017 nömrəli, 21.11.2017-ci il tarixli qərardadı Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra tədbirləri davam etdirilən zamanda borclu Şəxs axtarılması haqqında 30.04.2018-ci il tarixli qərarla barəsində axtarış elan olunmuş və 14.12.2021-ci ildə müvafiq orqanın əməkdaşı tərəfindən borclu şöbəyə təhvil verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, bir müddət işsiz olduğuna görə icra sənədlərini icra edə bilməmişdir. Qısa müddət ərzində ödəyəcəkdir. Pandemiya vəziyyəti ilə əlaqədar olaraq maddi imkansızlıq səbəbi ilə icra sənədini icra edə bilməmişdir. Hissəhissə ödəməklə icra sənədinin icrasını təmin edə biləcək. Hətta iki tələbkara, yəni Aybəniz Cəfərovaya və Rüfət Kərimova zərər ödənilmiş, bu yaxınlarda onlar icra şöbəsinə yaxınlaşaraq şikayət və tələblərinin olmaması barədə ərizə təqdim edəcəkdir. Hacı Mahmudov isə hazırda şikayətçidir. Ona olan borcunu da ödəyəcəkdir. Qərəzli olaraq icra sənədinin icrasından yayınmır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov Rayon Məhkəməsinin 2(005)-225/2017 nömrəli, 11.01.2017-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 16777 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-518/2020 nömrəli, 31.01.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 3250 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Nizami Rayon Məhkəməsinin 2(007)-1958/2013 nömrəli, 25.12.2013-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 22520 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1201/2021 nömrəli, 17.02.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 1600 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.01.2018-ci il tarixli, 3(005)-235/2018 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli, 8(005)- 319/2019 nömrəli qərardadından görünür ki, məhkəmənin icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Şəxs mülkiyyətində olan “Daewoo Matız” minik markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasının təmin edilməsinə hərəkətsizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin əməlindən səmimi peşmanlıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir Beləliklə məhkəmə inzibati xətanın xarakterini, borclunun məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırmamasını, icra sənədi borclunu maddi vəziyyəti ilə əlaqədar icra edilməməsi halını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3481/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3481/2021
14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver