Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3485/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsi xidmət üzrə baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şamaxı rayonu, Şirvan küçəsi, ev 23 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 01 noyabr 2024-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Mübariz Cəfərovun 31 oktyabr 2024-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 01 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 oktyabr 2024-cü il tarixdə metronun “Gənclik” stansiyasında vətəndaş X2 məxsus telefonu oğurlayıb ona qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsi xidmət üzrə baş inspektoru X3 protokolu müdafiə edərək qanuna uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:50 radələrində metronun “28 May” stansiyasının yaxınlığında yerləşən aptekə getmək üçün “İnşaatçılar” stansiyasında “Həzi Aslanov” stansiyası istiqamətinə gedən qatara minmişdir və oturacaqda əyləşmişdir. Sağ tərəfində yaşıl rəngli telefonun oturacağın üzərində olduğunu görmüş və sağ tərəfində əyləşən ad və soyadını polis idarəsində bildiyi Aysu Həsənovanın telefona diqqət yetirmədiyini görüb “Gəncllik” stansiyasında qatar dayanan kimi telefonu götürmüş və qatardan düşmüşdür. Əməlindən peşmandır. Barəsində daha yüngül inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : Araşdırma zamanı X4 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:42 radələrində metronun “Dərnəgül” stansiyasından “Həzi Aslanov” stansiyası istiqamətinə gedən qatara minmiş, qatar “İnşaatçılar” stansiyasına çatdıqda onun sol tərəfində 55-60 yaşlarında bığlı kişi əyləşmiş çantası isə sol tərəfində açıq vəziyyətdə olmuşdur. Qatar “Nəriman Nərimanov” stansiyasına çatdıqda çantasını götürüb platformaya düşmüş və çantasına baxdıqda ona məxsus cəyəri 80-90 01 ədəd **********82850 və **********92867 İMEİ kodlu “Honor X8b” markalı mobil telefonunun çantasında olmadığını aşkar etmişdir. Həmin vaxt platformada sərnişinlərin mobil telefonundan öz nömrəsinə çox saylı zəng etsə də, telefona zəng çatmış lakin zəngləri cavablandırılmamışdır. Ondan sonra DİN-nin 102 xidmətinə zəng etmək qərarına gəlmişdir. Telefonunun ancaq onun sol tərəfində əyləşon bığlı kişi tərəfindən götürülməsindən şüpələndiyini bildirmişdir. Oğurlanan telefonunu 4 il əvvəl 800 manata mağazadan aldığını, telefonunun hazırda 80-90 manata Tap.az sayıtında satış qiyməti qoyulduğunu bildirmişdir. Ona görə ərizəsində telefonunun 800 manat yazmasına baxmayaraq ona dəymiş maddi ziyanın 80 manat olduğunu bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Aysu Həsənovaya qarşı oğurluq hadisəni törədən şəxsin xx.xx.1968-ci il tarixdə Şamaxı şəhərində anadan olan, əvvəllər məhkum olunmuş, Şamaxı şəhəri Şirvan küçəsi ev 23-də qeydiyyatda olan Şəxs olduğu müəyyən olunmuş, sonuncu xx.xx.2024-cü il tarixdə Yasamal rayonu 1-ci Alatava 143 saylı evin qarşısında saxlanılaraq Bakı Metropolitenində Polis İdarəsinə gətirilmişdir. A.Ə.Həsənovaya məxsus 01 ədəd **********82850 və **********92867 İMEİ kodlu “Honor X8b" markalı mobil telefonu könüllü olaraq təhqiqata təqdim etmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və İnzibati araşdırmanın aparılması haqqında” 01 noyabr 2024-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutularaq saxlanması üçün Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs şübhəli bilinən cinayət əməli sübuta yetmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş və saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 31 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə hadisəni törədən Şəxs əməlində Azərbaycan Respublikası CMin hər hansı maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin əlamətləri mövcud olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddisi ilə inzibati təsir tədbirləri görülməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhər BPl-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 2-ci qrup əlildir. İXM-in: 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını və onun ikinci qrup əlil olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, 25 oktyabr 2024-cü il tarixdə törədilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli və Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 40.0.1, 43, 48-51, 53.0.10, 55, 105.1, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3485/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3485/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver