Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3492/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun müstəntiqi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 28 oktyabr 2024-cü il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərardan görünür ki, vəzifəli şəxs Şəxs - hüquqi ünvanı ünvan 1 MMC-in direktoru vəzifəsində işləyən zaman texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi işçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmamasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qayda və normalarına riayət olunmasına nəzarət etməli olduğu halda, “Yükləmə-boşaltma işləri və təhlükəsizliyin ümumi tələbləri” 12.3.009-76 nömrəli DÜST-ün 1.3, 5.4-cü bəndlərinin tələblərini pozmuş, bu səbəbdən xx.xx.2024-cü il tarixdə X4 və X7 ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin ərazisində fəhlə kimi işə cəlb olunduqları "xxxx" MMC üçün gətirilmiş şüşələrin yük avtomobilindən boşaldılması işini icra edərkən Teymur Eyvazov başının təpə nahiyəsi və sağ əlinin kəsilməsi nəticəsində dərəcəsinə görə sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətlər, Cavad Atayev isə sol əlinin bükücü vətərinin said nahiyəsinin, mil sinirinin, dirsək sinirlərinin, dirsək arteriyasının kəsilməsi nəticəsində baş vermiş hadisə zamanı dərəcəsinə görə sağlamlığa Az Ağır zərər vurmaya aid xəsarətlər almışlar, bununla da, Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun müstəntiqi X6 qərarın məzmununa uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 xx.xx.2024-cü il tarixli, 957 nömrəli ekspert rəyindən görünür ki, X5 əlin, baş barmağın bükən uzun əzələ və onun vətərinin və bilək və əl səviyyəsində travması diaqnozu qoyulmuş, beyin KT: Sağ gicgah və təpə nahiyəsində dərialtında ödəm, qansızma, sərbəst hava qabarcıqları və böyüyü 13 mm ölçüdə olan hiperdens yad cisimlər qeyd olunur. Sol mil - bilək oynağının iki proyeksiyalı rentgenoqrafiyasında saidin orta 1/3 hissəsində yumşaq toxumalara proyeksiya olunan böyüyü 5 mm ölçüdə bir neçə ədəd hiperdens yad cisim kölgəliyi izlənilir. Döş qəfəsinin KT-da: Sağ ağciyərin yuxarı sinirinin kəsilməsi, dirsək arteriyasının kəsilməsi, mil arteriyasının kəsilməsi iti kənarlı əşyanın (əşyaların), ola bilsin sınmış şüşə qəlpələrinin kəsici təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 xx.xx.2024-cü il tarixli, 925 nömrəli ekspert rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər: başın təpə nahiyəsinin, sağ saidin, sağ əlin kəsilmiş yaraları, iti kənarlı əşyanın (əşyaların) ola bilsin ki, sınmış şüşə qəlpələrinin kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2024-cü il tarixli, 10/6377 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Yükləmə-boşaltma işləri, Təhlükəsizliyin ümumi tələbləri” 12.3.009-76 DÜST-ün 1.3, 5.4-cü bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin səbəbi olmuşdur. Yükləmə-boşaltma işlərinin görülməsinə dair təlimatlandırılmamış, təlim kursu keçməmiş və biliyi yoxlanılmamış şəxslər yükləməboşaltma işlərinə cəlb edildiyinə və yük maşınının yük yerindən şüşə bloklarının boşaldılması işinin təhlükəsiz aparılması üçün qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsi təmin edilmədiyinə görə, “Yükləmə-boşaltma işləri, Təhlükəsizliyin ümumi tələbləri” 12.3.009-76 DÜST-ün 1.3, 5.4-cü bəndlərinin tələbləri həmin işin görülməsinə göstəriş vermiş şəxs(lər) tərəfindən pozulmuşdur. Hadisənin yük avtomobilinin yük yerindən şüşə blokların boşaldılması işinin təhlükəsiz aparılması üçün qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsinin təmin edilməməsi nəticəsində baş verməsini nəzərə alaraq, zərərçəkmiş(lərin) özü tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarında 01/23-01 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, Şəxs "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdən direktor vəzifəsinə qəbul edilmişdir. İş materiallarında Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2023-cü il tarixli Dövlət Reyestrindən Çıxarışından görünür ki, "xxxx" MMC xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmış, qanunu təmsilçi Şəxsdur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış 24-3-2-2/314-0407 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin qanuni təmsilçisi, direktoru və rəhbəri olmaqla texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan vəzifəli şəxs Şəxs tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması səbəbindən xx.xx.2024-cü il tarixdə X4 və X7 ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin ərazisində fəhlə kimi işə cəlb olunduqları "xxxx" MMC üçün gətirilmiş şüşələrin yük avtomobilindən boşaldılması işini icra edərkən Teymur Eyvazov başının təpə nahiyəsi və sağ əlinin kəsilməsi nəticəsində dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, Cavad Atayev isə sol əlinin bükücü vətərinin said nahiyəsinin, mil sinirinin, dirsək sinirlərinin, dirsək arteriyasının kəsilməsi nəticəsində baş vermiş hadisə zamanı dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışlar, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 28 oktyabr 2024-cü il tarixli qərar, məhkəmə-tibbi ekspertiza rəyləri və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3492/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3492/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver