Məhkəmə qərarları › İş №3(005)-3495/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3495/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3495/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1958-ci il tarixdə Naxçıvan MR-da anadan olmuş, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu, yeni tikilidə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tuqay Mehtiyevin 27 oktyabr 2023-cü il tarixli qərarından və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi Mercedes Benz E240 markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində hərəkətdə olan zaman ehtiyatsızlıq edərək sağ tərəfdən gələn, Daewoo İsuzu markalı **-VX-*** dövlət qeydiyyat nişanlı 67 nömrəli sərnişin avtobusu ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində Daewoo İsuzu markalı **-VX-*** dövlət qeydiyyat nişanlı 67 nömrəli sərnişin avtobusun içərisində olan sərnişinlər yüngül bədən xəsarəti almışdırlar. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təhqiqat araşdırması üzrə izahatı alınmış Şəxs qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 10:33 radələrində etibarnamə ilə idarə etdiyi Mercedes Benz E240 markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə üzü Ayna Sultanova istiqamətində ikici zolaqla hərəkət etdiyini bildirmişdir. Bundan sonra yaşayış yerinə daxil olmaq üçün sağ yan güzgüsündən arxaya baxdıqda avtomobilin gəlmədiyini görüb biraz qarşıdan yaşayış yerinə daxil olduqda Daewoo İsuzu markalı **-VX-*** dövlət qeydiyyat nişanlı 67 nömrəli sərnişin avtobusu ilə toqquşaraq avtobus ağaca və binaya çırpılaraq dayandığını bildirmişdir. Bundan sonra avtobusda xəsarət alan sərnişinləri TTYS-nin həkimləri gələrək xəstəxanaya aparmışdır. Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etdiyini qeyd etmişdir. O, verilən suallara cavab olaraq hadisə baş verən zaman o, təxminən 10 km/saat sürətlə hərəkət etdiyini, hadisə baş verən zaman spirtli içkili olmadığını və xəsarəti olmadığı üçün MTE-dən keçmək istəmədiyini bildirmişdir. Təhqiqat araşdırması üzrə izahatı alınmış X8 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 10:33 radələrində etibarnamə ilə idarə etdiyi Daewoo İsuzu markalı **-VX-*** dövlət qeydiyyat nişanlı 67 nömrəli sərnişin avtobusu ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə üzü Ayna Sultanovaya avtobus yolu ilə hərəkət etdiyində ikinci zolaqla yəni onun solunda hərək edən Mercedes Benz E240 markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil onu sağa sıxdığında o da ondan yayınmaq üçün sağa çəksə də, həmin avtomobildə sağ tərəfə çəkmiş və o da sağda olan səkiyə dəyib avtobus tullanaraq orada olan ağaca çırpıldıqda ağacı sındırıb yaşayış binasına dəyib dayandığını bildirmişdir. Bildirib ki, o, ağaca və binaya dəydiyində Mercedes Benz E240 markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobildə onunla birlikdə solunda gələrək dayanmışdır. Bundan sonra avtobusda xəsarət alan sərnişinləri TTYS-nin həkimləri gələrək xəstəxanaya aparmışdır. Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etdiyini bildirmişdir. O, verilən suallara cavab olaraq hadisə baş verən zaman o, təxminən 30 km/saat sürətlə hərəkət etdiyini, hadisə baş verən zaman spirtli içkili olmadığını və MTE-dən keçmək istədiyini bildirmişdir. Təhqiqat araşdırması zamanı vətəndaş X21 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 10:33 radələrində Daewoo İsuzu markalı **-VX-*** dövlət qeydiyyat nişanlı 67 nömrəli sərnişin avtobusunda arxa oturacaqda əyləşdiyi zaman Ziya Bünyadov prospektində hərəkətdə olan sərnişin avtobusu yol nəqliyyat hadisəsi törətdiyində xəsarət aldığını bildirmişdir. Bundan sonra TTYS-nin həkimləri gələrək onu 3 saylı xəstəxanaya apardıqlarını bildirmişdir. O, verilən suallara cavab olaraq xəsarəti olduğu üçün MTE-dən keçmək istədiyini bildirmişdir. Araşdırma zamanı vətəndaş X12 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 10:33 radələrində Daewoo İsuzu markalı **-VX-*** dövlət qeydiyyat nişanlı 67 nömrəli sərnişin avtobusunda oturduğu zaman sərnişin avtobusu yol-nəqliyyat hadisəsi törətdiyində avtobusun içərisinə oturduğu qabaq oturacağın dəmirinə çənə nahiyəsi dəyərək xəsarət aldığını bildirmişdir. Bundan sonra TTYS-nm həkimləri gələrək onu Sabunçu rayonu 3 saylı xəstəxanasına apardığını bildirmişdir. O, verilən suallara cavab olaraq hadisə baş verən zaman hadisənin necə olduğunu görmədiyini və xəsarəti olduğu üçün MTE-dən keçmək istəmədiyini bildirmişdir. Araşdırma zamanı vətəndaş X13 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 10:33 radələrində ünvan 3 ünvanda yerləşən icarəyə götürüb işlətdiyi “avto ehtiyyat” hissələr dükanında olduğu zaman bərk səs gəldiyini eşidib və bu zaman avtobusun binaya dəyib dayandığını gördüyünü bildirmişdir. Bundan sonra dükandan çölə çıxıb baxdığında Mercedes Benz E240 markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Daewoo İsuzu markalı **-VX-*** dövlət qeydiyyat nişanlı 67 nömrəli sərnişin avtobusun toqquşduğunu və dükanın qarşısında olan dirəyi əzdiyini və fasatı sındırdığını görmüşdür və Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etdiyini bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 04 oktyabr 2023-cü il tarixli, 1281 saylı MTE-nin rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş xəsarət-sol baldırın sıyrığı küt əşyanın təsirindən törənmişdir; qərarın təsviri hissəsində gğstərilən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 19 oktyabr 2023-cü il tarixli, 253-M saylı MTE-nin rəyindən görünür ki, X5 adına tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarət-başın uyrılmış yarası-küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 19 oktyabr 2023-cü il tarixli, 256-M saylı MTE-nin rəyindən görünür ki, X1 adma tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarət-döş qəfəsinin, büzdümünün əzilməsi-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ağlandığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 19 oktyabr 2023-cü il tarixli, 257-M saylı MTE-nin rəyindən görünür ki, X6 adma tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarət-sol çiynin əzilməsi-küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yol- əqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 19 oktyabr 2023-cü il tarixli, 258-M saylı MTE-nin rəyindən görünür ki, X4 adına tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarət-sol qaşın çapılmış yarası-küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2023-cii il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 19 oktyabr 2023-cü il tarixli, 259-M saylı MTE-nin rəyindən görünür ki, X2 adma tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarət-alının əziyi-küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 20 oktyabr 2023-cü il tarixli, 1324 saylı MTE-nin rəyindən görünür ki, X9 məhkəmə-tibbi müayinə zamanı onun bədən səthində hər hansı bir xəsarət izi aşkar edilmədi. Bakı Sağlamlıq Mərkəzi tərəfindən vət. X9 adına tərtib edilmiş arayışda göstərilən sağ tərəfdən Vİİİ-İX və sol tərəfdən V-Vİİ çabırğaların natamam sınıq xətti sual altında yazıldığından və şəxs təkrar KT müayinəsindən içmədiyindən qabırğalarda sınıq olub-olmaması barədə fikir söyləmək mümkün olmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 21 oktyabr 2023-cü il tarixli, 1285 saylı MTE-nin rəyindən görünür ki, X14 almış olduğu xəsarətlər-təpə nahiyəsinin əzilmiş yarası, sol göz ətrafının hematoması və ağlı qişasına qansızına, sol budun qançırı, sol dizin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 26 oktyabr 2023-cü il tarixli, 1279 saylı MTE-nin rəyindən görünür ki, X10 almış olduğu xəsarətlər-alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Vüqar Kərimovun tərəfindən tərtib edilmiş HK-2 N 17911 nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:35-də, Bakı Sağlamlıq Mərkəzindən qeydiyyatçı Əhmədova məlumat verərək bildirdi ki, Z. Bünyadov pr-də baş vermiş YNH-si zamanı, 1982-ci il təvəllüdlü Həsənov Nizami oğlu döş qəfəsinin küt tarvması, sağ və sol qabırğalarının natamam sınığı xəsarətləri almasını bildirmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş AD № 454863 nömrəli, xx.xx.2019cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E240” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X7r. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ/ 1 saylı Asan xidmət tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B kateqoriyalı sürücüdür; 2/35462 nömrəli, xx.xx.2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, məhkəmə-tibbi ekspertizasının rəyləri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Məhkəmə, işin faktiki hallarını, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar