Məhkəmə qərarları › İş №3(005)-3498/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3498/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3498/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Toğrul Məmmədovun xx.xx.2023-cü il tarixli qərarından və 17 oktyabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 07:13 radələrində idarə etdiyi "Toyota Prius-minik" markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pros. ilə Z.Bünyadov pros. kəsişməsində olan yol ayrıcına çatdığı zaman "Toyota Prius-minik" markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə X3 ogluna yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı izahatı alınmış Şəxs xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar mahiyyəti üzrə bildirmişdir ki, qeyd olunan tarixdə saat 05:50 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius-minik” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saat da 40-45 km sürətlə köməkçi yol ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda orta zolaqla hərəkət edirmiş. Həmin vaxt adım bilmədiyi sərnişin avtomobildə sağ ön oturacaqda sərnişin qismində əyləşmişdir. O, idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Z.Bünyadov prospektinin kəsişməsində olan yol ayrıcına çatdığı zaman fikirli olması səbəbindən əsas yolla hərəkət edib üzü Binəqədi rayonu, Naxçıvanı küçəsi istiqamətində hərəkət edən “ Toyota Priusminik” markalı ** UR *** dövlət nömrə nişanlı avtomobilin gəlməsini görməmiş və hərəkətinə davam etmişdir. Bu zaman onun idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə “ Toyota Prius-minik” ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan hissəsi ilə toqquşmuşdur. O, toqquşmadan əvvəl əyləci sıxsa da, hadisənin qarşısım ala bilməmişdir. Zərbənin təsirindən qeyd olunan avtomobil yerində fırlanmışdır. O, hadisədən sonra dərhal idarə etdiyi avtomobildən yerə düşüb digər avtomobilin sürücüsünə yaxınlaşmış və ondan hadisə nəticəsində bədən xəsarəti və ya zədə alıbalmadıqlarım soruşmuşdur. Bundan sonra hadisə yerinə TTYS-nin həkim briqadası gələrək xəsarət almış sərnişini müayinə olunması üçün aparmışdır. Bundan bir qədər sonra hadisə yerinə Nərimanov RPİ-nin əməkdaşı gələrək araşdırmaya başlamışdır. O, da həmin araşdırmada iştirak etmişdir. Aparılan təhqiqat araşdırması zamanı X2 xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildimişdir ki, qeyd olunan tarixdə saat təxminən 05:50 radələrində müştəri qismində əyləşdiyi “Toyota Prius-minik" markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Koroğlu MT-sı istiqamətində 30 km sürətlə 3 zolaqdan ibarət köməkçi yolda sağdan 2-ci zolaqla hərəkət edirmiş. Həmin vaxt o, sərnişin qismində avtomobildə əyləşmişdir. Onlar avtomobil ilə körpünün altı ilə yəni əsas yola daxil olaraq üzü Binəqədi rayonu istiqamətində hərəkətə başlamışlar. Həmin vaxt Z.Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətindən üzü 20 Yanvar dairəsi stiqamətində köməkçi yolla gələn “Toyota Prius-minik" markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onların əsas yolla gəldiyi halda yola daxil olmuş və ou zaman “Toyota Prius-minik” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi ilə onların avtomobilin sağ arxa yan hissəsi toqquşmuşdur. Zərbənin təsirindən avtomobili fırlanmışdır. Hadisədən sonra TTYS-nin həkim briqadası gələrək onu xəstəxanaya aparmışdır. Bundan sonra isə hadisə yerinə Nərimanov RPİ-nin əməkdaşı gələrək araşdırma aparmağa başlamışdır. O, da həmin araşdırmada iştirak etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 30 oktyabr 2023-cü il tarixli, 288-M nömrəli rəyindən görünür ki, X2 baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yüngül dərəcəli bədən xəsarəti almışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞyə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar