Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3503/2023 20.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X4, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X4 DİN Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 10 sentyabr 2023-cü il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 10 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X7 şikayət ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikasının DİN BDYPİ-nin EQ16799850 saylı inzibati xəta haqqında protokol ilə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 300 manat miqdarında inzibati cərimə tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində mülkiyyətində olan nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının pozulması müəyyən edilmiş, nəqliyyat vasitəsinə dair mülkiyyət hüququnun onda olması və sürücülük hüququnun məhdudlaşdırılması səbəbindən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə elektron protokol tərtib edilmişdir. Tərəfindən dərhal AR DİN Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə müraciət edilmiş və avtomobillərin onun istifadəsində olmaması, yol vərəqəsi əsasında müxtəlif şəxslər tərəfindən idarə edilməsi bildirilmişdir. Lakin polis əməkdaşları tərəfindən verilən şifahi məlumata əsasən protokolun elektron qaydada tərtib edildiyi və bununla bağlı qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edilməli olduğu qeyd edilmişdir. Qeyd etmək istəyir ki, onun təsisçisi olduğu "xxxx" MMC şirkətinə verdiyi mülki etibarnamə əsasında mülkiyyətində olan bütün daşınar əmlaklarını idarə və istifadə etməyi və onların üzərində sərəncam verməyi və digər bütün növ səlahiyyətlərin verilməsini etibar etmişdir. Bu səbəbdən inzibati xətaların törədildiyi nəqliyyat vasitəsinə dair X3 (SA/ BD058729 avtomobillərin nisyə alqı-satqı haqqında müqavilə əsasında satıldığı müştərilərə) "xxxx" MMC tərəfindən yol vərəqələri təqdim edilmiş və həmin yol vərəqələri əsasında avtomobilləri idarə edilmişdir. Məhkəmə iclasında X7 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, o, “Okean” avtosalonunun təsisçisidir. Etibarnamə verərək avtomobili idarə edilməsi səlahiyyətini vermişdir. Avtomobil nisyə alqı-satqı müqaviləsi ilə satılmışdır. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, uzun müddət keçdiyindən kamera görüntülərinin götürülməsi hazırda mümkün olmamışdır. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 10 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələri ilə təqsirli bilinib 300 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X7 yol hərəkəti haqqında qaydaları pozmasına görə İXM-nin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, DİN Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 10 sentyabr 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda X4 xx.xx.2023-cü il tarixdə İXM-in 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi qeyd edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. Həmçinin “Hyundai Elantra” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə X7 tərəfindən idarə edilməsi məhkəmə iclasında hər hansı sübutla müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən 10 sentyabr 2023-cü il tarixli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Məhkəmə hesab edir ki, X7 barəsində qəbul edilmiş 10 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X4 inzibati tənbeh olunmasına dair DİN Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 10 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi hissəsində şikayət ərizəsi təmin edilməli və iş yenidən baxılması üçün DİN Baş X11 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələri ilə cərimə olunmasına dair DİN Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 10 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması DİN Baş X11 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3503/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3503/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver