Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3505/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan X9 nümayəndəsi X11, X1 iştirakları ilə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayət barədə X4 şikayət ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2024 tarixində, Süleyman Vəzirov küçəsində yerləşən parklanma yerində, nömrəsi 10115 olan ödənişli parklanma sahəsindən istifadə etmişdir. Xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini başlatmış və ödənişini də vaxtında etmişdir. Ödəniş qəbzini əlavədə təqdim etmişdir. Bu səbəbdən, onun cərimələnməyi qanunvericiliyə ziddir və yersizdir, inzibati xəta ilə bağlı AYN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Xüsusi ilə qeyd olunur ki, parklanmış ərazidən çıxdıqdan bir neçə saat sonra parklanma dayandırıldıqda əlavə ödənilmiş ödənişlər geri qaytarılmadığı kimi, bununla bağlı heç kəs mükafatlandırılmır. Onunla bağlı protokolda isə həm ödəniş etmiş olur həm də cərimələnmiş olur. İki fərqli ödənişə məruz qalmış olur. Bu isə qanunvericiliyin məntiqinə ziddiyyət təşkil edir. Qeyd etmək olunur ki, parklanma ilə bağlı məsuliyyətli şəxs olduğu proqramdan çıxarılacaq məlumatlarda öz əksini tapmaqdadır. X6 tərəfindən müvafiq müraciət təxmini saat 09:28-də sistemə vurulmuş və ona məlum olmayan səbəblərdən 09:55:10-da qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunaraq icrasına xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında X3 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunaraq icrasına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan X9 nümayəndəsi X12 etiraz edərək bildirmişdir ki, X6 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə AYNA-nın 31 oktyabr 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X3 barəsində inzibati xəta haqqında parklanma müddətinin ölçülməsi ilə bağlı sübutun olmamasını qeyd etmişdir. X2 idarə etdiyi “TOYOTA LAND-CRUİSER-PRADO MİNİK” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə, saat 09:38-dən Bakı şəhəri, Xətai rayonu Süleyman Vəzirov küçəsindəki - 10115 nömrəli parklanma yerində saxlanması inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdə də göründüyü kimi təsdiq olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsinin XV hissəsinə əsasən Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən parklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə ödəniş edir. X3 şikayətində Agentliyin səlahiyyətli qurum olmamasını qeyd etmişdir. Qeyd olunur ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsinin XXV hissəsinə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının 2.34-cü bəndinə (xəta törədildiyi zaman qüvvədə olan redaksiyasına) əsasən parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair həmin maddədə göstərilən tələblərə əməl olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.33-1-ci bəndinə əsasən həmin Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxır. Qeyd olunur ki, AYNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldıqı vaxtdan, nəqliyyat vasitəsinin istifadəçisi həmin Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə (2024-10-31 19:36:00.0 tarixində) yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda), “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon İnömrəsi olmadığı halda), Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində nzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) da rəsmi qaydada verilmiş hesab olunur. Beləliklə hesab olunur ki, Azərbaycan X9 inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X6 şikayəti əsassızdır və təmin edilməməlidir. X9 nümayəndəsi X12 Azərbaycan X9 31 oktyabr 2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X6 tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğunu bildirərək onun təmin edilməməsini, həmin inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətini başlatmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 20 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, X4 inzibati icraat zamanı qaydaların pozulması barədə dəlilləri əsassız olmaqla hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəmə şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 346-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 42.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Prezidentinin İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı haqqında” 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanının 17.0cı bəndinə əsasən Bakı Nəqliyyat Agentliyi adından Məcəllənin 319.1-ci, 320.1-ci və 322.0.3– 322.0.6-cı maddələrində (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə), 346-1.1-ci, 346-1.5-ci və 350.2-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində), habelə iş üzrə icraat Agentliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1-ci və 322.0.7-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya və taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə), 346-cı, 346-1.2 – 346-1.4-cü, 352.0.2-ci, 354.0.1-ci, 354.0.4-cü, 354.0.5-ci və 354.0.8-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – İdarə Heyətinin sədri, onun müavinləri, Aparat rəhbəri və şöbə müdirləri. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.33-2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346- 1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanının 1ci bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmişdir. “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 7.4-cü maddəsinə əsasən dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqan adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda ad dəyişmə hissəsində dəyişikliklər edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 09 iyul 2024-cü il tarixli qərardaddında qevd olunmuşdur ki, ümumiyyətlə dövlət orqanlarının hüquqi varisliyinin universal (məsələn, mövcud dövlət orqanı ləğv edildikdə, yenidən təşkil edildikdə) və sinqular (məsələn, mövcud dövlət orqanının səlahiyyətlərinin yeni yaradılmış orqana ötürülməsi) formaları mövcuddur. Publik hüquqi münasibətlərində, hətta dövlət orqanı ləğv edildikdə, publik hüquqi münasibətlər xitam olunmur, belə ki. bu münasibətlərin tərəfi dövlətin özüdür, dövlət orqanları isə dövlətin funksivasınının icraçısıdır. Dövlət orqanları (qurumu) publik hüquq münasibətlərində hakimiyyət səlahiyyətlərinə malik xüsusi publik subyekt olaraq iştirak edir və onların arasında hüaua varisliyi maddi hüququn keçməsi ilə deyil. hüquqi statusun və səlahiyyətlərin (funksional hüquq varisliyi) keçməsi ilə şərtləndirilir. Dövlət orqanlarının (qurumlarının) funksional hüquq varisliyi məsələsi tənzimlənərkən digər sahələrdə olduğu kimi, inzibati xətalar sahəsində də dövlət orqanlarının (qurumunun) üzərinə düsən vəzifələrin icra edilməsinin davam etməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əks təqdirdə inzibati xəta qanunvericiliyin prinsiplərinin, o cümlədən inzibati məsuliyyətin qacılmazlıqı prinsipinin təmin edilməsinə, inzibati xəta nəticəsində zəzər cəkmis şəxsin hüquqlarının həyata keçirilməsinə xələl yetirilmiş olar. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 7.4-cü maddəsinin mənasına görə, dövlət orqanı qoşulma şəklində yenidən təşkil edildiyi halda qoşulan orqanın (hazırkı halda Bakı Nəqliyyat Agentliyinin) adı dəyişilir və bu səbəbdən müvafiq normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişikliklər edilənədək əvvəlki adı aks etdirən normativ hüquqi aktların adı dəyişdirilmiş (yeni yaradılmış) orqana şamil olunur. Burada xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasİ Prezidentinin 2022-ci il 8 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan X9 Nizamnaməsinin” 3.1.2-ci maddisinə əsasən, müvafiq sahədə inzibati xəta əlamətləri aşkar edildikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllləsinə uyğun olaraq tədbirlər görmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Palatası hesab edir ki, “İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyindən funksional hüquqi varislik qaydasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə- iyirmi manat məbləğində cərimə edilir. İXM-in 127-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar parklanma yerlərində quraşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Bütün parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında həmin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. İXM-in 127-2.2-ci maddəsinə əsasən parklanma yerlərində quraşdırılmış parkomat və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına, parklanma müddətinə (parklanma yerinə daxil olması və oranı tərk etməsinə) və parklanmaya görə edilmiş və ya edilməmiş ödənişlərə, habelə 24 saatdan artıq müddətdə parklanma yerində saxlanılan nəqliyyat vasitələrinə dair məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X4 şikayəti təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3505/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3505/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver