Məhkəmə qərarları › İş №3(005)-3508/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3508/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3508/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Nərimanov rayonu, A.Neymətulla 23 ünvanında borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə yaranmış borcu ödəmək təklif olumuş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs barəsində MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlundan 70000 yetmiş min manat tutularaq tələbkar X4 ödənilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2020-ci il tarixdə Nəsimi rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədi Nəsimi rayon icra və probasiya şöbəsinin icraatında olarkən Nəsimi rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktuba əsasən Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun Bakı şəhəri, Nərimanov rayonu, T.H.Məmmədov küçəsi, ev 9 inzibati binada qeydiyyatda olduğu aşkar edilmişdir. İcra sənədi Nəsimi rayon icra və probasiya şöbəsindən icra olunması üçün xx.xx.2020-ci il tarixdə Nərimanov rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. İcra sənədinin icra olunması məqsədi ilə xx.xx.2020-ci il tarixdə borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğluna icra sənədinin icra olunması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və xx.xx.2020-ci il tarixdə xəbərdarlıq məktubu borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğluna rəsmi şəkildə təqdim edilmişdir. X1 tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə “Elektron İcra” İnformasiya Sistemindən borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğluna məxsus “İnfiniti” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş və Nərimanov Rayon Məhkəməsinin 8(005)-708/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğluna məxsus ’’İnfiniti” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Qərardad icra olunması üçün xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə borclunun əmlakının axtarılması haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilərək, icra olunması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Borclunun və birgə nikah dövründə olan əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatlarda borclunun həyat yoldaşının adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun yerini müəyyən etmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun qeydiyyatda olduğu ünvan 3 ünvanına icra məmuru tərəfindən baxış keçirilmiş, lakin həmin ünvanın Nərimanov rayon polis idarəsinin inzibati binası olduğundan borclunun göstərilən ünvanda yaşamadığı müəyyən olunmuş, bu barədə müvafiq akt tərtib edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu sms bildiriş və mobil telefon vasitəsi ilə dəfələrlə şöbəyə dəvət olunmasına baxmayaraq şöbəyə gəlməkdən imtina etmişdir. Bu səbəbdən icra məmuru tərəfindən X1nun axtarılması haqqında xx.xx.2021-ci il tarixdə qərar qəbul olunaraq, icra olunması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir.Nərimanov rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu barəsində xx.xx.2021-cu il tarixdə 61023/21 saylı axtarış işi açılmışdır. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi icra edilənədək borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmış və qərardad icra olunması üçün şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilməsi üçün Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı Nərimanov rayon polis idarəsi 18-ci polis bölməsinin əməkdaşları tərəfindən borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu icra hərəkətləri aparılması üçün xx.xx.2021 -ci il tarixdə şöbəyə təhvil verilmiş, həmin tarixdə icra sənədinin icrası ilə bağlı ondan izahat alınmış borc məbləğinin tam ödənilməsi ondan tələb olunmuş və ödənilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən xəbərdar edilmişdir. Borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu barəsində xx.xx.2021-ci il tarixdə ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Nərimanov rayon məhkəməsinin 3(005)-1525/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.Nərimanov rayon məhkəməsinin 3(005)-1525/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 500 (beş yüz) manat cərimə məbləğinin borclu tərəfindən tam ödənilmişdir. Borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğluna Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə aidiyyəti istintaq orqanına təqdimatla müraciət edilməsi haqqında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubları təqdim edilmişdir. İcra sənədinin icra olunması məqsədi ilə borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun icra sənədinin icrası ilə bağlı xx.xx.2021-ci il tarixdə şöbədə olmuş, ondan izahat alınmış borc məbləğinin tam ödənilməsi ondan tələb olunmuş, tələb ödənilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən xəbərdar edilmişdir. Borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə aidiyyəti istintaq orqanına təqdimatla müraciət edilməsi haqqında sms bildiriş göndərilmişdir. Bundan başqa tələbkar X3 etibarnamə üzrə nümayəndəsi xx.xx.2021-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək indiyədək borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun borcundan heç bir ödəniş etməməsini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. İcra sənədi üzrə borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun faktiki olaraq yaşadığı ünvan 5 ünvanda borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlunun işsizliklə bağlı müraciətinin olub-olmaması ilə bağlı Bakı şəhər Regional Məşğulluq filialına xx.xx.2023-cü il tarixli sorğu göndərilmişdir. Bakı şəhər Regional Məşğulluq filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində işaxtaran və ya işsiz kimi qeydiyyatda olmadığı müəyyən edilmişdir. Borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu xx.xx.2023-cü il tarixdə təkrarən şöbəyə dəvət olunmuş, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğluna rəsmi şəkildə təqdim edilmiş, əlavə olaraq icra sənədinin icra olunması ilə bağlı ondan izahat alınmışdır. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğluna məsuliyyəti elan olunmaqla dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə tələb borclu tərəfindən icra olunmamışdır. Həmçinin borclu barəsində yenidən xx.xx.2023cü il tarixdə ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Nərimanov rayon məhkəməsinin 3(005)- 522/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən borclu Aslanzadə (Aslanov) Kərim Mahmud oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X8 protokola uyğun izahat verərək müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, məhkəmə qərarının icrasından boyun qaçırmır, o dəfələrlə tələbkarla görüşmək və razılıq əldə etmək üçün cəhdlər etmiş, lakin tələbkar onunla uzlaşmaq istəmemişdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar nəhkəm iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8997/19 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 70.000 manat tutularaq iddiaçı X4 ödənilməsi nəzərdə tutulmuşdur. “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8997/19 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(005)- 1525/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)- 522/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək borcunu ödəməmişdir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, həmçinin əvvəllərdə barəsində məhkəmə qərarının icrasından yayınmaya görə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsini nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar