Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3511/2020 18.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 342.9-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin Dövlət X1 daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin Dövlət X1 Şəxs barəsində İXM-in 342.9-cu maddəsi ilə xx.xx.2020-ci il tarixli, İXP 364814 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 15:53-də Şəxs idarə etdiyi “Hummer H3” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində sayrışan işıq siqnalları quraşdırmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə yol patrul xidmətinin əməkdaşları onun olduğu avtomobili saxlamışdır. Həmin vaxt onun avtomobilində sayrışan işıq siqnalları olmamışdır. Belə ki, əvvəl avtomobilinə sayrışan işıq quraşdırsa da, sonradan işıqlar ona məxsus olmadığı üçün onu çıxardaraq sahibinə qaytarmışdır. Bu barədə müvafiq akt da tərtib olunmuşdur. Əməlindən peşmandır. Yekunda barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan müəyyən edilir ki, Şəxs idarə etdiyi “Hummer H3” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində sayrışan işıq siqnalları quraşdırmışdır. İş materiallarında olan Bakı Şəhər BPİ DYPİ-nin YHNŞ-nin baş inspektoru polis mayoru Aslan Rəhimov tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, barəsində İXM-in 342.9-cu maddəsi ilə inzibati araşdırma və icraat aparılan vətəndaş Şəxs məxsus “Hummer” markalı, AZ **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırdığı inzibati xətanın predmiti olmuş sayrışan işıq cihazlarını təhvil verməsi təklif edilmişdir. Bu zaman vətəndaş Şəxs avtomobilinə qanunsuz quraşdırdığı işıq cihazlarını YPX əməkdaşı tərəfindən saxlanılmazdan əvvəl sökərək sahibinə qaytardığını, bu səbəbdən həmin işıq cihazlarını təqdim edə bilməyəcəyini bildirmildir. Bununla əlaqədar vətəndaş Şəxs məxsus “Hummer” markalı, AZ **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış sayrışan işıq cihazlarını götürülərək toplanmış materiala əlavə edilməsi mümkün olmamışdır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1 -ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda inzibati xətanın törədilməsində alət olmuş predmet - sayrışan işıq cihazları xx xxxxxx 2020-ci il tarixli akta əsasən materiala əlavə edilmədiyindən məhkəmə həmin əşyanın müsadirə edilməsini mümkün hesab etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-3511/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3511/2020
18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver