Məhkəmə qərarları › İş №3(005)-3512/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3512/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3512/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X2 Şöbəsi Şəxs MMC barəsində İXMin 347-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirdi ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X2 tərəfindən Şəxs MMC-nin ünvanına daxil olan sorğu əsasında hüquqi şəxsin mülkiyyətində olan avtomobil barəsində məlumat polis idarəsinə xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmişdir. Bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim edərərk iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib edilmiş İXP seriyalı 487379 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki ”AS İnşaat” ASC tərəfindən balansında olan “X1 7” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar tərtib edilmiş elektron protokollar barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməmişdir. Buna görə də hüquqi şəxs barəsində İXM-in 347-ci maddəsi ilə protokol tərtib edilmişdir. DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC-nin mülkiyyətində olan “X1 7” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin X2 İdarəsinə Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Şəxs MMC-nin hüquqi ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə “qəbul olunmuşdur. Şəxs MMC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubdan aydın olur ki, Şəxs MMC mülkiyyətində olan “X1 7” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs barəsində Nərimanov RPİ-nin X2 İdarəsinə məlumat vermişdir. Əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, məktub Nərimanov Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci ildə qəbul olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə, iş materiallarını, o cümlədən poçt xəbərnamələrini araşdıraraq müəyyən edir ki, Nərimanov Rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib edilmiş İXP seriyalı 487379 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki ”AS İnşaat” ASC tərəfindən balansında olan “X1 7” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar tərtib edilmiş elektron protokollar barədə məlumatı Şəxs MMC xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Şəxs MMC tərəfindən isə 5 (beş) gün müddətində avtomobili idarə edən şəxs barədə məlumat Nərimanov RPİ-nin X2 İdarəsinə göndərilmiş və poçt xəbərnaməsindən görünür ki, məktub Nərimanov Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci ildə qəbul olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibi yoxdur. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Şəxs MMC inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 8, 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsinin tərkibi olmadığından barəsində İXP seriyalı ******* nömrəli, xx.xx.2022-ci tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar