Məhkəmə qərarları › İş №3(005)-3524/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3524/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3524/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac Məmmədhüseyn qızının katibliyi ilə Şikayət vermiş şəxs X4, Azərbaycan Respublikası X5nin nümayəndəsi X2, Azərbaycan Respublikası X5nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar ilə bağlı X4 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası X5nin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının ********** kodları üzrə təsnifləndirilən kağız kütlədən məmulatların Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların siyahısana daxil deyildir və məcburi sertifatlaşdırılmalı mallara aid deyildir. Aidiyyatı malları idxal edərkən hər hansı icazə Gömrük Komitəsi tərəfindən tələb olunmur. 447.0.4. qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilirlər. Qeyd etmək istəyirəm ki, qərarda qeyd edilən mallar **********0102 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir və hər hansı sertifatlaşdırılmalı malların siyahısa daxil deyildir. İdxal etdiyimiz mallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 iyun tarixli 231 nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 aprel tarixli 95 nömrəli Qərarlarında məcburi sertifikatlaşdırmalı malların siyahısında qeyd edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq vəzifəli şəxs kimi mənim əməllərimdə inzibati xəta hadisəsi olmadığını nəzərə alaraq Azərbaycan Respublikasının X5nin Bakı X7 tənbeh vermə haqqında MN №1800316 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, o cümlədən "xxxx" MMC tərəfindən məcburi analiz edilmiş sertifatlaşdırılmalı olmayan malların analiz xərci 233 manat və onun sertifıkatnın dövlət rüsumunun 25.4 azn cəmiyyətimizin bank hesabına qaytarılması ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən şikayət vermiş şəxs X8 çıxış edərək bildirmişdir ki, idxal etdiyi məhsullar kağız kartonlar olmuşdur, həmin kartonlar meyvə qutularında istifadə edilir. İlk dəfə bu məhsulu idxal etdiyi üçün bu barədə X3 məlumat vermişdir. Lakin daha sonradan Dövlət Gömrük Komitəsi tərəfindən bildirilmişdir ki, həmin bu məhsullar X5 tərəfindən məcburi sertifatlaşdırılmalı mallara aid deyildir. Bundan sonra həmin məhsulları satmışdır. Agentlik tərəfindən sertifikasiyadan keçirmək üçün nümunələr götürməyə gəldikdə isə məhsulların olmadığını görmüşlər, buna görə də inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərardan şikayətçidir və ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə iştirak edən Azərbaycan Respublikası X5nin nümayəndəsi X6 çıxış edərək bildirmişdir ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu yalnız qida məhsullarını deyil, həmçinin qida məhsulları ilə təmasda olan material və məmulatlara, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı mərhələlərinə şamil olunur. Qida məhsulları ilə təmasda olan material və məmulatlar da qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilir və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır. Buna görə də Qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdə göstərilən hallar barəsində qərar qəbul edilmiş şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir. Belə ki, şikayət vermiş şəxs məhkəməyə şikayətdə qeyd etdiyi halları təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası X5nin vəzifəli şəxsinin inzibati təneh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində 1500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun qida məhsulları ilə təmasda olan material və məmulatlara, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı mərhələlərinə şamil olunur. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar idxal etmək istəyən idxalatçı və ya onun səlahiyyətli nümayəndəsi həmin məhsullar gömrük ərazisinə gətirilməzdən əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada bildiriş göndərməlidir. Bildirişin göndərilməməsi idxalatçının inzibati məsuliyyətinə səbəb olur, lakin bu Qanunun 20.9-cu maddəsində nəzərdə tutulan hal istisna olmaqla qida və yem məhsulunun, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların gömrük sərhədindən keçirilməsinə mane olmur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən siyahıya əsasən qeydiyyatı tələb olunmayan qida obyektləri (subyektləri) və bu Qanunun 24.5-ci maddəsi ilə tənzimlənən qida obyektləri istisna olmaqla) və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər qeydiyyat üçün tələb olunan məlumatlar təqdim edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən 447.0.4. qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət verən şəxs X4 Azərbaycan Respublikası X5nin vəzifəli şəxsinin inzibati təneh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar