Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3526/2025 16.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, «Zirve Yatırım və Dış Ticaret Limited Şirkəti»nin Azərbaycan Respublikasındakı Filalının direktoru X2, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, «Zirve Yatırım və Dış Ticaret Limited Şirkəti»nin Azərbaycan Respublikasındakı Filalının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən «Zirve Yatırım və Dış Ticaret Limited Şirkəti» nin Azərbaycan Respublikasındakı Filalı barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə 13 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, «Zirve Yatırım və Dış Ticaret Limited Şirkəti»nin Azərbaycan Respublikasındakı Filalının direktoru X6 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarda nəzərdə tutulmuş inzibati cərimənin ödənilmədiyi müəyyən edilmişdir. Beləliklə «Zirve Yatırım və Dış Ticaret Limited Şirkəti»nin Azərbaycan Respublikasındakı Filalı tərəfindən İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X4 protokolu müdafiə edərək müəssisə barəsində müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. «Zirve Yatırım və Dış Ticaret Limited Şirkəti»nin Azərbaycan Respublikasındakı Filalının direktoru X6 13 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında X7 Xidməti tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi almamış X3 və X9 xx.xx.2024-cü ildən hazırkı dövrədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə dair hüquqi şəxs barəsində tərtib edilmiş protokol məhkəmənin qərarı ilə iş üzrə icraata xitam verilmiş, apellyasiya şikayəti təmin edilməmiş və Nərimanov Rayon Məhkməsinin iş üzrə icraata xitam veriməsinə dair qərar qüvvədə qalmışdır. Lakin Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında X7 Xidməti qeyd edilən qərarı nəzərə almadan vəzifəli şəxs barəsində, yəni onun barəsində eyni predmetlə bağlı inzibati cərimə tətbiq edilmişdir. Bununla bağlı qanunvericlikdə nəzərdə tutlan qaydada məlumatlandırımamış və kifayət qədər araşdırlma aparılmamışdır.Qeyd olunan qərardan məlumatı olmamışdır. Qeyd edilən halların nəzərə alınmsını və iş üzrə materialların geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, «Zirve Yatırım və Dış Ticaret Limited Şirkəti»nin Azərbaycan Respublikasındakı Filalının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və sənədlər geri qaytarılmalıdır. İş materiallarında olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli məktubundan görünür ki, X3 və X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-2921/2024 saylı qərarından görünür ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X3 və X9 xx.xx.2024-cü ildən hazırki dövrədək əmək müqaviiəsi və ya mülki hüquqi-müqavilə olmadan işlərin yerinə yetirilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən “Zirvə Yatırım ve Dış Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-nin 192.1- ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol üzrə icraatına iş üzrə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2588/2024 saylı qərarından görünür ki, apellyyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-2921/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan, 13 avqust 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati Xəta haqqında Protokoldan görünür ki, X6 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarda nəzərdə tutulmuş inzibati cərimənin ödənilməməsi səbəbilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati protokol tərtib edilmişdir. İXM-nin 529.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə -vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən inzibati araşdırmanın aparılması zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş tələblər pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən «Zirve Yatırım və Dış Ticaret Limited Şirkəti»nin Azərbaycan Respublikasındakı Filalının direktoru X2 İXM-in 529.1-1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı material üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq kimi hüquqları vardır. Həmin Məcəllənin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan normaları pozulmuş, yəni barəsində inzibati xəta haqqında araşdırma aparılan şəxsin nümayəndəsinin inzibati araşdırmada iştirakı təmin olunmamış, müvafiq qaydada inzibati orqana dəvət edilərək izahatı alınmamış, inzibatı xəta haqqında qanunvericiliyin yuxarıda göstərilən normalarında nəzərdə tutulmuş iş materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, etiraz, vəsatət vermək və sair hüquqları inzibati orqan tərəfindən təmin olunmamışdır. 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.2. İnzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bortkompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur. 100.3. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. 100.4. Protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.5. Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.1. protokolun tərtib edildiyi tarix, vaxt və yer; 100.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.5.6. olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati İnzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Zirve Yatırım və Dış Ticaret Limited Şirkəti»nin Azərbaycan Respublikasındakı Filalı barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dar inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə qaytarılsın. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3526/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3526/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver