Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-353/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3, X2nın və onun nümayəndəsi X6 iştirakı ilə, Türk X12 rəhbəri X21 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X7 icra sənədinin icrası ilə bağlı borclu Türk X12 rəhbəri X21 barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 03 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 21.01.2022-ci və 03.02.2022-ci il tarixlərdə saat 10:00-da Nərimanov icra şöbəsinin inzibati binasında Türk X12 rəhbəri X21 tərəfindən Nərimanov Rayon Məhkəməsinin 2(005)-5080/2019 saylı, 17.12.2019-cu il tarixli icra sənədini və Nərimanov Rayon Məhkəməsinin 08.10.2019-cu il tarixli qərardadının icrası tələb edilmiş, həmin tələbi və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə, borclu liseyin rəhbəri X21 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5080/2019 nömrəli, 17.12.2019-cu il tarixli icra sənədinə əsasən “Əmək funksiyalarını yerinə yetirməyən işçiyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi intizam tənbehi barədə” 13.09.20019-cu il tarixli, 416/H №-li X8 barəsində X9 Vəqfi Bakı Atatürk Liseyinin əmri ləğv edilməlidir. X9 Vəqfi Bakı Atatürk X1 işdən azad edilməsinə dair 07.10.2019-cu il tarixli, 417/H №-li əmri ləğv edilməli, X8 müddətsiz əmək müqaviləsi bağlanılmaqla öz vəzifəsinə bərpa edilməlidir. X5 məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Həmçinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5080/2019 nömrəli, 08.10.2021-ci il tarixli qərardadı ilə məlum icra sənədi üzrə qətnaməyə Mətanət Məmmədli müddətsiz əmək müqaviləsi bağlanılmaqla, əvvəlki əmək haqqı və dərs saatı ilə təmin olunaraq öz vəzifəsinə bərpa edilsin məzmunda izah verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5080/2019 nömrəli, 17.12.2019-cu il tarixli icra sənədi üzrə 16.04.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Lakin hazırki tarixədək icra sənədində və ona izah verilməsinə dair qərardada olan tələblər borclu təşkilatı X9 Vəqfi Bakı Atatürk Liseyinin rəhbəri Şəxs tərəfindən tam olaraq icra edilməmişdir. Belə ki, tələbkar tərəfindən təqdim edilmiş ərizədə işdən azad olunan zaman sonuncu əmək haqqı barədə bank hesabından çıxarış təqdim edilmişdir. Borclu təşkilat tərəfindən həmin əmək haqqına uyğun iş saatı və əmək haqqı təyin edilməmişdir. Həmçinin X2 işə bərpa olunmasına baxmayaraq, əmək funksiyalarını icra etmək üçün məktəbin inzibati binasına buraxılmır və buna dair 12.01.2022-ci il tarixli və 19.01.2022-ci il tarixli aktlar tərtib edilmişdir. 13.01.2022-ci il tarixdə məlum icra sənədi üzrə borclu təşkilatın rəhbəri Şəxs izahat tələb olunmasına baxmayaraq izahatın verilməsindən imtina olunmuş və məlum izahat poçt vasitəsi ilə şöbəyə göndərilmişdir. Lakin göndərilmiş izahatda icra sənədinin tam icrası ilə əlaqədar bəzi məsələlər öz əksini tapmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5080/2019 nömrəli, 08.10.2021-ci il tarixli qərardadı ilə məlum icra sənədi üzrə qətnaməyə Mətanət Məmmədli müddətsiz əmək müqaviləsi bağlanılmaqla, əvvəlki əmək haqqı və dərs saatı ilə təmin olunaraq öz vəzifəsinə bərpa edilsin məzmunda izah verilmişdir. Göründüyü kimi, sonuncu dəfə tələbkara 575,97 manat məbləğində sonuncu əmək haqqı köçülürmüşdür. Belə olduğu halda tələbkar M.Məmmədli əvvəlki (sonuncu dəfə işdən azad olunmamışdan əvvəl) əmək haqqı və dərs saatına uyğun olaraq işə bərpa olunmamışdır. Bununla da borclu X9 Vəqfi Bakı Atatürk Liseyini rəhbəri Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən tam olaraq icra etməmişdir Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək vəzifəli şəxs X17 inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X2 və onun nümayəndəsi X13 vəzifəli şəxs X17 Nərimanov Rayon Məhkəməsini 2(005)-5080/2019 saylı, 17.12.2019-cu il tarixli qətnaməsini qərəzli olaraq tam icra etmədiyi üçün barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdilər. X2 həmçinin izahatında göstərdi ki, X14 əvvəlki vəzifəsinə bərpa etsə də, o, liseyin inzibati binasına büraxılmır və dərs saatı da verilməkdən imtina olunur, bununla da o. ona əmək haqqı almır. İcra sənədinin məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi tələbi də borclu tərəfindən yerinə yetirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X18 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin göstərilən şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov Rayon Məhkəməsini 2(005)-5080/2019 saylı, 17.12.2019-cu il tarixli icra sənədinə əsasən, “Əmək funksiyalarını yerinə yetirməyən işçiyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi intizam tənbehi barədə” 13.09.20019-cu il tarixli, 416/H №-li X8 barəsində X9 Vəqfi Bakı Atatürk Liseyinin əmri ləğv edilmiş, X9 Vəqfi Bakı Atatürk X1 işdən azad edilməsinə dair 07.10.2019-cu il tarixli, 417/H №-li əmri ləğv edilmiş, X8 müddətsiz əmək müqaviləsi bağlanılmaqla öz vəzifəsinə bərpa edilmiş, X5 məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmuşdur. “İcraata başlamaq haqqında” 16 aprel 2021-ci il tarixli qərardan və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Türk X12 rəhbəri X18 icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nərimanov Rayon Məhkəməsinin 1(005)-5080/2019 saylı, 17.12.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-5080/2019 saylı, 08.10.2021-ci il tarixli qərardadına əsasən qətnamənin nəticə hissəsində üçüncü abzasında qeyd edilmiş “X8 müddətsiz əmək müqaviləsi bağlanılmaqla öz vəzifəsinə bərpa edilsin.” cümləsinə aşağıdakı qaydada izah verilmişdir: X8 müddətsiz əmək müqaviləsi bağlanılmaqla, əvvəlki əmək haqqı və dərs saatı ilə təmin olunaraq öz vəzifəsinə bərpa edilsin. Nərimanov rayon İcra Şöbəsinin Türk X12 rəhbəri X18 ünvanlanmış 12.01.2021-ci il tarixli, e89606/2021-15-5 nömrəli xəbərdarlıq məktubundan görünür ki, icra sənədi 16.04.2021-ci ildə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın bildirişlə bərabər göndərilmişdir. Lakin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində nə tutulmuş 10 gün müddətə icra sənədində olan tələb könüllü olaraq icra edilməmişdir. Məlum icra sənədi üzrə tələbin təmin edilməsi, əks halda ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı, Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci manatdan 2500 manatadək cərimə) maddəsini rəhbər tutaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət olunacağı, daha sonra isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmağına dair barənizdə toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar İcra məmurlarını tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane ola şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, Nərimanov rayon icra şöbəsinin icraatında olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-5080/2019 saylı, 17.12.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun tələbi borclu vəzifəli şəxs tərəfindən üzürsüz səbəbdən tam olaraq icra edilməmişdir. Belə ki, tələbkar tərəfindən təqdim edilmiş ərizədə işdən azad olunan zaman sonuncu əmək haqqı barədə bank hesabından çıxarış təqdim edilmiş, borclu təşkilat tərəfindən həmin əmək haqqına uyğun iş saatı və əmək haqqı təyin edilməmişdir. Həmçinin X2 işə bərpa olunmasına baxmayaraq, əmək funksiyalarını icra etmək üçün məktəbin inzibati binasına buraxılmır və buna dair icra şöbəsi tərəfindən 12.01.2022-ci il və 19.01.2022-ci il tarixli aktlar tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə vəzifəli şəxs Türk X12 rəhbəri X17 əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə də, məhkəmə hesab edir ki, vəzifəli şəxs Türk X12 rəhbəri X21 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında İXM-in 32 və 33-cü maddələrinə müvafiq olaraq vəzifəli şəxs Türk X12 rəhbəri X17 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Türk X12 rəhbəri X21 icra sənədinin icrasını qərəzli olaraq tam təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Türk X12 rəhbəri X21 İXMin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Türk X12 rəhbəri X21 Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-353/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-353/2022
14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver