Məhkəmə qərarları › İş №3(005)-3536/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3536/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3536/2022 02.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5, Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin (DYPİ) xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. Eyni zamanda qeyd edir ki, sözügedən qərarın surəti ona AR DİN Bakı şəhər DYPl-nin inzibati binasında xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim olunmuşdur. Qeyd olunan inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş qərarla razı olmadığını bildirir və inzibati xətanın törədilməsinə dair qərarı tamamilə əsassız hesab edir. Belə ki, həmin qərara əsasən o, idarə etdiyi “AUDİ A6 MİNİK” markalı 90FZ390 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixində, saat 21:46 radələrində Bakı şəhəri, Badamdaryolu, 42 ünvanı (GPS: 40.35731xx.xx.8112081) ərazisində yolayrıcını keçmə qaydalarının pozulması ilə AR İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş irzibati xəta tərkibini yaradan əməl törətmişdir. Lakin qeyd edir ki, o, həmin zaman Badamdar şossesi ilə Mətbuat prospektinin kəsişməsində mövcud "4.3. Dairəvi hərəkət" nişanına əsasən (Şəkil 1 - Nişanlanmanın mövcudluğu) dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olaraq, öz hərəkətini Badamdar qəsəbəsi istiqamətində Badamdar şossesi ilə davam etdirməyi planlaşdırırmış. Bu məqsədlə digər yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmiş dairəvi hərəkət təşkil edilən yolayrıcına daxil olan zaman dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol vermişdir. Daha sonra sözügedən dairəyə daxil olmuş və dairədə hərəkətini davam etdirmişdir. Lakin dairənin çıxışında sıxlıq olduğu üçün dairəvi hərəkət təşkil edilən yolayrıcını keçnəklə bağlı hərəkətini başa çatdıra bilməmiş və dairəvi yolayrıcında qalmışdır. Bundan sonra qarşısındakı avtomobillər hərəkət etmiş və eyni ilə o, da artıq dairəvi hərəkət təşkil edilən yolayrıcında dayandığı üçün hərəkətini davam etdirib yolayırıcını keçmişdir. Dairədə hərəkətin başa çatmasından dərhal sonra YPX əməkdaşı onu dayandıraraq barəsində mövcud qərarın əsası olan İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli protokolu tərtib etmiş, inspektorun iddiasına əsasən, inzibati xətanın əsası dairəyə daxil olub hərəkətini özündən asılı olmayan səbəbdən dayandırmağından sonra, yenidən hərəkətini davam etdirdiyi halda Mətbuat prospekti istiqamətindən dairəyə hələ daxil olmamış avtonəqliyyat vasitəsinin dairəyə daxil olmasına imkan yaratmamağı olmuşdur. Halbuki, sözügedən iddiaya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə birbaşa olaraq ziddir. Bu səbəbdən də o, həmin protokolla qətiyyən razı olmayaraq, həmin protokolu imzalamaqdan imtina etmişdir. Xüsusilə bildirir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinə əsasən, yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Qeyd edilən maddi normadan da aydın olduğu kimi, hadisə YPX inspektoru tərəfindən yanlış təfsir edilmiş, nəticədə tərəfindən İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan heç bir əməl törədilməmişdir. Qeyd etdiklərini nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarını ləğv edib, inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirmişdir ki, X5 “AUDİ A6” minik markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2022-ci il tarixdə saat 21:46 radələrində Badamddar yolu, 42 ünvanında hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını qaydalarını pozmuşdur. Bununla əlaqədar barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protool əsasında xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar tərtib edilmişdir. “İnzibati tənbeh vermə haqqında” qərar qanuni və əsaslıdır. Bu səbəbdən də şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru X6 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21:46 radələrində X5 “AUDİ A6” minik markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Badamddar yolu, 42 ünvanında hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını qaydalarını pozmuşdur. Bu səbəbdən də tərəfimdən barəsində protokol tərtib edilmişdir. X5 barəsində protokol tərtib edilməsinə etiraz etmişdir. Bu səbəbdən də tərəfimizdən İdarəyə dəvət olunmuşdur. İdarədə şəxs qayda pozuntusunun görüntüləri ilə tanış edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar