Məhkəmə qərarları › İş №3(005)-3537/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3537/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3537/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X3 vəkili X1 iştirakı ilə, Bakı şəhəri Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan X3 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7, Bakı şəhəri Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 xx.xx.2022-ci il tarixində, saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, məhəllə 2026, 2062 ünvanında “HYUNDAİ ELANTRA" markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri DYPİ-nin YPX baş inspektoru polis baş leytenantı X5 tərəfindən dayandırılmışdır. İnspektor “nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etmə” xətası ilə sürücünü təqsirləndirərək barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. xx.xx.2022-ci il tarixində, 18 (on səkkiz) gün sonra sürücünün inzibati xəta haqqında icraatda iştirakı təmin olunmadan, izahat və etiraz vermək və s. hüquqlarından istifadə etmək hüquqları təmin edilmədədən barəsində TP ******* saylı inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. Qərarın surəti iki gün müddətində yox, dəfələrlə edilən müraciətlərdən sonra xx.xx.2022-ci il tarixində şikayətçinin vəkilinə poçt vasitəsilə verilmişdir. Aşağıdakı arqumentlərə əsasən qərarı qanunsuz və əsassız sayırlar. xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar protokol tərtib edildikdən 18 (on səkkiz) gün sonra, prosessual pozuntularla qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar qəbul edilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəvət olunmamış, icraat onun iştirakı olmadan aparılmışdır. Videogörüntülər sürücüyə verilməmişdir. xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, vəzifəli şəxs tərəfindən sürücünün hüquq və vəzifələri izah edilməmiş, onun izahat və vəsatət verməsinə şərait yaradılmamışdır. Təqsirsizlik prezumpsiyası prinsipinin açıqlamasını verən AR İXM-nın 8.1, 8.2 və 8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. AR İXM-nın 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qərar xx.xx.2022-ci il tarixində şikayətçinin vəkili X2 çoxsaylı müraciətlərdən sonra poçt vasitəsi ilə verilmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhər DYPl-nin polis baş leytenantı X8 tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 vəkili X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər X16 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X3 barəsində Bakı şəhəri Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, işə yenidən baxılması Bakı şəhəri Baş Polis İdarəsi X16 İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPl-nin əməkdaşı X6 tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* saylı “İnzibati xəta haqqında” Protokolun surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə, saat 13:22-də Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, məhəllə 2026 ünvanında “HYUNDAİ ELANTRA" markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı “İnzibati xəta haqqında” Qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* saylı “İnzibati xəta haqqında” protokolun əsasında X7 Azərbaycan Respublikası İXM-in 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş X16 İdarəsi tərəfi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər Baş Polis idarəsi X16 İdarəsinin rəhbərliyinə ünvanladıqları xx.xx.2022-ci il tarixli 541/89 nömrəli məktublarına əsasən X7 barəsində tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarın surəti xx.xx.2022-ci il tarixdə ona göndərilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X7 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Bununla da inzibati orqan inzibati xəta haqqında protokola baxaraq qərar qəbul edərkən X3 iştirakını təmin etməmiş və bununla onun hüquqlarını pozmuşdur. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X7 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X7 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Bakı şəhəri Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, X7 barəsində işə yenidən baxılması Bakı şəhəri X15 İdarəsinə tapşırılmalı, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətdə göstərilən xüsusatlar yenidən ətraflı araşdırılmalı, müvafiq sübutlar əldə olunmaqla iş üzrə obyektiv qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Baş Polis İdarəsi X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və işə yenidən baxılması Bakı şəhəri Baş Polis İdarəsi X16 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar