Məhkəmə qərarları › İş №3(005)-354/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-354/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-354/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X23 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X53 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X34 icra sənədinin icrası ilə bağlı borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X53 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının direktoru Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 04 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Nərimanov rayon icra şöbəsinin icraatında olan icra sənədlərinin icrası ilə bağlı əmək pensiyası, sosial müavinat, təqaüd olan borclulardan tutulmalar DSMF MMÜMF-nin direktoru Şəxs tərəfindən qərəzli olaraq təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə, borclu filialın rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, şöbənin icraatında olan icra sənədlərinin icrası ilə bağlı əmək pensiyası, sosial müavinət və təqaüd alan şəxslərdən tutulmalar DSMF MMÜMF tərəfindən 05.11.2021-ci il tarixdə **********0 saylı və 16.11.2021-ci il tarixdə **********8 saylı məktublarla tutulmaların “Elektron İcra” İnformasiya Sistemi vasitəsilə aparılması üçün Nərimanov rayon icra şöbəsinə geri qaytarılmışdır. “Elektron İcra” İnformasiya Sistemində yönəltmələrin aparılması mümkün olmamış icra sənədləri icra olunması üçün 21.12.2021-ci il tarixdə göndərilmişdir. Lakin icra sənədləri 14.01.2022-ci il tarixdə təkrarən icra olunmadan geri qaytarılmışdır. DSMF MMÜMF tərəfindən qaytarılan işlərin əksəriyyəti aliment tələbi ilə bağlı olan işlərdir. İcra sənədlərinin icrası ilə bağlı “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X53 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının direktorunun Şəxs olduğu müəyyən edilmişdir. İcra sənədlərinin icrası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X53 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının direktoru Şəxs dəfələrlə icra məmuru tərəfindən telefon və sms bildiriş vasitəsilə şöbəyə dəvət olunmuş, lakin Şəxs şöbəyə gəlməmiş, icra sənədlərinin icrasına münasibət bildirməmişdir. Bununla da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X53 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının direktoru Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburu olan məhkəmə qərarlarının icrasını təmin etməmiş, icra sənədləri üzrə tələbləri müəyyən edilmiş müddətdə icra etməmişdir. Bununla da borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X53 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının direktoru Şəxs oğlu İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X34 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs və tələbkarlara məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin göstərilən şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai Rayon Məhkəməsinin 2(011)-3781/2010 saylı, 23.11.2010-cu il tarixli icra sənədinə əsasən, X31 28 iyul 2004-cü il təvəllüdlü X32 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 oktyabr 2010-cu ildən başlayaraq hər ay qazancının və digər gəlirlərinin hissəsində aliment tutularaq X7 ödənilməli, X31 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1593/2015 saylı, 01.05.2015-ci il tarixli icra sənədinə əsasən X2 X6 xeyrinə beh müqaviləsinə əsasən verilmiş behin iki misli, yəni 3136 (üç min yüz otuz altı) manat, 25 avqust 2015- ci il tarixli kredit müqaviləşinə əsasən X3 xeyrinə 3500 (üç min beş yüz) manat pul tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 2(103)-3244/2009 saylı, 14.08.2009-cu il tarixli icra sənədinə əsasən Nərimanov Rayon Məhkəməsinin 31 mart 2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, iddiaçı X13 02 aprel 2009-cu il tarixdən başlayaraq 08 iyun 2008-ci il təvəllüdlü Zəhra İsmayılovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutulub cavabdeh X5 verilməlidir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-9175/2017 saylı, 26.10.2017-ci il tarixli icra sənədinə əsasən 14 avqust 2017-ci il tarixdən başlayaraq 20 iyul 2004-cü il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanılması üçün X8 X16 xeyrinə hər ay 66 (altmış altı) manat sabit pul məbləğində aliment tutulmalı, aliment alınması haqqında tələb üzrə 30 manat dövlət rüsumu X8 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Nərimanov rayon Məhkəməsinin 2(005)-5173/2015 saylı, 22.09.2015-ci il tarixli icra sənədinə əsasən 05 fevral 2009-ci il təvəllüdlü X17 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh X4 tutulan və iddiaçı X9 ödənilən aliment məbləği artırılmış, 24 avqust 2015-ci il tarixdən başlayaraq hər ay üçün 108 manat müəyyən edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2170/2018 saylı, 05.04.2018-ci il tarixli icra sənədinə əsasən 10 may 2016-cı il təvəllüdlü X26 yetkinlik yaşına çatana saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 16 mart 2018-ci ildən başlayaraq cavabdeh X10 hər ay 154 manat sabit məbləğində aliment və uşaq 3 yaşına çatanadək 30 manat aliment X18 xeyrinə tutulmalı, cavabdeh X1 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nərimanov rayon Məhkəməsinin 2(005)-907/2019 saylı, 07.06.2019-cu il tarixli icra sənədinə əsasən, 20.12.2018-ci il tarixdən başlayaraq, X29 25.09.2018-ci il təvəllüdlü X35 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləği aliment X11 xeyrinə tutulmalədər. Nərimanov Rayon Məhkəməsini 2(005)-1895/2019 saylı, 09.07.2019-cu il tarixli icra sənədinə əsasən, cavabdeh X19 28.02.2019-cu il tarixdən başlayaraq, 15.09.2008-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı Qocayeva (Məmmədova) Təhminə Mahir qızının xeyrinə tutulmalıdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3760/2019 saylı, 04.09.2019-cu il tarixli icra sənədinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tərəflərin birgə nikahından olan 25.03.2014-cü il təvəllüdlü X20 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X21 iddiaçı X22 xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 100 (bir yüz) manat müəyyən edilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3091/2019 saylı, 09.10.2019-cu il tarixli icra sənədinə əsasən 22.07.2009-cu il təvəllüdlü X30 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı cavabdeh X25 onun qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarda aliment tutularaq iddiaçı X12 verilməlidir. Nərimanov rayon İcra Şöbəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X53 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının direktoru Şəxs ünvanlanmış 01.02.2022-ci il tarixli, 1202/22-15-19 nömrəli məktubundan görünür ki, icraatda olan icra sənədlərinin icrası ilə bağlı əmək pensiyası, sosial müavinət və təqaüd alan şəxslərdən tutulmalar DSMF MMÜMF tərəfindən 05.11,2021-ci ıl tarixdə **********0 saylı və 16.11.2021-ci il tarixdə **********8 saylı məktublarla tutulmaların "Elektron icra” informasiya Sistemi vasitəsilə aparılması üçün Nərimanov rayon icra şöbəsinə geri qaytarılmışdır. “Elektron icra''' informasiya Sistemində yönəltmələrin aparılması mümkün olmamış icra sənədləri icra olunması üçün 21.12.2021-ci il tarixdə Sizə göndərilmişdir. Lakin tərəfinizdən icra sənədləri 14.01.2022-ci il tarixdə təkrarən icra olunmadan geri qaytarılmışdır. Qaytarılan işlərin əksəriyyəti aliment tələbi ilə bağlı olan işlərdir. Çoxsaylı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri yerinə yetirilmədiyindən məhkəmə qərarlarının icrasına maneəçilik törədilmiş və bu səbəbdən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən barənizdə inzibati protokol tərtib olunacaqdır. Həmin protokolun tərtib olunmasında iştirak etməyiniz üçün, 04.02.2022-ci il tarixdə saat 11:00-da Nərimanov rayon icra şöbəsinə gəlməyiniz xahiş olunur. Məhkəmə iclasında müəyyən edildi ki, Nərimanov rayon icra şöbəsinin icraatında olan və yuxarıda sadalanan icra sənədlərinin icrası ilə bağlı əmək pensiyası, sosial müavinət və təqaüd alan şəxslərdən tutulmalar DSMF MMÜMF tərəfindən 05.11.2021-ci il tarixdə **********0 saylı və 16.11.2021-ci il tarixdə **********8 saylı məktublarla tutulmaların “Elektron İcra” İnformasiya Sistemi vasitəsilə aparılması üçün icra şöbəsinə geri qaytarılmışdır. “Elektron İcra” İnformasiya Sistemində yönəltmələrin aparılması mümkün olmadığından icra sənədləri icra olunması üçün 21.12.2021-ci il tarixdə göndərilmiş, 14.01.2022-ci il tarixdə təkrarən icra olunmadan geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə vəzifəli şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X53 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının direktoru Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə də, məhkəmə hesab edir ki, vəzifəli şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X53 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının direktoru Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında İXM-in 32 və 33-cü maddələrinə müvafiq olaraq vəzifəli şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X53 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X53 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının direktoru Şəxs icra sənədlərinin icrasını qərəzli olaraq təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X53 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının direktoru Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X53 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının direktoru Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar