Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3546/2020 10.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3 tərəfindən qəbul edilmiş İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat daxil olmamışdır. Məhkəmə şikayət ərizəsini araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Belə ki, şikayətçi X2 mübahisələndirdiyi inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etsə də, verilmiş şikayət ərizəsi şikayət müəllifi tərəfindən imzalanmamışdır. Göstərilən hal isə, işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də X1 şikayəti geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3 tərəfindən qəbul edilmiş İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərardan X2 tərəfindən verilmiş şikayət baxılmadan ona geri qaytarılsın. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3546/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3546/2020
10.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver