Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3548/2020 18.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, inzibati xəta haqqında qərardan şikayət vermiş Əliyev Böyükkişi Seyfullah oğlunun iştirakı ilə, Əliyev Böyükkişi Seyfullah oğlunun Bakı şəhəri Dövlət X6 inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əliyev Böyükkişi Seyfullah oğlu şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Dövlət X6 inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Əliyev Böyükkişi Seyfullah oğlu şikayətini müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə ona məxsus “Mercedes” markalı, **-VE-*** dövlət nömrəli avtomobili ilə Nəsimi rayon, A.Mustafayev küçəsi ilə hərəkət edərkən YPX-nin əməkdaşı X2 adlı şəxs onu arxadan təqib edərək saxlamış və qayda pozuntusu etdiyinə dair məlumat vermişdir. Guya o, soldan gələn maşına yol verməmişdir. Hadisə yerindən 2 km aralıda saxlayıb, qayda pozmadığını bildirmiş, lakin buna baxmayaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu barədə DYP idarəsinə 2 dəfə məktub göndərməsinə baxmayaraq, inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmiş və xx.xx.2020-ci il tarixli, 046-46662ə-3220 nömrəli məktubla ona yol qaydasını pozan zaman video görüntüyə düşdüyü bildirilmiş, lakin həmin görüntü ona göstərilməmişdir. xx xxxxxxxx 2020-ci il tarixli qərarla İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib cərimə olunmuşdur. Həmin qərarı əsassız və qanunsuz hesab edir. Buna görə də qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Dövlət X9 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs Əliyev Böyükkişi Seyfullah oğlunun izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən Əliyev Böyükkişi Seyfullah oğlunun İXM-in 327.2-ci maddəsi ilə inzibati cərimə olunmasına dair TP ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Dövlət X6 yol patrul xidmətinin inspektoru, polis serjantı X1 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əliyev Böyükkişi Seyfullah oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsası ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhər Dövlət X6 TP ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Əliyev Böyükkişi Seyfullah oğlu xx.xx.2020-ci il tarixində saat 20:32-də A.Mustafayev küçəsində “Mercedes Benz E 220 CDİ” markalı, 99VE344 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcının keçmə qaydalarını pozmuşdur. Nəticədə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Bakı şəhər Baş Polis İdarəsi Dövlət X9 tərəfindən Əliyev Böyükkişi Seyfullah oğluna ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə “Mercedes” markalı 99VE344 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinin A.Mustafayev küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq 2.4 “yol verin” yol nişanının tələbinə riayət etməyib hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməyərək yolayrıcını keçmə qaydasını pozduğuna görə YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Törətdiyi qayda pozuntusu kamera vasitəsilə qeydə alınmış videogörüntüdə təsdiqini tapmışdır. Araşdırma zamanı yol verdiyi inzibati xətanın aşkar olunması və sənədləşməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Araşdırmadan narazı qaldığı halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən məhkəməyə şikayət etmək hüququ vardır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Əliyev Böyükkişi Seyfullah oğlu tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Əliyev Böyükkişi Seyfullah oğlu inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati orqan həmin inzibati xəta haqqında protokola baxılaraq qərar qəbul edərkən Əliyev Böyükkişi Seyfullah oğlunun iştirakı ilə müvafiq araşdırma aparıb hadisə yerinin görüntülərini olmasına istinad etsə də, şəxsin həmin görüntülərə baxış keçirməsinə şərait yaratmamış, səlahiyyətli vəzifəli şəxs görüntülərə şəxsin iştirakı ilə baxış keçirmədən qərar qəbul etmiş və bununla onun hüquqlarını pozmuşdur. İXM-in: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Dövlət X9 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə ətraflı araşdırma aparılmadan, inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarla Əliyev Böyükkişi Seyfullah oğlu İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğdə cərimə edilmişdir. Bununla yanaşı, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. İXM-in: 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Bununla da məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla qərar qəbul edərək, Əliyev Böyükkişi Seyfullah oğlunun hüquqlarını pozmuşdur. Əliyev Böyükkişi Seyfullah oğluinzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə tam araşdırma aparılmalı, hadisə yerinin görüntülərinə baxış keçirilməli və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, Əliyev Böyükkişi Seyfullah oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində Bakı şəhəri Dövlət X8 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması Bakı şəhər Dövlət X7 tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhəri Dövlət X7 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-3548/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3548/2020
18.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver