Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3558/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şelfqaztexnologiya" MMCnin direktoru Şəxs iştirakları ilə, xx.xx.1959-ci ill tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X7 Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-275/2018 saylı, xx.xx.2018-ci ii tarixli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iq(82)-403/2012 saylı, xx.xx.2012-ci il tarixli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-2122/2015 saylı, 12.01 2016-cı il tarixli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-343/2016 saylı, xx.xx.2016-cı il tarixli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-908/2016 saylı, xx.xx.2016-cı il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-217/2016 saylı, xx.xx.2016-cı il tarixli və 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-475/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədləri sənədlərinin icrası ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 03 noyabr 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, 03 noyabr 2022-ci il tarixdə saat 11:30-da ünvan 2 ünvanında borclu “Şelfqaztexnologiya" MMC-nin rəhbəri Şəxs borclu olduğu icra sənədləri üzrə borclar vəzifəli şəxs kimi tələb olunuş, lakin Şəxs borcları ödəyə bilmədiyini bildirmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. MN seriyalı ******* nömrəli, 03 noyabr 2022-ci il tarixli İnzibati xəta haqqında protokola əlavədən görünür ki, 2 saylı Bakı İnzıbati-İqtisadi Məhkəməsinin 2iq(82)- 403/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən borclu “Şelfqaztexnologiya" MMC-dən 292129,60 manat məbləğində əsas borc və 20 manat məbəğində dövlət rüsumu tutularaq tələbkar ‘Azneft” İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2(82)-2122/2015 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 164746,20 manat məbləğində pul tutularaq tələbkar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft'' İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-2(82)-343/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu "xxxx" QSC və “X4” MMC-dən cəmi 52240,33 manat müştərək qaydada tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-2(32)-908/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 347491,66 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-217/2016 saylı, xx.xx.2016- cı il tarixli icra sənədinə əsasən borclu “X4” MMC-dən cəmi 527876,35 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 275/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu "X4” MMC-dən cəmi 256108,80 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-2(82)-475/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu “X4” MMC-dən cəmi 293350,11 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar “X10" LTDnin xeyrinə tutulmalıdır. İcra sənədləri müxtəlif tarixlərdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədləri üzrə borclu "xxxx" MMC tərəfindən "Azneft” İB-nə 131559 manat, “Buqulma elektronasos zavodu" ASC-yə isə 25613 ABŞ dolları ödənilmişdir. Borclu "xxxx"MMC-nin əmlak vəziyyəti yoxlanılarkən onun adına bank hesabları aşkar olunmuş və müxtəlif tarixlərdə bank hesablarına inkasso sərəncamı tətbiq olunmuş, lakin bank hesablarında vəsait olmadığı üçün icra sənədlərinin icrası tam təmin edilməmişdir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən edilmiş hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, maddi vəziyyətin pis olması səbəbindən borclarını ödəyə bilməmişlər. Lakin onların da alacaqları var və yaxın zamanlarda icra sənədləri tərəflərindən icra ediləcəkdir. Sonda Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri vaxtı barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin nümayəndəsi iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-275/2018 saylı, xx.xx.2018-ci ii tarixli icra vərəqəsindən görünür ki, 06 sentyabr 2010-cu il tarixli 29/56-10 nömrəli Təchizat müqaviləsinə əsasən 233.108,80 ABŞ dolları məbləğdə əsas borc və 23.000 ABŞ dolları məbləğdə dəbbə pulu olmaqla, cəmi 256.108,80 ABŞ dolları (iki yüz əlli altı min yüz səkkiz ABŞ dolları səksən sent) məğbləğdə pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə qiyməti üzrə manatla miqdarının cavabdeh «X4» MMC-dən tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-275/2018 saylı, xx.xx.2018-ci ii tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iq(82)-403/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 292129,60 manat məbləğində əsas borcun, 20 manat dövlət rüsumu tutularaq İddiaçı “Azneft” İstehsalat Birliyinin xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2012-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iq(82)-403/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-2122/2015 saylı, 12.01 2016-cı il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 25 noyabr 2011-ci il tarixli 139/12/XM- /2011--saylı müqavilə üzrə görülmüş işlərin dəyən olaraq 164716,20 (yüz altmış dörd min yeddi yüz on altı manat iyirmi qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, cəmi 164746,20 (yüz altmış dörd min yeddi yüz qırx altı manat iyipmi qəpik) manat pulun tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “AznefT İstehsalat Birliyinin hesabına ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2016-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-2122/2015 saylı, 12.01 2016-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-343/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər “Şeifneftqaztexnologiya" QSC və “X1” MMC-dən 50.987,24 manat əsas (əlli min doqquz yüz-seksən yeddi), 1.223,09 (bir min iki yüz iyirmi doqquz manat doqquz qəpik) manat faiz borcu və 30 (otuz) mana dövlət rüsumu, cemi 52.240 (əlli iki min iki yüz qırx) manat 33 qəpiyin müştərək qaydada. tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2016-cı il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-343/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. xx.xx.2016-cı il tarixli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-908/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X6 və X8 tərəfindən iddianın qismən etiraf olunmasının təsdiq edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiasının qismən təmin edilməsi, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 01 may 2012-ci il tarixli 046 saylı kredit müqaviləsi üzrə 250,000 (iki yüz əlli min) manat əsas borc, 25,000 (iyirmi beş min) manat dəbbə pulu, cəmi 275,000 (iki yüz yetmiş beş min) manat və 28 dekabr 2012-ci il tarixli, 151 saylı kredit müqaviləsi üzrə 300,000 (üç yüz min) ABŞ dolları əsas borc, 17,491.66 (on yeddi min dörd yüz doxsan bir dollar 66 sent) ABŞ dolları faiz borcu, 30,000 (otuz min) ABŞ doıları dəbbə pulu, cəmi 347,491.66 (üç yüz qırx yeddi min dörd yüz doxsan bir dollar 66 sent) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pulun vəsaitin tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2017-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, xx.xx.2016-cı il tarixli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-908/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-217/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin kssasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin X5 02 dekabr 2015-ci il tarixli 2-2(103)- 474/15 nömrəli qətnaməsinin qismən, yəni 1 saylı Bakı inzibat İqtisadi Məhkəməsinin 2- (81)-271CM2014 saylı iş üzrə qəbul etdiyi 31 oktyabr 2014-cü il tarixli qətnaməsinin cavabdeh ’X2" MMC-dən iddiaçı “Novomet-Servis" MMC-nin xeyrinə 1067-30 saylı, 11 sentyabr 2012-ci il tarixli müqavilə üzrə 56211,06 ABŞ doüan icarə haqqı borcunun tutulması ve iddia tələbinin təmin olunmamış hissəsində deyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi, iddiaçı “Novomet-Servis" MMC-nin iddiasının əsas borca dair hissəsində 527876,36 ABŞ dolları məbləğində təmin edilməsi, cavabdeh "X3" MMC-dən İddiaçının xeyrinə 527876,35 ABŞ dolları məbləğin tutulması qət edilmilşdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2017-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-217/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-475/2018 saylı, xx.xx.2018- ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh “X4” MMC-nin iddiaçı “X10” LTD-nin hesabına 293.350,11 manat məbləğində varlanması sonradan aradan qalxmış əsasa söykəndiyinə görə xx.xx.2016-cı il tarixli, 499/16 nömrəli ödəniş tapşırığı ilə cavabdehin bank hesabına köçürülmüş 293.350,11 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “X4" MMC-dən iddiaçı “X10” LTD-nin xeyrinə tutulması qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-475/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubları ilə cavabdehin icra sənədlərinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3558/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3558/2022
15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver