Məhkəmə qərarları › İş №3(005)-3559/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3559/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3559/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X1 Bakı Şəhəri DYPİ-nin xx.xx.2023-cü il tarixli qərarına dair şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı Şəhəri DYPİ-nin xx.xx.2023-cü il tarixli qərarına dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə inzibati işin hallarını nəzərə alaraq hesab edir ki, X1 Bakı Şəhəri DYPİ-nin xx.xx.2023-cü il tarixli qərarına dair şikayət ərizəsi ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, işdə olan Bakı Şəhəri DYPİ-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarından görünür ki, X6 AR İXM-nin 327.4 maddəsinə əsasən 150 manat cərimə edilmişdir. İXM-in: 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Qəbul olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərar X6 barəsində olmaqla, həmin qərardan zərərçəkmiş şəxsin X3 olması müəyyən olunmur.Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər X2 geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Bakı Şəhəri DYPİ-nin xx.xx.2023-cü il tarixli qərarına dair şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar