Məhkəmə qərarları › İş №3(005)-3559/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3559/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3559/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olan, evli, ali təhsilli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətində idarə rəisi vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs barəsində MN seriyalı, ******* nömrəli, 06 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 06 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, icra sənədinin icrası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs tərəfindən icra olunmamış, üzrsüz səbəbdən icra sənədinin icrasında süründürməçiliyə yol verilmiş, icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş, tələbə biganə yanaşılmışdır. Nəticədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, tələbkara və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs barəsində tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-287/2024-029 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 28 mart 1989-cu il tarixdə X4 ilə X6 arasında ünvan 2 ünvan 1-ci pereulok, uliça Mira 11) yerləşən daşınmaz əmlaka dair alqı satqı müqaviləsi bağlanmış hesab edilməlidir. İcra sənədi ilk dəfə xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur.lcra sənədi icraata başlanmadan ərazi aidiyyəti üzrə Səbail rayon icra şöbəsinə göndərilmişdir. Səbail rayon icra şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Səbail rayon icra şöbəsinə ünvanladığı məktubuna əsasən müəyyən edilmişdir ki, daşınmaz əmlaka dair alqı satqı müqaviləsi bağlanmış hesab edilməsi məhz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin səlahiyyətlərinə aid olduğundan icra sənədi Nərimanov rayon icra şöbəsinə geri qaytarılmışdır. Sözügedən icra sənədi təkrar xx.xx.2024-cü il tarixdə icraata Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrası cavabdeh təşkilat Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən üzrsüz səbəbdən icra olunmamışdır. Belə ki, icra şöbəsi tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin müraciətlərə baxmayaraq, cavabdeh təşkilat vaxtı uzadaraq, daşınmaz əmlaka dair alqı satqı müqaviləsi bağlamaqdan yayınmışdır, məhkəmə qərarı ilə üzərinə qoyulan öhdəliyi yerinə yetirməmişdir. Belə ki, icra tədbirləri zamanı müəyyən edilmişdir ki, icra sənədinin icrası Bakı şəhəri 1 saylı Notariat Kontoruna aid deyil, məhz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətlərinə aiddir. Sözügedən borclu təşkilat icra məmurunun qanunu tələblərini yerinə yetirməkdən yayınmışdır. Borclu təşkilatdan icra sənədinin icrası tələb edilsə də, daşınmaz əmlak qeydiyyatdan keçmədiyini və hüquq sahibi ümumi əsaslarla İdarəyə müraciəti zamanı ərizəsinə (qeyd olunan qətnamə əlavə edilməklə) qanunamüvafiq qaydada baxılacağını, vətəndaş ərizə ilə müraciət elsə də, əsassız olaraq, həqiqəti əks etdirməyən daşınmaz əmlaka baxışın keçirlməsinə şərait yaradılmadılmadığını bildirərək icra sənədinin icrasına qəsdən maneçilik yaratmşdır. Bu da öz növbəsində tələbkar tərəfindən Ədliyyə Nazirliyinə şikayətlərin verilməsinə rəvac vermişdir. İcra sənədinin icrasının təmini məqsədilə borclu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs icra məmurununun qanuni tələblərini yerinə yetirmədiyinə görə xx.xx.2024-ci il tarixdə inzibati protokolun veriləcəyi barədə xəbərdalıq edilmiş və xx.xx.2024-cu tarixdə məhkəməyə inzibati protokol tərtib olunacağı barədə məlumat verilmiş, şöbəyə dəvət olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barəsində icraat aparılan şəxsin inzibati xəta haqqında materialllarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, etiraz vermək bu və ya digər hüquqların olduğu bildirilmişdir. Həmçinin Şəxs tərəfindən icra sənədinin icrası ilə bağlı bu günə kimi edilmiş və ya ediləcək hərəkətsizliklərin məhkəmə qərarının icrasına maneçilik kimi qiymətləndiriləcəyi və bu barədə inzibati protokolda müvafiq qeydlər aparılaraq baxılması üçün müvafiq məhkəməyə təqdim olunacağı da onun nəzərinə çatdırılmışdır. Qeyd edilən çağırış məktubu xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin elektron ünvanına göndərilmiş, habelə İdarənin poçt qutusuna qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs Süleyman oğlu şöbəyə gəlməmiş, cavabdeh təşkilat tərəfindən icra şöbəsinə verilmiş şifahi məlumata əsasən icra sənədinin icrası ilə bağlı irəliləyişlər olduğu bildirilsə də, bu barədə rəsmi cavab verilməmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs məhkəmə qərarı ilə müəyyən edilmiş icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən, qərəzli olaraq icra sənədi üzrə üzərinə qoyulmuş vəzifəni icra etməkdən yayınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-287/2024-029 nömrəli, xx.xx.2024cü il tarixli icra vərəqəsindən görünür ki, 28 mart 1989-cu il tarixdə X4 ilə X6 arasında ünvan 2 ünvan 1-ci pereulok, uliça Mira 11) yerləşən daşınmaz əmlaka dair alqı satqı müqaviləsi bağlanmış hesab edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-287/2024-029 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs xx.xx.2024-ci il tarixdə saat 10:00 da inzibati protokolun veriləcəyi barədə xəbərdarlıq edilmiş şöbəyə dəvət olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barəsində icraat aparılan şəxsin inzibati xəta haqqında materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, etiraz vermək bu və ya digər hüquqların olduğu bildirilmişdir. Həmçinin Şəxs tərəfindən icra sənədinin icrası ilə bağlı bu günə kimi edilmiş və ya ediləcək hərəkətsizliklərin məhkəmə qərarının icrasına maneçilik kimi qiymətləndiriləcəyi və bu barədə inzibati protokolda müvafiq qeydlər aparılaraq baxılması üçün müvafiq məhkəməyə təqdim olunacağı da onun nəzərinə çatdırılmışdır. Çağırış məktubundan xəbərdar olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs xx.xx.2024-cü il tarixdə şöbəyə gəlməmişdir. İdarədən aldığımız şifahi məlumata əsasən icra sənədinin icrası ilə müsbət yöndə irəliləyişlərin olduğu bildirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs tərəfindən “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ünvanlanmış məktubdan və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin “Hüququn ölmüş şəxsə məxsus olması haqqında” dövlət reyestrindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-287/2024 nömrəli icra vərəqəsində qeyd edilən Bakı şəhəri, Nərimanov rayonu, Rafik Hacıyev döngəsi, ev 11 (Yeni qaydalarla: AZ 1110, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X3 məxsus olması barədə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə arayış hazırlanmışdır. Məhkəmə, işdə olan sənədləri araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 135.1.1-135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-287/2024-029 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 28 mart 1989-cu il tarixdə X4 ilə X6 arasında Bakı şəhəri, Nərimanov rayonu, Rafik Hacıyev küçəsi 11-ci ünvanda yerləşən daşınmaz əmlaka dair alqı satqı müqaviləsi bağlanmış hesab edilmiş və həmin icra vərəqəsi üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin öhdəliyi yaranmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs tərəfindən “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ünvanlanmış məktubdan və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin “Hüququn ölmüş şəxsə məxsus olması haqqında” dövlət reyestrinə dair arayışdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-287/2024 nömrəli icra vərəqəsində qeyd edilən Bakı şəhəri, Nərimanov rayonu, Rafik Hacıyev döngəsi, ev 11 (Yeni qaydalarla: AZ 1110, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X3 məxsus olması barədə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə arayış hazırlanmışdır. Beləliklə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-287/2024-029 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə yaranmış öhdəlik icra edilmişdir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxsnın əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1 icra sənədinin icrası ilə bağlı borclu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsininnin rəisi Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar