Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3562/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X10 iştirakları ilə, X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla 1200 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın surəti ona rəsmi qaydada poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Qərarda göstərilmişdir ki, guya X7, X16, X2 haqq-hesablarının ödənilməsində AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq ödənilməmişdir. X6 AR NK-nin xx.xx.2003-cü il tarixli, 3 saylı qərarının tələbləri pozularaq xəsarətə görə ödəncin ödənilmədiyi müəyyən edilmişdir. Lakin inzibati orqan tərəfindən şikayətçilərin şikayəti, qanun pozuntularına həqiqətən də yol verilməsi halları araşdırılmadan müəssisənin rəhbəri olaraq o, qanunsuz olaraq inzibati cərimə növündə tənbeh edilmişdir. Halbuki, inzibati orqan tərəfindən onun qanun pozuntusuna yol verməyi sübuta yetirilməmişdir. Qeyd olunan pozuntulara yol verilməsi hər hansı bir rəsmi sənədlə təsdiqini tapmır. Belə ki, şikayətçilərə son haqq-hesabların və xəsarətə görə pulun ödənilməsində qanun pozuntusuna yol verilməmişdir. Hətta, X11 və X8 verdikləri şikayətləri inzibati protokol tərtib edilənədək geri götürmüşlər. Göründüyü kimi, inzibati xəta hadisəsinin tərəfindən törədilməsi sübut olunmadığından inzibati orqanın vəzifəli şəxsi tərəfındən barəsində protokol tərtib olunmaqla inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməzdi. Başlanılmış icraata isə xitam verilməli idi. Digər tərəfdən, X11 ilə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə, X23 ilə bağlanılmış əmək müqaviləsinə isə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İnzibati orqan bu şəxslərə münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddətlərini ötürmüşdür. Beləliklə, tərəfindən qanun pozuntusuna yol verilməsi, təqsiri inzibati orqan tərəfindən sübuta yetirilməmiş, eyni zamanda X11 və X20 münasibətdə inzibati tənbeh inzibati xətanın törədildiyi, yəni həmin şikayətçilərlə əmək müqaviləsinə xitam verildiyi (son haqqhesabın verilməli olduğu) tarixdən 3 ay keçdikdən sonra verilmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X21 çıxış edərək bildirmişdir ki, şikayət vermiş şəxs inzibati xəta haqqında protokolun əsassız və qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edildiyini bildirsə də, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmişdir. İdarə tərəfindən aparılmış araşdırmanın nəticəsində X7, X16, X2 haqq-hesablarının ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozularaq ödənilməməsi aşkar edilmişdir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qərar tam qanuni olduğundan verilmiş şikayət ərizəsinin rədd edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərardan şikayətlə müraciət etmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7, X16, X2 haqq-hesablarının ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq ödənilməmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə 52/k nömrəli, xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, “İstehsal sex və sahələr” bölməsində “Rəqəmli dəzgah operatoru” vəzifəsində işləyən X11 ilə bağlanılmış 32QDXZ5000100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmiş, İşçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək istifadə edilməmiş 500 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi X12 həvalə edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə 50/k nömrəli, xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, “02 nömrəli Mexaniki Emal və mexaniki yığma sexinin 4-cü dərəcəli, frezerçisi X23 xx.xx.2021-ci il tarixdən AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməklə öz xahişi ilə işdən azad edilmişdir. Əmək müqaviləsinin xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X23 ilə xx.xx.2006-cı il tarixdə bağlanmış əmək müqaviləsinə AR ƏMnin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. "xxxx" MMC tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə ünvanlandığı 01/10 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC 19 avqust 2022-ci il tarixdən "xxxx" TASC-nin hüquqi varisidir. Al-hazırda bank hesablarında pul vəsaiti yoxdur və zavodun maliyyə vəziyyəti qeyri qənaətbəxşdir. Bu səbəbdən də şikayətçilərə olan borcları ödəyə bilmirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, digər sənədlərlə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, X11 xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək, X23 isə xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də işləmişlər, onların əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə xitam verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, M.Kazımov və Ə.Əhmədovla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq onların əmək hüquqları pozularaq axırıncı haqq hesab ödənilməmişdir. Məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan, həmçinin inzibati işin materiallarında olan sübutlardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulan xəta X13 tərəfindən törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsi ftərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3562/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3562/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver