Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3575/2024 19.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhər BPİ-nin X12 İdarəsinin nümayəndəsi X2, inzibati xəta haqqında iş üzrə şikayət verən X4 iştirakları ilə, Bakı şəhər X12 İdarəsinin inspektoru X3 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərardan X4 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8, Bakı şəhər X12 İdarəsinin inspektoru X3 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYP YPX-nin səlahiyyətli əməkdaşı tərəfindən 15 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək TP ******* nömrəli qərar qəbul etmişdir. Qərarı onunla əsaslandırmışdır ki, yol ayrıcının keçmə qaydaları pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 3 bal, 100 manat cərimə olunmuşdur. O, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 49 B küçəsindəki dairəyə **-EJ-*** dövlət qeydiyyat nişanlı “FORD TRANZİT YÜK” markalı avtomobili ilə daxil olarkən əks istqamətindən gələn X13 İdarəsinin avtomobili düzünə hərəkət edən zaman birdən qəfil ona tərəf dönərək dayanmış, buna görə o da dayanmışdır. DYP əməkdaşı əli ilə ona hərəkət etməyini bildirmiş, o, hərəkət etdikdə səs gücləndirici ilə onu kənara çəkib saxlamağını tələb etmişdir. O, polis əməkdaşına onun əl işarəsi ilə hərəkət etdiyini bildirmiş, polis əməkdaşı isə öz növbəsində əl ilə işarə etmədiyini bildirmiş və ona protokol yazaraq cərimə etmişdir. 15 oktyabr 2024cü il tarixində İXP ******* nömrəli protokol onun telefonuna SMS vasitəsi ilə göndərilmişdir. 22 oktyabr 2024-cü il tarixində TP ******* nömrəli qərarı X13 İdarəsindən götürmüşdür. Bu səbəbdən də qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X8 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ-nin X12 İdarəsinin nümayəndəsi X5 çıxış edərək bildirdi ki, Bakı şəhər X12 İdarəsinin inspektoru X3 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərar qanuni və əsaslıdır. X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi videogörüntüdən də aşkar şəkildə görünür. Bu səbəbdən də məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər X12 İdarəsinin inspektoru X3 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X8 “FORD TRANZİT YÜK” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 11:42-də ünvan 1 ünvanında hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan hadisənin görüntülərini özündə əks etdirən CD diskə baxış keçirilərkən müəyyən olunur ki, “FORD TRANZİT YÜK” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil inzibati xətanın baş verdiyi ərazidə üzü dairəvi yola doğru duzunə hərəkətdə olan zaman dairədən çıxaraq sola dönmə əməliyyatı həyata keçirən X12 İdarəsinin avtomobilinə yol verməyərək qəza şəraiti yaratmaqla öz hərəkətinə davam etmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X8 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X6 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər X12 İdarəsinin inspektoru X3 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərardan X4 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən imza Düzdür Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3575/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3575/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver