Məhkəmə qərarları › İş №3(005)-3577/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3577/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3577/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.3, 342.5 və 511.1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 327.2, 327.3, 342.5 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində tərtib olunmuş iş materialları xx.xx.2023-cü il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokolda göstərilmişdir ki, “Chevrolet Lacetti AT” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 02:40-da Bakı şəhəri, Nərimanov rayonunda Azərbaycan Respublikası İXM-in 327.1, 327.2, 327.3, 342.5 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin Azərbaycan Respublikası İXM-in 327.1, 327.2, 327.3, 342.5 və 511.1.3-cü maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti inspektoru X2 verilmiş protokola uyğun izahat verərək, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 02:40-da “Chevrolet Lacetti AT” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 327.2, 327.3, 342.5 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman “Chevrolet Lacetti AT” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı svtomobil vizual görünüşdə konstruksiya dəyişikliyi olması səbəbi ilə saxla əmri verilmişdir. Həmin sürücüyə yaxınlaşıb özlərini təqdim etmiş və avtomobildə konstruksiya dəyişikliyi olmasını izah etmişlər. Sürücü avtomobildə konstruksiya dəyişikliyinin olmasını səmimi etiraf etmişdir. Lakin sənədləri təqdim etməmişdir. Daha sonra avtomobili sürətləndirib onlardan uzaqlaşmağa çalışmışdır. Polis əməkdaşları onun saxlanılması üçün təqib etmişlər. Bu zaman sürücü hərəkətini daha da sürətləndirərək yol hərəkəti qaydalarını pozmuşdur. Həmçinin sürücü həmin zaman sosial şəbəkədə canlı yayım açaraq polis əməkdaşlarıın nümayiş etdirməyə çalışmışdır. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib olunmuş Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda etiraz edərək izahatında göstərdi ki, o, həmin zaman ev paltarında olmuşdur. Avtomobilin cərimə meydançasına aparılmasını bildiyindən sənədləri orda təqdim etmək istəmişdir. Avtomobildə xalasıoğlu və 12 yaşlı uşaq olmuşdur. Ona görə də polis əməkdaşlarına gəlib avtomobili evdən aparmasını bildirmişdir. Onun əməlində avtoxuliqanlığın əlamətləri olmamışdır. Onun barəsində tərtib edilmiş protokol ilə razı deyil və hərəkətlərində avtoxuliqanlıq hərəkətlərinə yol verilmədiyindən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti inspektoru X3 verilmiş bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 02:40-da “Chevrolet Lacetti AT” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 327.2, 327.3, 342.5 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman “Chevrolet Lacetti AT” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı svtomobil vizual görünüşdə konstruksiya dəyişikliyi olması səbəbi ilə saxla əmri verilmişdir. Həmin sürücüyə yaxınlaşıb özlərini təqdim etmiş və avtomobildə konstruksiya dəyişikliyi olmasını izah etmişlər. Sürücü avtomobildə konstruksiya dəyişikliyinin olmasını səmimi etiraf etmişdir. Lakin sənədləri təqdim etməmişdir. Daha sonra avtomobili sürətləndirib onlardan uzaqlaşmağa çalışmışdır. Avtomobili sürətləndirərək hadisə yerindən uzaqlaşarkən avtomobilin təkərlərindən yolun səthi ilə sürtünməsi nəticəsində səslər çıxarılmışdır. Bu hal bir neçə dəfə təkrarlanmışdır. Polis əməkdaşları onun saxlanılması üçün təqib etmişlər. Bu zaman sürücü hərəkətini daha da sürətləndirərək yol hərəkəti qaydalarını pozmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, “Chevrolet Lacetti AT” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 02:40-da Bakı şəhəri, Nərimanov rayonunda yolun səthində çoxsaylı təkər izləri buraxmış və digər yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən Şəxs idarə etdiyi “Chevrolet Lacetti AT” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddədə əks olunan inzibati xətanı törətməsi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.3 və 342.5-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 327.1, 327.2, 327.3 və 342.5-ci maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 511.1.3cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməli və Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1, 327.2, 327.3 və 342.5-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 il müddətinə məhdudlaşdırılmaqla 750 (yeddi yüz əlli) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.3 və 342.5-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar