Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3587/2024 22.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Bakı şəhər BPİ-nin X11 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Müşayiət eskort bölüyü yol-patrul xidməti baş inspektoru X3, Şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 etibarnamə əsasında idarə etdiyi xüsusi mülkiyyət hüququ əsasında X2 məxsus olan “Hyundai” markalı **-KO-*** qeydiyyat nişanlı avtomobil ilə 21 sentyabr 2024-cü il tarixdə, saat 15:25 radələrində Heydər Əliyev prospekti ilə üzü Koroğlu metrostansiyası istiqamətində hərəkət edərkən saatlı binaya çatmamış sağa Mirzəbala Məmmədzadə küçəsinə dönmə hərəkəti etmişdir. Daha sonra hərəkətini davam etdirərək yolun sonuna çatmışdır. Bu zaman sol dönməklə bağlı hər hansı qadağanedici nişan və ya sağa əmredici nişan olmadığına görə sola dönmüşdür. Dönmə hərəkəti etdikdən sonra hərəkətini davam etdirdikdən bir neçə saniyə sonra giriş qadağandır nişanını gördüyündən həmin nişanın təsir dairəsində olduğunu müəyyən etmiş və dərhal hərəkətini dayandırmışdır. Bu zaman həmin ərazidə xidmət aparan yol patrul xidmətinin əmakdaşı ona yaxınlaşmış və inzibati xəta törətdiyini bildirmişdir. Daha sonra etiraz etdiyi halda buna məhəl qoymadan mübahisə olub-olmadığını nəzərə almadan dərhal kobud prosessual pozuntuya yol verməklə İXP ******* saylı, 21 sentyabr 2024-cü il tarixli protokol tərtib edərək onun əsasında inzibati tənbeh vermə haqqqında TP ******* saylı, 21 sentyabr 2024-cü il tarixli qərar qəbul etdi. Daha sonra isə cəriməni ödəməli olduğunu bildirdi. X6 isə mübahisə olduğu halda qərar qəbul edilməsinin yolverilməzliyini yol patrul xidmətinin əməkdaşının diqqətinə çatdırsa da, buna heç bir əhəmiyyət vermədi. Baş vermiş hadisədə inzibati xəta hadisəsinin olmadığı aşkar şəkildə görünür. Belə ki, inzibati xətanı təqsirli olaraq törədəcəyi halda inzibati xəta haqqında protokol və onun əsasında qərar qəbul edilə bilərdi. Çünki dönüş etdiyi həmin yolun əvvəlində yerləşdirilməli olan yol nişanı yolun ən sonunda yerləşdirildiyindən yalnız həmin yolun sonun çatdığı zaman giriş qadağandır nişanının təsir dairəsində olduğunu müəyyən etmək mümkün olmuşdur. Bu isə X4 həmin xətanı təqsirli olaraq törətmədiyi anlamına gəlir. Həmçinin hesab olunur ki, inzibati tənbehin tətbiq edilməsi hazırkı iş üzrə qanunsuzdur. Belə ki, əməl İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd və ya ehtiyyatsızlıq formasında ziyan vurduqda inzibati xəta hesab edilə və inzibati məsuliyyətə səbəb ola bilərdi. Həmçinin inzibati tənbeh vermə haqqında qərar ona təqdim edilmədiyinə görə Bakı şəhəri Nərimanov rayon Yol Polis şöbəsinə müraciəti əsasında inzibati tənbeh vermə haqqqında TP ******* saylı, 21 sentyabr 2024-cü il tarixli qərar 01 noyabr 2024-cü il tarixdə rəsmi qaydada X5 təqdim edilmişdir. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilərək ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhər BPİ-nin X11 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Müşayiət eskort bölüyü yol-patrul xidməti baş inspektoru X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Arif Heydərov küçəsində Ağa Neymətulla küçəsindən daxil olanda birtərəfli yol nişanı var. Sürücünün gəldiyi küçədən sola dönəndə giriş qadağandır nişanı elə qoyulmuşdur ki, hər hansı bir maneə yoxdur. Məcburi hərəkət nişanı sağa qoyula bilməz, orada obyektlər var, digər sürücülər evinə, obyektlərə gedirlər. Bakı şəhər BPİ-nin X11 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Müşayiət eskort bölüyü yol-patrul xidməti baş inspektoru X1 törədilmiş inzibati xəta haqqında məlumat verdiyini və izah etdiyini bildirmişdir. Həmçinin o, X6 tərəfindən inzibati xətanın törədilməsini, tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarın əsaslı olduğunu bildirdi və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi nəticəsində 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərarın məzmunudan görünür ki, sürücü X6 xx.xx.2024-cü il tarixdə saat 15:39-da Bakı, Ağa Neymətulla, 47a ünvanında “TOYOTA PRİUS C” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X4 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X4 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3587/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3587/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver