Məhkəmə qərarları › İş №3(005)-3592/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3592/2022

06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3592/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin məsləhətçisi X1 Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 544.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 05 noyabr 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X5, ev 12, mənzil 1 ünvanında qeydiyyatda olan Şəxs MMC xx.xx.2022-ci il tarixli İD ********** nömrəli qərarla məhsul paylarına məxsus sənədləri göstərilən müddətədək icra etməmişdir. Məhkəmə iclasının yeri vaxtı barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs MMC-nin direktoru X2 tərəfindən AQTA-nın Bakı Regional bölməsinə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, AQTA-nın Bakı Regional bölməsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli İD ********** qərara əsasən xx.xx.2022 tarixə qədər nəzərdə tutulan tədbirlər icra olunmalı idi. Lakin lazımı düzgün sənədlərin əsli tam yığılmadığı üçün həmin tələblər göstərilən vaxta qədər təqdim edilə və məhsullar anbara geri yığıla bilinməmişdir. xx.xx.2022 ci il tarixinə qədər məhsula dair düzgiin sənədlərin əslini ixracatyı ölkədən alıb etməkləri üçün onlara icaz verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən Şəxsnə ünvanlanan 13 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC-nin idxai etdikləri yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı verilməsi ilə bağlı olan xx.xx.2022-ci il tarixli İD********** nömrəli müraciətlərinə Azərbaycan Respublikasının Qida Təhlukəsizliyi Agentliyinin Bakı Regional Bölməsində baxılmışdır. Müraciət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qıda təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”na və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada icraata götürülmüşdür və ölkəyə idxal olunan məhsul partiyası qida təhlükəsizliyi sertifikatı ilə təmin olunmuşdur. Sənədlərin araşdırılması zamanı idxalçı müəssisə tərəfindən təqdim edilmiş sənədlərdə düzgün olmayan məlumatlar müəyyən edilmişdir. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ixracatçı ölkənin səlahiyyətli dövlət qurumuna müraciət edilmiş və sağlamlıq sertifikatları müvafiq dövlət qurumu tərəfindən verilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli İD ********** nömrəli müraciəti əsasında verilmiş qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi, qeyd olunan müraciətə əsasən ölkəyə idxal olunan məhsulların xx.xx.2022-ci il tarixinədək satıs şəbəkələrindən geri çağırılaraq anbara yerləşdirilməsinin təmin edilməsi və bu barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi, qeyd olunan məhsul partiyalarına məxsus sənədlərin əslinin xx.xx.2022-ci il tarixinədək Agentliyin Bakı regional bölməsinə təqdim olunması, bu qərarın 3-cü bəndinin tələbi yerinə yetirilmədikdə sözügedən məhsul partiyasının məhv edilməsi və ya ixracatçı ölkəyə geri qaytarılmasının təmin olunması qərara alınmışdır. Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən AQTA-nın Bakı Regional bölməsinə ünvanlanan izahatdan görünür ki, xx.xx.2022-ci il tarixli İD********** nömrəli qərarda göstərilən müddətə qədər sənədləri üzrlü səbəblərdən təqdim edə bilməmişlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən İXM-in 544.2-ci maddəsinin tələbləri pozulmuşdur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa 3 saylı Əlavə “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 47-ci bəndində qida təhlükəsizliyi sertifikatının alınması nəzərdə tutulmuşdur. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydaları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın: 2.5-ci bəndinə əsasən sertifikatın alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq ərizə ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunmalıdır; 2.14-cü bəndinə əsasən sertifikatın verilməsi və sertifikatın verilməsi üçün dövlət rüsumunun ödənilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq həyata keçirilir. İXM-in 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar