Məhkəmə qərarları › İş №3(005)-3605/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3605/2022

01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3605/2022 01.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X5 iştirakları ilə, Şəxs Paket istehsalı sexinin rəisi X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətindən Şəxs Paket istehsalı sexinin rəisi X7 barəsində tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2022-ci il tarixdə Şəxsndə texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Polietilen paket istehsalı sexinin rəisi X7 tərəfindən bu qaydaların pozulması nəticəsində işçi X1 uzun müddət pozulmasına səbəb olan “Az ağır” zərərvurmaya aid xəsarət almışdır. Bununla da Şəxs Paket istehsalı sexinin rəisi X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədimişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Paket istehsalı sexinin rəisi X7 məhkəmə iclasında tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, 04 iyul 2022-ci il tarixdə Şəxs MMC-nin Polietilen paket istehsalı sexində istehsalatda bədbəxt hadisə baş vermişdir. Hadisə barədə həmin gün Əmək Müfəttişliyinə rəsmi məktub göndərilmişdir. Rəsmi müraciət edildikdən sonra Əmək Müfəttişliyi tərəfindən hadisə yerinə nümayəndə göndərilməmiş, yalnız bir aya yaxın müddət keçdikdən sonra müfəttişliyin əməkdaşları hadisə yerinə gəlmişlər. Daha sonra baş vermiş hadisə ilə bağlı Təhqiqat aktı tərtib etmişlər. Səlahiyyətli orqan yalnız dörd ay keçdikdən sonra protokol tərtib etmişlər. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Odur ki, göstərilənlərə əsasən barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi vəkil X9 məhkəmə iclasında tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Şəxs paket istehsalı sexinin rəisi X7 barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, inzibati xətanın törədildiyi vaxtdan 4 ay müddət keçdikdən sonra protokol tərtib edilə bilməzdi. Odur ki, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X3 məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edərək X7 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xətanın aşkar edildiyi vaxtdan qanunla müəyyən edilmiş müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Şəxs paket istehsalı sexinin rəisi X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta xx.xx.2022-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Şəxs Polietilen paket istehsalı sexinin rəisi X7 barəsində xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında iş xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi Şəxs Polietilen paket istehsalı sexinin rəisi P.Hüseynov tərəfindən törədilmiş inzibati xəta xx.xx.2022-ci il tarixdə baş vermişdir. Həmin müddətdən isə 04 aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qanunvericiliyin tələbindən göründüyü kimi, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın xx.xx.2022-ci il tarixdə törədildiyini və həmin vaxtdan 04 aydan çox müddət keçdiyini nəzərə alaraq Şəxs Paket istehsalı sexinin rəisi X7 MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz. Odur ki, Şəxs Paket istehsalı sexinin rəisi X7 MN seriyalı ******* nömrəli, xx.xx.2022ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Paket istehsalı sexinin rəisi X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar